Qeybi kimlər bilər?

Yəni, “Bunlar qeyb xəbəridir”, “Sənə vəhy edirik”, sənə bildiririk

“Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir…” (Ali İmran surəsi, 44)

Yəni, “Bunlar qeyb xəbəridir”, “Sənə vəhy edirik”, sənə bildiririk. Allah peyğəmbərə “Qeybi sənə bildirirəm” deyir. Bəzi cahillər deyirlər ki, “qeyb bilinməz, qeybi kimsə biləməz”. Amma Allah peyğəmbərimizə deyir ki, mən sənə bildirirəm. Peyğəmbərimiz isə ümmətinə bildirir. Mən də Rəsulullahın bildirdiyi bu xəbəri möminlərə bildirirəm.

Yenə də Qurani-Kərimdə buyurulur: “(Ey Rəsulum!) Bu (Yusifin hekayəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.” (Yusif surəsi, 102). Baxın, keçmiş də qeybdir, gələcək də qeybdir. Allah peyğəmbərimizə keçmişi də, gələcəyi də göstərdi. Peyğəmbərimiz bütün zamanı gördü. Zamanın əvvəlini də, sonunu da gördü, inşaAllah.

Peyğəmbərimiz Hz. Mehdini hədislərdə başdan-ayağa, saçından dabanına qədər təsvir edir. Peyğəmbərimiz gözüylə gördüyünü anladıb, inşaAllah. Bu, qeyb xəbəridir. 1400 il sonra gələcək bir insanı peyğəmbər haradan bilsin? Allahın bildirməsi ilə bilir. Saçları qara, nuru saçının qaralığına vurmuşdur deyilir. Alnı geniş, qaşları qövsvarı. Burnu kiçik. Baxın, burnunun üstündəki qabarıqlığa nə qədər yaxından baxıb, görür. Burnunun üstündə qabarıqlıq vardır deyir.

Alnının ortasındakı qaş çatma cizgisi təkdir və bir çuxurluq vardır deyir. Alnında bir yara izi var deyir. Yanağında bir xal var deyir, amma tünd deyil, işıqlı, aydın bir xaldır deyir. Dişləri parlaq və düzgündür deyir. Burnu kiçik və yuxarıya doğru qalxıqdır deyir. Gözləri yaşıl, “aynul hadra” deyilir. Gözlərinə yaxından baxıb, gözləri yaşıl deyir və alnı genişdir. Geniş çiyinlidir deyir. Kürəyində bir xal var, özündə olduğu kimi, deyir Rəsulullah. Amma bir xal daha var deyir, o da ət xalı tərzində ağac yarpağı, mərsin ağacının yarpağı kimi durur. Bu, qeyb xəbəri deyilmi?

Orta boyludur deyir. Qarnı genişdir. Sağ budunda da bir xal vardır deyir. Ombaları da genişdir. Addımlarını da kənara atar. Demək ki, Mehdi onun yanında yeriyib, Peyğəmbərimiz də görüb. Bütün halını, hərəkətini bilir. Xasiyyətini, əxlaqını, hamısını bilir. Şəxsiyyətini. Kimlərin ona yardım edəcəyini. Cəbrayıl, Mikayıl, İsrafil yanında olacaqlar deyir. Gördüyünü söyləyir Peyğəmbər. Və minlərlə mələkdən yardım görəcək deyir.

“İki dəccal, Bəxtünnəsr və Nəmrud; iki mömin, Zülqərneyn və Hz. Süleyman. Beşinci olaraq övladlarından Mehdi dünyaya hakim olacaq”, deyir Peyğəmbərimiz. Bəziləri deyir ki, bütün haqq kitablarda, köhnə kitablarda Mehdidən bəhs edilir, oradan gəlmə bir xurafatdır. Halbuki, həmin o dediyin haqq kitablarda, bizim də bildiyimiz haqq kitablarda namazdan da bəhs edilir. Hamısında namazdan bəhs edilir. Onlar da gəlib. O kitablarda axirətdən bəhs edilir. Onlar da gəlib. Cənnətdən, cəhənnəmdən bəhs edilir. Onlar da gəlib. Amma Mehdi də gəlib.

Haqq kitabda Mehdinin bəhs edilməsi nə deməkdir? Mehdinin haqq olduğunu göstərir. Namaz Tövrata keçir. Mehdi də Tövrata keçir. Həm də yüzlərlə dəfə. Oruc da keçir Tövrata. Cənnət, cəhənnəm də keçir. Qiyamət də keçir. Allahın bir olduğu da keçir. Niyə Mehdidən narahat olurlar o zaman?

Dünyaya hakim olacaq deyir Allah, Tövrata. Kral Məsih, Mehdi dünyaya hakim olacaq deyir. Hz. Məhəmməd də deyir hz. Mehdi dünyaya hakim olacaq. Peyğəmbərimiz deyir ki, Hz. Mehdi evində oturduğu halda ona liderlik gələr. Tövrata deyir ki, evindən idarə edəcək, sədrindən (taxtından) idarə edəcək. Eynisini söyləyir. Tövrat və hədislər bu mövzuda eyni deyir.