Qəti iman gətirmək

Bəzi insanlarda dərin iman olmaz

Bəzi insanlarda dərin iman olmaz. Ancaq qəti iman ilə insan stabil hala gələr və ancaq o zaman Allah qorxusuna sahib olar, təvəkküllü olar.

İnsan Allaha düşünmə qabiliyyətini artırması üçün dua etməlidir. Allahın dəlillərini görmə gücünü artırmaq və layiqincə təqdir etmək lazımdır. Dünyada ən böyük nemət güclü imandır. Səmimi, aydın, qəti iman. Tam olmayan iman dünyada həmişə ənənəçilərdə vardır. Natamam imanın olmasının mənşəyi çox qədimdir, ta hz. Adəm dövründən başlayır. Yəni, insanların beynində çox vaxt qəti qərar olmur. Qəti imanı Allahdan istəmək lazımdır. O zaman, insan tam normal, stabil, qərarlı olar. Təvəkkülü tam olar, güclü Allah qorxusuna sahib olar.

Uşaqlıqdan etibarən insanları Allahdan uzaqlaşdırırlar. Ailələrdə ancaq dünyəvi mövzular danışılır. Allahdan heç bir kəlimə də bəhs olunmur. “Uşaq məktəbdən qayıtdımı? Oğlum, dərslərini yerinə yetirdinmi?” kimi söhbətlər edilir. Halbuki bütün sistem Allaha əsasən qurulmalıdır. Bütün diqqət Allaha yönəldilməlidir. Allahdan başqa hər şeyə diqqət verilir. Çox qədim tarixdən bəri belədir. İnsanların şüur altı bu cür doldurulub, bu cür məlumatlar təhkim edilib. Buna qarşı müqavimət göstərmək lazımdır. Səmimi möminlər bu cür şüuraltına yeridilən düşüncəyə qarşı müqavimət göstərməlidirlər, bunu qəbul etməməlidirlər. Allahdan başqa heç bir şeydən bəhs edilməməlidir. Allah ilə sıx əlaqədə olmaq lazımdır.