Qızıl əsrdə həyatın hər anına hakim olan bolluq, zənginlik, gözəllik və inkişafların, incəsənət sahəsinə də hakim olacağı hədislərdə işarə edilən bir başqa tərəqqidir. Qızıl əsrdə incəsənətə böyük əhəmiyyət veriləcək. Bütün insanlar bu mövzuda sıx olaraq təşviq ediləcək, estetika və incəsənətə olan meyl fövqəladə artacaq. Bütün İslam aləminə incəsənət ruhu hakim olacaq, incəsənətdə çox böyük inkişaf baş verəcəkdir. Musiqidə, rəsmdə və digər bütün sahələrdə bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara verdiyi geniş üfüq və dərin düşüncə, bütün incəsənət sahələrinə liderlik edəcək. Bu dövrdə insanlar həmişə gözəlliklə qarşılaşacaq, əxlaqları kimi, yaşadıqları yerlər, bağçaları, evlərinin dekorasiyası, paltarları, dinlədikləri musiqi, əyləncə şəkilləri, teatrlar, rəsmlər, söhbətləri də gözəlləşəcək.
Estetik olmayan, formasız heç bir yer, heç bir bina qalmayacaq, koma bənzəri evlər ortadan qaldırılacaq, hər yer estetik, gözə xoş gələcək hala gələcək. Praktik və estetik iki mərtəbəli, geniş evlər, hovuzlar, bağlar, bağçalar artacaq, mövcud sahələr, bağçalar gözəlləşəcək. Küçələrə gözə xoş gələn meyvə ağacları əkiləcək, hər yerdə kiçik zooparklar yaradılacaq. Təbii parkların sayı çox artacaq, insanların yaşadıqları yerlərdə sıx yaşıllıq hakim olacaq. Xalqın özünün də baxıb bəsləməkdən zövq alacağı minlərlə bitki və çiçək bütün şəhər və qəsəbələri bəzəyəcək. Bütün bu məkanların işıqlandırılması, estetikası, rənglənməsi son dərəcə sənətkaranə olacaq və çox estetik hala gətiriləcək, dünyanın hər yerinə insan ruhunun çox xoşlayacağı böyük bir keyfiyyət hakim olacaqdır.
Bütün məkanlar, yollar, ibadətxanalar, əyləncə yerləri, istirahət etmə sahələri, iş yerləri, evlər, insanların pal-paltarları qısacası hər yer tərtəmiz olacaq. Bununla yanaşı məskunlaşma mərkəzlərində ətraf çirkliliyinin qarşısı alınacaq, hava çirkliliyinə səbəb olan hər mövzuya çözüm gətiriləcək.
Eyni zamanda insanlar arasında heyvan sevgisi də təşviq ediləcək, hər cür heyvanın rahatlıqla sevilə biləcəyi və araşdırıla biləcəyi zövqlü və estetik mühitlər yaradılacaq. Aslan, qaplan, bəbir, çita kimi heyvanlar əhliləşdiriləcək. Müxtəlif metodlar və bioloji texnikalarla vəhşi olmaları ortadan qaldırılacaq və insanların rahatca ünsiyyət qura biləcəyi, sevgi göstərə biləcəyi hala gələcəklər. Şəhərlərdə və qəsəbələrdə leylək, qutan kimi hər cür quş növü rahatlıqla sığına biləcək. Əqrəb, ilan kimi heyvanların zəhərlərinin elmi metodlarla yox edilməsi sayəsində isə, bunların da insanlara zərər verməsi maneə törədiləcək, ilan belə estetik hala gətiriləcək (doğrusunu Allah bilir).
Quran əxlaqının insanlara qazandırdığı sevgi anlayışı nəticəsində heyvan düşmənliyi ortadan qalxacaq, heyvanlara zərər verici bütün davranışlar aradan qaldırılacaq. Beləcə bütün heyvanların, quş nəsillərinin yox olma təhlükəsi ortadan qalxacaq və heyvan növlərində çoxalma təmin ediləcək.
Axırzamanda yaşanacaq olan bu mühitə Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində belə diqqət çəkilmişdir:
…insan, qoyun və heyvanlarına gedin otlayın, deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir başaq belə ağızlarına almayacaqlar, ilan və əqrəblər kimsəyə zərər verməyəcəklər, yırtıcı heyvanlar qapıların qarşısında dayanacaq da kimsəyə zərərləri toxunmayacaq… (Qiyamət əlamətləri, pamuk nəşriyyat, səh. 245)
Habis Əl Hadraminin nəql etdiyinə görə: … İlanlar uşaqlarla, inəklər aslanlarla gəzə biləcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 64)

