Qiyaməti kimlər görəcək?

Qiyaməti o günə qədər yaşamış hər kəs görəcək, yoxsa yalnız o an yaşayanlar görəcək?

Qiyamət Surun üfürülməsi ilə birlikdə başlayır. Böyük bir sarsıntı və qulaqları partladarcasına gələn bir gurultuyla birlikdə yer üzündəki bütün insanlar qorxunc bir fəlakətlə qarşılaşacaqlarını anlayarlar. Yer və göy parça-parça edilər və bütün maddi kainat ölər. Yer üzündə canlı heç bir varlıq qalmaz. Sur ikinci dəfə üfürülməsi ilə birlikdə insanlar dirildilər və məzarlarından çıxarlar. (Zumər surəsi, 68)

Bu dirilişdən sonra baş verən hadisələrə yaradılmış olan bütün insanlar şahid olarlar.

Ancaq Allah qiyamət gününün qorxusundan möminləri təhlükəsizlik və hüzur içində tutacağını bildirmişdir:

Hər kim yaxşı əməllərlə (Allahın hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar. (Nəml surəsi, 89)