Tarix boyunca göndərilən bütün elçilər, yaşadıqları cəmiyyətlərə sülh və ədalət gətirmiş, peyğəmbərlərin gəlişi ümmətlərin üzərindəki zülmün və zorbalığın ləğv olmasına vəsilə olmuşdur. Quranda elçilərin bu xüsusiyyəti belə bildirilir:
Hər ümmətin bir elçisi vardır. Onlara rəsulları gəldiyi zaman, aralarında ədalətlə hökm verilər və onlar zülmə uğradılmazlar. (Yunis surəsi, 47)
Hz. Mehdi də yer üzünə gəldiyi dövrdə bu xüsusiyyəti daşıyacaq və Allahın icazəsiylə yer üzündəki bütün zülmün, işgəncənin, məcburi tətbiqlərin sona çatmasına vəsilə olacaq. Peyğəmbərimiz (s.ə.v) Qızıl əsrdə reallaşacaq bu vəziyyəti hədislərində belə müjdələmişdir:
…Yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu düzgünlük və ədalətlə doldurar. (Sünəni Əbu Davud, 5/93)
Yer üzü, zülm və işgəncə yerinə ədalətlə dolacaq. (Qiyamət əlamətləri, səh. 163)
Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Heç bir kimsə arasında bir düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Səhihi Müslim, 1/136)
Müharibə (ərbabı) da ağırlıqlarını (silah və vəsaitlərini) tərk edəcək. (Sünəni İbn Macə, 10/334)
Hərb (ərbabı) ağırlıqlarını (yəni silah və s.) buraxar. (Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 496)
Düşmənlik və kini də qaldıracaq. Zəhərli olan hər heyvanın zəhəri də sökülüb alınacaq. Hətta kiçik oğlan uşağı, əlini ilanın ağzına soxacaq, ilan ona zərər verməyəcək. Qurd, qoyun-keçi sürüsü içində sürünün iti kimi olacaq. (Sünəni İbni Macə, Kitabı-l fiten tərcüməsi və Şərhi, Qəhrəman nəşriyyat, cild 10, Tərcüməçi: Haydar Hatipoğlu, Bab 33, səh. 331-335)
Onun zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq, 700 ovuc məhsul yığacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)

