Qəti iman nə deməkdir?

blank

İnsan əlini oda uzatdıqda, onun yanacağını bilər, bundan heç bir şübhəsi olmaz. Heç vaxt “Həqiqətən yanarmı?” deyə düşünməz. Bu o deməkdir ki, insan odun əlini yandıracağına tam əminliklə inanır. Quran ayələrində isə “qəti iman”dan belə bəhs edilir:

Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir. (Casiyə surəsi, 20)

Yuxarıdakı od nümunəsində olduğu kimi, qəti iman, Allahın varlığına, Onun birliyinə, qiyamət gününə, cənnət və cəhənnəmin varlığına heç bir şübhə olmadan mütləq qətiliklə inanmaq və bunların indi ətrafında gördüyü və haqqında danışdığı şeylər qədər həqiqət olduğuna əmin olmaq deməkdir. Qəti iman insanın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı edəcək şəkildə yaşayacaq bir vicdana yönəldir.

blank