Qiyaməti o günə qədər yaşamış hər kəs görəcək, yoxsa yalnız o an yaşayanlar görəcək?

blank

Qiyamət Surun üfürülməsi ilə başlayır. Böyük bir sarsıntı və qulaqları kar edən bir gurultu ilə yer üzündəki bütün insanlar qorxunc bir fəlakətlə qarşılaşacaqlarını anlayarlar. Yer və göy parça-parça olar və bütün maddi kainat ölər. Yer üzündə canlı heç bir varlıq qalmaz. Surun ikinci dəfə üfürülməsi ilə insanlar diriləcək və qəbirlərindən çıxarılacaqlar. (Zumər surəsi, 68)

Bütün yaradılmış insanlar bu dirilmədən sonra baş verəcək hadisələrə şahid olacaqlar.

Ancaq Allah qiyamət gününün qorxusundan möminləri qoruyacağını və hüzur içində tutacağını bildirmişdir

Hər kim yaxşı əməllərlə (Allahın hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar. (Nəml surəsi, 89)

blank