Qəlb necə rahatlıq tapar?

Dünya üzərində yaşayan bütün insanlar həqiqi xoşbəxtliyə çatmağın yollarını axtarırlar

Dünya üzərində yaşayan bütün insanlar həqiqi xoşbəxtliyə çatmağın yollarını axtarırlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi var. Kimisi zəngin olduğunda, kimisi yaxşı bir işə girdiyində, kimisi sevdiyi insanla evləndiyində, kimisi istədiyi estetik əməliyyatı etdirdiyində, kimisi universitetə qəbul olduğunda xoşbəxt olacağını düşünür. Məqsədinə çatdığında isə axtardığı xoşbəxtliyi ya tapa bilməz, ya da çox qısa davam edən və özünü təmin etməyən bir xoşbəxtlik olduğunu görür. Bu səfər başqa bir hədəfə sarılır. Onu əldə etdiyində xoşbəxt ola biləcəyini düşünür. Halbuki bu günə qədər bu yollarla həqiqi mənada xoşbəxtliyi əldə edə bilən heç bir insan olmamışdır. Özünün ən xoşbəxt olduğunu düşünən insanın belə, içini sıxan, düşünməkdən qaçdığı, ona narahat edən saysız mövzu var.

Həqiqi xoşbəxtlik, hüzur, daxili sevinc və rahatlıq isə, sadəcə Allahın zikri ilə mümkündür. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Onlar iman gətirən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rad surəsi, 28)

Bu, Allahın Quranda bizə bildirdiyi çox əhəmiyyətli bir sirdir. Bir çox insan bu həqiqətdən xəbərsizdir, yuxarıda bəhs etdiyimiz şəkildə yaşayır. Dünya nemətləri ilə qane olmağa çalışar. Əsla ölməyəcək kimi, hesab günü ilə qarşılaşacağını düşünmədən ehtirasla dünyaya aid dəyərlərə sahib olmaq üçün məşğul olur.

Ancaq bu, böyük bir aldanmadır. Bu insanların sahib olduqları heç bir şey həqiqi hüzur və xoşbəxtlik qazandırmaz. Yalnız Allaha könüldən bağlanan, Onun şəfqətinin, mərhəmətinin, qorumasının dərk edən möminlər hüzurlu həyat sürə bilərlər. Gördüyü hər hadisədə, eşitdiyi hər danışıqda Allahı zikr edən, Allahın yaratmasındakı dəlilləri görərək Onu anan bir insanın qəlbinə Allah bu daxili rahatlığını verər. Buna görə də, insanların daxili rahatlığını və ya hüzur və xoşbəxtliyini başqa yerlərdə axtarmaları boşunadır.

İmani mövzuları izah etdikcə insanların imanları güclənməyə başlayır. İman güclənəndə insana sevinc gəlir. İman tərəddüdündə insanların canı dəhşətli şəkildə əzab çəkir. İnsanların bədbəxtliyinin səbəbi iman tərəddüdüdür. Bir insan Allahın varlığından 100% əmin olsa, Cənnətin varlığından 100% əmin olsa, nə üçün bədbəxt olsun? Bu mümkündür? Ac buraxılsa, yerdə sürünsə yenə bədbəxtlik olmaz. Hər kəs heyrətamiz dərəcədə xoşbəxt olar. İman tərəddüdü səbəbindən insanlar əzab çəkir. Bədbəxtliyin mənşəyi budur. Başqa heç bir səbəbi yoxdur. İman olmadığı üçün belədir. İman, həm hüzur, həm sevinc, həm gözəllik, həm zehin açıqlığı və heyrət verici ağıl meydana gətirir. Çox ağıllı olur imanlı insanlar.