Qısa izah: Bir şeyi “bütləşdirmək” nə deməkdir?

1) “Bütləşdirmək” xalq arasında yalnız bəzi heykəllərə ibadət etmək mənasında bilinir. Halbuki, bu anlayışın çox daha geniş mənası var.

2) İnsanın bir şeyi bütləşdirmək, mütləq o şey üçün “bu ilahdır, mən buna sitayiş edirəm” deməsi və ya o varlığın qarşısında səcdə etməsi lazım deyil. Bütləşdirmək, insanın, bir şeyi və ya bir kimsəni Allahdan üstün tutmasıdır.

3) Buna nümunə olaraq, bir kimsənin razılığını Allahın məmnuniyyətindən üstün tutmağı, bir kimsədən Allahdan çox qorxmağı, ya da hansısa bir kimsəni Allahı sevərcəsinə sevməyi verə bilərik. Quranda, insanların Allaha şərik qoşduqları bütlərin, onlara nə zərər, nə də fayda verə bilməyəcəkləri bildirilmişdir (Furqan surəsi, 3).