Qiyamət

Vaqiə surəsi, 4-cü ayədə “Yer şiddətlə titrədiyi zaman...”, yəni bir toqquşma ilə, qiyaməti

Vaqiə surəsi, 4-cü ayədə “Yer şiddətlə titrədiyi zaman…”, yəni bir toqquşma ilə, qiyaməti izah edir. 5-ci ayə, “Dağlar parça-parça olub ovxalandığı”, toqquşmanın şiddəti ilə dağlar darmadağın olacaq. 4 və 5-ci ayələrin rəqəmləri 4, 5 yanaşı qoyulduqda 45 olur. 1545-ə işarə var.

Bədüzzaman Səid Nursi qiyamət tarixi barədə belə deyir: “LA TƏZALÜ TAİFƏTÜN MİN ÜMMƏTİ”. “Ümmətimdən bir tayfa zail olmayıb davam edəcəkdir”. (şəddə sayılır, tənvin sayılmır) fıkrasının məqami-cifrisi min beş yüz qırx iki (1542 – M. 2117) edərək nəhayəti davamına işarə edər. “Qeybi yalnız Allah bilir”. “ZAHİRİNƏ ALƏL-HAQQ”. “HAQQ üzərində davam edəcəkdir”. (şəddə sayılır) fıkrasının məqami-cifrisi min beş yüz altı (1506 – M. 2082) edib, bu tarixə qədər zahir və aşikaranə, bəlkə qalibanə, sonra ta qırx ikiyə qədər, gizli və məğlubiyyət içində vəzifeyi-tənviriyəsinə davam edəcəyinə rəmzə yaxın işarə edər. Vəl-ilmü indAllah. “Gerçək elm ancaq Allah Qatındadır”. “HATTA YƏTİYALLAHÜ Bİ ƏMRİHİ”. “Allahın əmri gəlincəyə qədər (yəni qiyamətin qopmasına qədər)” (şəddə sayılır) fıkrasının məqami-cifrisi min beş yüz qırx beş (1545 – M.2120) olub, kafirin başında qiyamət qopmasına işarə edər.

Bədüzzaman Səid Nursi hicri 1506-cı ilə qədər, yəni miladi 2082-ci ilə qədər İslam “qalibanə” olacaq deyir, yəni İslamın mükəmməl şəkildə yayılaraq, gücünü artıraraq inkişaf edəcəyini müjdələyir.

Ustad hicri 1506-cı ildən sonra, yəni 2082-ci ildə pozulma başlayacağını bildirir. Çünki hz. Mehdi və İsa Məsih vəfat edəcək, İslam pozulmağa başlayacaq, artıq xristianlıq, yəhudilik qalxacaq, dinsizlik getdikcə yayılacaq, müsəlmanlar gizli ibadət etməyə başlayacaqlar, yəni İslam məğlubiyyət içinə girəcəkdir (Doğrusunu Allah bilir).

Bədüzzaman Səid Nursi İslamın çökmə nöqtəsi olaraq hicri 1542-ci il tarixini, yəni 2117-ci il tarixini verir. Bu tarixdən sonra İslamın tamamilə ortadan qalxacağı, Quranın göyə rəf ediləcəyi çox çətin iki-üç il keçəcəyini və hicri 1545-ci ildə, yəni 2120-ci ildə qiyamətin qopacağını bildirir (Doğrusunu Allah bilir).