Qəmər Surəsi, 1-8-ci Ayələr

O Saat yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır. Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?! Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər. (Qəmər surəsi, 1-8)