Bir insan əlini oda uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. “Görəsən həqiqətən yanarmı?” kimi bir düşüncəyə qapılmaz. Bu o deməkdir ki, həmin insan atəşin əlini yandıracağına qəti məlumatla inanır.
Quran ayələrində isə “qəti iman”dan bu şəkildə bəhs edilir:
“Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.” (Casiyə surəsi, 20)
Qəti iman, az əvvəlki od nümunəsində olduğu kimi qəti əminliklə, heç bir şübhə duymadan, o an ətrafında gördüyü, danışdığı şeylər qədər həqiqət olduğuna əmin olaraq Allahın varlığına, təkliyinə, qiyamət gününə, cənnətin və cəhənnəmin varlığına iman etmək deməkdir. Qəti məlumata əsaslanan bir iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı edəcək şəkildə keçirəcək bir vicdana yönəldir.
