Qeyb nə deməkdir?

Məlumatını əldə edə bilmədiyimiz, görə bilmədiyimiz və eşidə bilmədiyimiz hər bir şey qeyb məlumatıdır. İnsanlar bu məlumatın ancaq Allahın onlara bildirdiyi qədərini bilə bilərlər. Qeyb məlumatının yeganə sahibi isə Allahdır. Allah zamandan və məkandan münəzzəhdir. Bu səbəbdən də keçmişin, indiki zamanın və gələcəyin məlumatına sahib olan yeganə qüdrətdir. Allah: “Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir”. (Taha surəsi, 7) ayəsi ilə də bildirdiyi kimi, insanların əsla əldə edə bilməyəcəyi ən gizli olan şeyləri də biləndir. İnsanların qəlbindən keçənləri, şüuraltında saxladıqlarını, heç kimə söyləmədikləri ən gizli düşüncələrini də biləndir. Quranda qeybə dair bu məlumatın yalnız Allaha aid olduğundan belə bəhs edilir:

Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş- quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Ənam surəsi, 59) mümkündürmü?