• Qış yuxusu, əslində, bir növ iflicə bənzəyir. Qış yuxusuna gedən heyvanların beyinlərində boz maddəyə oksigen axını normal səviyyədən 2% aşağı düşür.
• Maddələr mübadiləsi və ürək döyüntüsü yavaşlayır. Sünbülqıranın ürəyi oyaq vaxtı 1 dəqiqədə 300 dəfə döyündüyü halda, qış yuxusu ərzində ürəyi dəqiqədə üç-dörd dəfə döyünür.
“Torpor” adlanan, fiziki cəhətdən yaranan əzginlik və ya fəaliyyətsizlik siçan, yarasa və bir çox quş növünün yaşadığı vəziyyətdir. Qızıl boyunlu kalibri gecələr maddələr mübadiləsini on dəfə azaldır, səhər olduqda isə yerindən anidən uçur.
Yay gəldikdə və ya quraqlıq bitdikdən sonra qış yuxusuna gedən bir çox canlılar yuvalarından və ya oyuqlardan əzələlərində və ya sümüklərində heç bir narahatlıq olmadan çıxırlar. Bu xüsusiyyət kalsium qəbulunu nizamlayan və sümük sıxlığının yaranmasının qarşısını alan paratiroid hormonundan qaynaqlanır. Sözsüz ki, insanlar qış yuxusuna getmirlər

