Qəzəbləndiyi zaman hadisələrin Allahın nəzarətində baş verdiyini düşünə bilən insan Allahın onu imtahan etdiyini, göstərəcəyi davranışla axirətdə dəyər qazanacağını da bilərsə, qəzəbinə qalib gələr

Qəzəb halında möminin davranışı

Qəzəbləndikdə necə davranmalı olduğumuzu Allah Quranda öyrədir. Allah ayədə müsəlmanlar üçün  «qəzəblərini boğur və insanları bağışlayırlar» deyə bildirir. (Ali İmran surəsi, 134)  Dolayısilə Qurana uyğun olan qəzəbin insanı nəzarətə altına alması deyil, insanın qəzəbini nəzarət altına almasıdır. Qəzəbini boğub əfv edici olmaq ən gözəl davranışdır.

Bir müsəlman qəzəbini boğa bilməyəcək bir zəiflik içində olmağı əsla qəbul etməməli, bunu xarakter zəifliyi olaraq görməli, imanına və Allaha olan sevgisinə yaraşdırmamalıdır.

Halbuki qəzəb anında hadisələrin Allahın nəzarətində baş verdiyini düşünə bilən insan Allahın onu imtahan etdiyini, verəcəyi reaksiya ilə axirətdə dəyər qazanacağını da bilir. Qədərin axışını seyr etdiyini bilən bir insan imkan verilsə və həyatını geri alıb yenidən yaşasa eyni hadisəni mütləq eyni şəkildə yenidən yaşayacağını, hadisələri əsla dəyişdirmə gücünə sahib ola bilməyəcəyini həmin anda yadına salır və Allahın qədərində hər şeyi ən xeyirli şəkildə yaratdığını da unutmur. Belə bir insan mütləq Qurana ən uyğun ən olan hərəkəti edəcək.

blank