Böyük bir qəflət içində yaşayan insanlar çox mühüm bir xətaya yol verirlər. Unutmaq olmaz ki, açılan hər səhər insanın dünya həyatında onun üçün müəyyən olunmuş son gününün başlanğıcı ola bilər. İşə və ya məktəbə gedərkən baş verən bir yol qəzası, “gözlənilməz” bir ürək tutması və ya başqa saysız səbəblərə görə ölüm onu hər an yaxalaya bilər. O halda, insanın etməli olduğu, qarşısındakı günü Allahı razı edə bilmək üçün nələr edə biləcəyi barədə düşünməkdir.
Qəflət içində yaşayanların yol verdiyi böyük xəta nədir?
