Cənubi Afrikada bitən Sundev bitkisi yapışqan tükləri ilə böcəkləri tələyə salır. Bu bitkinin yarpaqlarının uzun qırmızı tükləri həşəratları cəlb edəcək qoxu ehtiva edən maye ilə örtülmüşdür. Mayenin başqa xüsusiyyəti də çox yapışqan olmasıdır. Qoxunun mənbəyinə yönələn böcək bu yapışqan tüklərə ilişir. Bir müddətdən sonra bütün yarpaq tüklərə yapışan böcəyin üzərinə bağlanır və bitki böcəyi həzm edərək özü üçün lazım olan zülalı əldə edir.
Qəribə bitki: Sundev
