Qızıl əsr müjdəsi

Peyğəmbərimiz (s.ə.v)-dən nəql edilən bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına diqqət çəkilir. Məhz bu dövr hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın yer üzündə olacağı, Quran əxlaqının hakim olacağı dövrdür. “Qızıl əsr” adıyla da bilinən bu dövr, hədislərdən də aydın olacağı kimi “əsri-səadət” dövrünə bənzər bir dövr olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bu dövrü təsvir edərkən cənnətə bənzər xüsusiyyətlərlə bəhs etməsindən ötrü bu dövrə “Qızıl əsr” adı verilmişdir.

Kitabın əvvəlki hissələrində Axırzamanın ilk mərhələsində insanların yaşayacağı sıxıntı və çətinliklərdən təfsilatlı şəkildə danışdıq. Hz. İsa (ə.s)-ın gəlişinin də əlamətləri olan bu hadisələrin dərhal ardından insanları Qızıl əsr kimi bənzərsiz bir dövr gözləyir. Bu, insanlar üçün böyük müjdədir. Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, güvən və ədalətin təmini, dinclik və səadət, hər cür texnoloji yenilikdən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi, Qızıl əsrin müəyyən xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə “silahların susacağı”nın bildirilməsi, bu dövrdə yer üzünün sülhlə dolacağının da müjdəsidir. Qızıl əsrdə, əvvəllər aralarında düşmənçilik olan xalqlar arasında çox böyük qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini sülh, dostluq və sevgi tutacaq.

Texnoloji yeniliklər Axırzamanın bu mərhələsində yüksək həddə çatacaq, insanlar texnologiyanın bütün nemətlərindən mümkün qədər istifadə edə biləcəklər. Təbabətdə, kənd təsərrüfatında, rabitədə, sənaye texnologiyasında və nəqliyyatda çox böyük inkişaflar yaşanacaq, davamlı yeni ixtiralar ediləcək. Hər yeni ixtira başqasına liderlik edəcək, inkişaflar çox böyük sürət qazanacaq.

Sənətdə çox böyük irəliləyişlər olacaq, bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə öncülük edəcək. İnsanlar Qızıl əsrdə həyatlarından o qədər məmnun olacaqlar ki; bir hədisin ifadəsinə görə “zamanın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər”. Peyğəmbərimiz (s.ə.v)-in digər bir sözündə Axırzamandakı mühit belə təsvir edilir:

…Kiçiklər; kaş ki, mən böyük olsaydım, böyüklər də; kaş ki mən kiçik olsaydım deyə təmənni edərlər… Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər”. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

Hz. İsa (ə.s)-ın yer üzündə olacağı Qızıl əsr ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in digər müjdələrinin bəziləri isə belədir: