Dünya üzərindəki istənilən bir insandan Qurani-Kərim haqqında nə bildiyini soruşsanız, o, sizə bunun İslam dininin müqəddəs kitabı olduğunu söyləyəcək. Bu, düzgün bir cavabdır, ancaq kifayət edəcək qədər deyil. Çünki Quran insanların böyük bir qisminin zənn etdiyi kimi, sadəcə dünyaya müsəlman kimi gəlmiş və ya sonradan müsəlmanlığı qəbul etmiş insanlara deyil, Allahın bütün bəşəriyyətə göndərdiyi və qiyamət günündə insanları cavabdeh sayacaq müqəddəs kitabdır. Ancaq insanların bir qismi qiyamət günündə cavabdeh olacaqları Quran haqqında çox az məlumata malikdir. Bu halda bütün insanların Quranın göndərilmə məqsədi və dinin hökmləri ilə bağlı hər xırdalıqları bilməsi və bunları da həyatlarında tətbiq etməsi lazımdır. İnsanın onu yaradan Rəbbinə qarşı cavabdehliyini öyrənəcəyi yeganə qaynaq Qurandır. Allah hesab günü insanları Qurana görə görə cavabdeh sayacağını “Zuxruf’ surəsində belə bildirir:
“Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan! Şübhəsiz ki, o sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!” (“Zuxruf” surəsi, 43-44).
Quran Allahın kəlamıdır. Quran özündən əvvəl endirilmiş müqəddəs kitabları təsdiqləyir və haqla batili ayırır. Quran bütün inananlar üçün bir rəhbərdir və onun bənzərinin olması qeyri-mümkündür.

