Qısa izah: “Şirk” (Allaha şərik qoşmaq) nədir?

1) Hər hansısa insanı, hansısa varlığı ya da hansısa bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə baxımından Allahla bərabər tutmağa, daha yüksəkdə görməyə və bu səhv zehniyyətlə hərəkət etməyə “şirk” deyilir.

2) Allah Quranda bu vəziyyəti “Allahdan başqa ilah qəbul etmək” kimi müəyyən edir. Bir başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir.

3) Şirk tək bağışlanmayan günahdır. Allah Quranda şirki bağışlamayacağını bildirmişdir (Nisa surəsi, 48).