Qəlb Allahın zikriylə rahatlıq tapar

Dünyada yaşayan bütün insanlar həqiqi xoşbəxtliyi tapmağın yollarını axtararlar

Dünyada yaşayan bütün insanlar həqiqi xoşbəxtliyi tapmağın yollarını axtararlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi vardır. Bəzisi zəngin olduğunda, bəzisi yaxşı bir işə girdiyində, bəzisi sevdiyi insanla evlənə bildiyində, kimisi istədiyi estetik əməliyyatını etdirə bildiyində, kimisi universiteti qazandığında xoşbəxt olacağını düşünər. Məqsədinə çatdığında isə axtardığı xoşbəxtliyi ya tapa bilməz, ya da çox qısa davam edən və özünü təmin etməyən bir xoşbəxtlik olduğunu görər. Bu dəfə başqa bir hədəfdən yapışar. Onu əldə etdiyində xoşbəxt ola biləcəyini düşünər. Halbuki bu günə qədər bu yollarla həqiqi mənada xoşbəxtliyi tapa bilən bir insan olmamışdır. Ən xoşbəxt olduğunu düşünən insanın belə içini sıxan, düşünməkdən qaçdığı, ona narahatlıq verən saysız mövzusu vardır.

Həqiqi xoşbəxtlik, hüzur, daxili sevinc və rahatlıq isə, yalnız Allahın zikri ilə mümkündür. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Bunlar, iman edənlər və ürəkləri Allahın zikri ilə mutmain olanlardır. Xəbəriniz olsun; ürəklər yalnız Allahın zikri ilə mutmain olar. (Rəd surəsi, 28)

Bu, Allahın Quranda bizə bildirdiyi çox əhəmiyyətli bir sirdir. Bir çox insan bu həqiqətdən xəbərsiz, yuxarıda deyilən şəkildə yaşayar. Dünya nemətləri ilə kifayətlənməyə çalışar. Əsla ölməyəcəkmiş kimi, hesab günü ilə qarşılaşacağını düşünmədən ehtirasla dünyaya aid dəyərlərə sahib olmaq üçün məşğul olar.

Ancaq bu, böyük bir aldanışdır. Bu insanların sahib olduqları heç bir şey həqiqi hüzur və xoşbəxtlik qazandırmaz. Yalnız Allaha könüldən bağlanan, Onun şəfqətinin, mərhəmətinin, üzərindəki qorumasının fərqində olan möminlər mutmain həyat yaşaya bilərlər. Gördüyü hər hadisədə, eşitdiyi hər danışıqda Allahı zikr edən, Allahın yaradılış dəlillərini görərək Onu anan bir insanın ürəyinə Allah bu rahatlığı verər. Bu səbəbdən insanların daxili rahatlığını və ya hüzur və xoşbəxtliyi başqa yerlərdə axtarmaları boşunadır.