Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq. Bizim əmrimiz bir göz qırpımında gerçəkləşər. Şübhəsiz ki, Biz sizin kimiləri məhv etmişdik. Bəs ibrət alan varmı? Onların etdiyi hər şey kitablarda (əməl dəftərlərində) mövcuddur. Böyük-kiçik hər bir şey yazılmışdır. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında olacaqlar. Güclü hökmdar olan Allahın dərgahında haqq məclisində olacaqlar. (Qəmər surəsi, 49-55)
