Qətiyyətli olmaq

Qətiyyət, işə ciddi yanaşmaq, nəticə əldə etmək üçün bütün əngəlləri aşmaq və səy göstərib

Qətiyyət, işə ciddi yanaşmaq, nəticə əldə etmək üçün bütün əngəlləri aşmaq və səy göstərib lazımi şeyləri mütləq yerinə yetirmək deməkdir. Yuxarıdakı ayədə də bu nəzərdə tutulur. Allah iman gətirən qullarına təkcə ibadət etməyi deyil, eyni zamanda, ibadətdə qətiyyətli olmağı bildirmişdir. İbadətdə qətiyyətli olmaq isə təkcə fiziki ibadətlərə deyil, uca Rəbbimizin Quranda bildirdiyi kimi gözəl əxlaqlı davranmağa da aiddir. Çünki insanların qul kimi Allah üçün etdikləri hər hərəkət, dedikləri hər söz, hər davranış və rəftar ibadətdir. Ona görə, namaz bir mömin üçün necə mühüm fərz olan ibadətdirsə, eyni şəkildə, qəzəbini boğmaq, gözəl söz demək, insanlara haqq yolu göstərmək və onları xəbərdar edib qorxutmaq, sui-zənn etməmək və ya mübahisəçi olmamaq və ən əsası da Allaha xidmət etmək, yəni cəhd və infaq etməkdə də ibadətdir.

Bununla yanaşı, Quranda möminlərin ibadətdə qətiyyətli olmaq üçün iradə və səbirləri müxtəlif çətinlik və imtahanlarla sınanacağı da bildirilmişdir. Keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından verilən nümunələrlə möminlərin imanlarının və qətiyyətlərinin tez-tez sınandığı xəbər verilmişdir. Çünki bu cür anlar müsəlmanların uca Rəbbimizə olan bağlılıqlarını və sədaqətlərini göstərəcəkləri çox dəyərli fürsətlərdir.

İman gətirməyən insanların söz və ya fiziki təzyiqi, müsəlmanlara iftira atılması, xəstəlik, aclıq, susuzluq, yorğunluq kimi sıxıntılar, çətinlik və təhlükələrlə mübarizə, möminlərdən mallarını və canlarını fəda etməyi tələb edən vəziyyətlər bu mühüm imtahanlardan bəziləridir. Bu hallarda müsəlmanlar Quran əxlaqına uyğun yaşamaqda və Quran əxlaqını təbliğ etməkdə səbir və qətiyyət göstərməlidirlər.

Bir də Allahın nemət olaraq bolluq-bərəkət, sağlamlıq, əmin-amanlıq, zənginlik və ya iqtidar bəxş etdiyi vəziyyətlər var ki, bu zamanlar da möminlərin Rəbbimizə olan bağlılığında qətiyyət göstərməsini tələb edən müxtəlif imtahan vasitələridir. Ona görə, müsəlmanlar həm çətinlik, həm də asanlıqla sınanırlar. Hər iki halda da müsəlmanların davranışında mənfi dəyişiklik baş verməməlidir. Mömin hər cür şəraitdə imanda, təvəkküldə, Allaha sədaqətdə qətiyyətli davranaraq Allaha olan sevgisini və bağlılığını göstərməklə məsuldur.

Tarix boyu göndərilmiş bütün peyğəmbərlər, elçilər və onlarla birlikdə haqq uğrunda mübarizə aparan səmimi möminlər həyatının sonuna qədər xeyirli işlərdə və gözəl əxlaqda qətiyyətli olmuşlar. Quranda nümunə göstərilən bu peyğəmbərlərin və onlarla birlikdə olan əməlisaleh insanların əxlaqını nümunə götürmək, onlar kimi kamil olmaq üçün xeyir işlərdə yarışmaq bütün müsəlmanların üzərinə düşən məsuliyyətdir.

Mühyiddin İbn əl-Ərəbi möminlərin hər cür şəraitdə gözəl əxlaqdan əsla əl çəkməmələrini, gözəl əxlaqın axirətdəki qarşılığını Peyğəmbərimizin hədislərindən misal çəkərək belə açıqlamışdır:

“Gözəl əxlaqdan ayrılma! Ən gözəl xasiyyəti mənimsə və o cür davran. Pis əxlaqdan uzaq dur. Çünki Peyğəmbər belə buyurur: “Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”. Yuxarıdakı hədisdən göründüyü kimi, Allah Rəsulu əxlaqını gözəlləşdirən insana cənnətin ən yüksək yerində bir sarayının olacağını bildirmişdir”. (Mühyiddin İbn əl-Ərəbi, “Fütuhat əl–Məkkiyyə fi Mərifə əl–Əsrar əl–Məlikiyyə vəl Mülkiyyə”, səh. 74)