Qızıl Əsr Nə Deməkdir?

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində qiyamətə yaxın bir zamanda yaşanacaq olan Axırzaman haqqında çox ətraflı məlumatlar və işarələrdən bəhs edilir. Peyğəmbərimiz (s.ə.v)-in verdiyi məlumatlara görə, bu dövrdə bir-biri ardınca bir çox əhəmiyyətli hadisə reallaşacaq. Axırzamanın ilk dövründə dünyada böyük bir pozulma və qarışıqlıq hökm sürəcək, ikinci mərhələdə isə həqiqi din əxlaqının yaşanmasıyla birlikdə yer üzündə sülh və hüzur hakim olacaq.

Axırzamanın ilk mərhələsində, Allahı inkar edərək ateizmi və dinsizliyi təlqin edən bir sıra fəlsəfi sistemlər səbəbiylə insanlar arasında böyük bir degenerasiya yaşanacaq. İnsanlıq yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma meydana gələcək. Böyük fəlakətlər, döyüşlər və əzablar yaşanacaq və bütün insanlar bu çətinliklərə son verə bilmək üçün “necə xilas olarıq?” sualının cavabını axtaracaqlar.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki, Axırzaman əlamətləri olaraq bildirilən bu proseslərin bir çoxu, indiki vaxtda bir-bir xəbər verildiyi şəkildə reallaşmışdır. Son zamanlarda yer üzündə müharibə və qarşıdurmaların, terror, şiddət, anarxiya və qarışıqlığın, qırğınların, işgəncələrin gedərək artmış olması isə, yenə Axırzamanın ilk dövrünün yaşanmaqda olduğunun bir göstəricisidir.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki məlumatlara görə Allah, bu qaranlıq dövrün ardından insanları Axırzamanın qarışıqlığından qurtaracaq və böyük qurtuluş nəsib edəcəkdir. Allah, gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya uğrayan cəmiyyətləri doğru yola çatdırmaq üçün “Mehdi” yəni “doğruya aparan” sifətini daşıyan hz. Mehdini vəsilə edəcəkdir.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin açıqlamalarında, hz. Mehdinin bu yöndə üç böyük məsuliyyət boynuna götürdüyü bildirilir. Hz. Mehdi əvvəlcə Allahı inkar edən və dinsizliyi dəstəkləyən fəlsəfi sistemlərin fikri olaraq çürüdülməsini təmin edəcək. Digər tərəfdən İslamı, Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində bildirildiyi şəkildə əslinə çevirəcəkdir. İslamiyyəti bütün pozulmalardan, xurafatlardan təmizləyərək həqiqi Quran əxlaqının yaşanmasını təmin edəcəkdir. Axırzamanın ilk dövründə insanlığın içərisində olduğu bütün qarışıqlıqlara, ictimai problemlərə, ictimai çətinliklərə çözüm gətirəcək, bütün yer üzünə sülh, hüzur, xoşbəxtlik və gözəl əxlaqın hakim olmasına vəsilə olacaqdır.

Hz. Mehdi ilə eyni dövrdə yer üzünə ikinci dəfə gələcək olan hz. İsa isə, xüsusilə xristian və yəhudi dünyasına xitab edəcək, onları içinə düşdükləri xurafatlardan sıyrılıb Quran əxlaqını yaşamağa çağıracaq. Xristianların hz. İsaya tabe olmasıyla birlikdə İslam və Xristian aləmi tək bir inancda birləşəcək və dünya “Qızıl əsr” adı verilən böyük bir barış, təhlükəsizlik, xoşbəxtlik və rifah dövrü yaşayacaqdır.

İnsanların əsrlərdir həsrətini çəkdikləri bu müqəddəs dövr, hədislərin işarələrinə görə yarım əsrdən çox sürəcək və Peyğəmbərimiz (s.ə.v)-in zamanında yaşanan “Əsri Səadət” bənzəri bir dövr olacaqdır.