Qiyamət günü Quranda necə təsvir olunur?

Quranda bildirildiyi kimi, “…O Saat mütləq gələcəkdir! …” (Taha surəsi, 15) və o gün gəldikdə yer üzündə mövcud olan bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar — qısaca, göylərdə və yerdə olan hər şey məhv olacaqdır. Quranda həmin gün baş verəcəyi bildirilən bəzi hadisələr belədir:

Göy yarılıb çatlayacaq, bükülüb-zəifləyəcək. (Haqqə surəsi, 16)

Ulduzlar sönüb töküləcək. (Təkvir surəsi, 2)

Günəş və ay bir yerə gətiriləcək. (Qiyamət surəsi, 9)

Dənizlər qaynayıb daşacaq. (Təkvir surəsi, 6)

O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcək. (Müzzəmmil surəsi, 14)

Dağlar didilmiş rəngli yun kimi olacaq. (Qariə surəsi, 5)

Yer üzü sarsılıb parça-parça olacaq. (Fəcr surəsi, 21)

Yer ağırlıqlarını çölə atacaq. (Zəlzələ surəsi, 2)

Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin yalnız bir hissəsidir. Əslində isə həmin gün insanın dünyada dəyər verdiyi hər şey yox olacaq və hər kəs anlayacaq ki, Allahın razılığı üçün edilən saleh əməllərdən başqa heç nəyin həqiqi dəyəri yoxdur.