Qızıl Əsrdə Bütün İnsanların Hz. Mehdinin Rəhbərliyindən Razı Olacaqları Necə İzah Edilmişdir?

Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdinin öndərliyində yaşanacaq olan Qızıl əsrin nə qədər xeyirli bir dövr olduğunu xatırlatmış və bu dövrdə “dənizdəki balıqlardan havadakı quşlara qədər yerdəki və göydəki bütün canlıların və bütün insanların hz. Mehdidən razı olduqlarını” bildirmişdir:

Mehdi ilə müjdələnin… Ondan yer və göy əhli razıdır… (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 13)

…O zaman, yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafətiylə sevinəcəklər… (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)

Əbu Səid Hudri Rəsulluhdan rəvayət edir:

Mehdinin tamaşaçıları ona sığınarlar, bal arılarının Kraliça arıya sığındıqları kimi (onun yanında güvən və hüzur taparlar), o yer üzünü ədalət və dürüstlüklə dolduracaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 11)

Allah, Quran əxlaqına tabe olan müsəlmanlara cənnət həyatlarında təqdim ediləcək olan gözəllikləri ayələrində ətraflı olaraq təsvir etmişdir. Altından çaylar axan gözəl məkanlar, mənbələr, dayanmadan axan bulaqlar, evlər, köşklər, paltarlar, yeməklər, içkilər, ləl-cəvahiratlar, gözəl əxlaqlarına qarşılıq sonsuz həyatda onlara veriləcək. Cənnət müsəlmanların hər zaman qovuşmağı istədikləri sonsuz həyatdır:

Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz. (Zuxruf surəsi, 70-73)

Məhz Qızıl əsr da bütün müsəlmanlara belə gözəl bir həyatın dünyada hazırlanıb təqdim edilməsidir. Bu dövr Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi kimi cənnətin dünyadakı bir müjdəsi, Allahın möminlərə bir lütfüdür. Bolluğu ilə, bərəkəti ilə, insanlara təmin edəcəyi hər cür rahatlığıyla və hüzur dolu mühitiylə hər müsəlmanın yaşamaq istəyəcəyi bu dövr, iman edən insanlar üçün dünya həyatında çox üstün bir mükafatdır. Bu gözəl dövrlə müjdələnilmək də şübhəsiz bütün müsəlmanlar üçün çox böyük bir şərəfdir.