Qəflət

Qəflət, bir insanın ətrafındakı həqiqətləri görə bilməməsi və ya bunlar haqqında məlumatsız

Qəflət, bir insanın ətrafındakı həqiqətləri görə bilməməsi və ya bunlar haqqında məlumatsız olması deməkdir. Quranda bildirildiyinə görə qafil insanın ən diqqət çəkən tərəflərindən biri, ətrafındakı saysız yaradılış dəlilini, dünyada mövcudluq məqsədini, ölümün yaxınlığını, axirət həyatının həqiqətini və bunlar kimi vacib olan daha bir çox mövzunu qavraya bilməməsidir. Allah bir ayəsində qafil insanların vəziyyətlərini belə xəbər vermişdir:

“İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.” (Ənbiya surəsi, 1)

Həyatını qəflət içində keçirən bir insan, yuxarıdakı ayədə xəbər verildiyi kimi, hesab gününün sürətlə yaxınlaşdığı açıq həqiqət ikən, bundan xəbərsizmiş və heç hesab verməyəcəkmiş kimi davranar. Çünki qəflət, ağlı örtən və insanın ağıllı hərəkət etməsini, məqsədəuyğun qərarlar almasını tamamilə maneə törədən bir cür yuxu halıdır. Həyatı boyunca bu ruh halında olan bir insan, ağlını istifadə edə bilmədiyi üçün getdikcə həqiqətlərdən uzaqlaşar, doğrunu səhvdən ayırd edə bilməyəcək vəziyyətə gəlir və özünü həm dünyada, həm də axirətdə zərərə salacaq səhvlərə düşər.

Qəflətin səbəbi isə insanın Allahdan və Onun endirdiyi haqq kitabdan uzaq qalması və inkar içində yaşamasıdır. Bu insanların vəziyyəti Quranda qəti şəkildə açıqlanmışdır, ancaq onlar bu həqiqəti də dərk etmirlər. Çünki qəflət halında olan bir kimsə heç bir zaman özünü “qafil” olaraq görməz, hətta belə bir vəziyyətə ehtimal belə verməz.

Halbuki ağıllı insan bu cür insanların içərisində olduğu qəflət halını görə bilər. Çünki ağıl sahibləri hadisələrə Quranı ölçü götürərək yaxınlaşarlar. Quranda bir insanın qəflətə qapıldığında necə rəftarlar göstərdiyi, necə düşüncə quruluşuna və məntiqə sahib olduğu bildirilmişdir. Bu səbəblə qafil insan hər hərəkəti ilə özünü ələ verər. Çox yaxşı təhsil də almış olsa, mükəmməl natiq də olsa, bu ruh halında olduğu müddətcə hər davranışı və düşüncəsi onun qəflət içərisində olduğunu müəyyən edəcək.