Qəlbimdən keçirdiyim hər şey Allah qatında məlumdurmu?

Allah insanın qəlbindən keçirdiyi, heç kimin bilmədiyini zənn etdiyi bütün düşüncələr də daxil olmaqla, hər şeyi bilir. Çünki Allahın sifətlərindən biri “Xabir”dir. Yəni Allah hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı şəxslərdən ağlından keçən düşüncələri gizlədə bilər, lakin Allahdan gizlədə bilməz. Ayədə bildirildiyi kimi: “Şübhəsiz ki, göydə və yerdə olan heç bir şey Allahdan gizli qalmaz”. (Ali İmran surəsi, 5) Bir başqa ayədə isə belə deyilir:

Göylərdə və yerdə (tək ilah olan) O Allahdır! O, gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O, sizin qazandığınızı da bilir. (Ənam surəsi, 3)

İnsan zaman və məkandan asılı olan bir varlıqdır. Halbuki Allah bütün bu nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları və o insanların başına gələcək hadisələri yaradan, hər şeyin taleyini təyin edən Allahdır. Bu səbəbdən Allah insanın daxilini, xaricini və bütün düşüncələrini bilir. Quranda bildirildiyi kimi: “… Şübhəsiz ki, O, qəlbdəkini biləndir”. (Mülk surəsi, 13)