Qiyamətin vaxtını bilmək mümkündürmü?

Qiyamətin vaxtını yalnız Allah bilir. İnsanlardan heç kim – Allahın diləməsi istisna olmaqla – qiyamətin nə vaxt baş verəcəyini bilə bilməz. Bu mövzuda bilinən yeganə həqiqət qiyamətin yaxınlaşmaqda olmasıdır. Quranda bu barədə belə buyurulur:

İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək. (Əhzab surəsi, 63)

Allahın ayədə bildirdiyi kimi, qiyamətin vaxtını Allahın diləməsi istisna olmaqla heç kim bilməz. Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərinə və Quranda yer alan işarələrə baxılaraq, qiyamətin hansı əsrdə baş verə biləcəyi barədə ehtimal irəli sürmək olar. “İman edən heç kimin qalmadığı, inkar edənlərin hakim olduğu bir dövrdə qiyamət qopa bilər” deyilə bilər. Necə ki, böyük Əhli-Sünnə alimi Bərzənci həzrətləri və Süyuti həzrətləri, Peyğəmbərimizin (s.ə.v.) hədislərinə əsaslanaraq ümmətin ömrünün hicri 1500- cü ili keçməyəcəyini, yəni hicri 1600-cü illərə çatmayacağını söyləmişlər. Bədiüzzaman Səid Nursi həzrətləri də yenə hədislərdəki məlumatlara əsaslanaraq müsəlmanların hicri 1506-cı ilə qədər Allahın haqq dini üzərində qalib şəkildə davam edəcəklərini, hicri 1545-ci ildə (miladi 2120- ci il) isə qiyamətin qopmasının ehtimal olunduğunu bildirmişdir. (Doğrusunu Allah bilir.) (Mövzu ilə bağlı ətraflı məlumat üçün bax: