Qəflət halı

Qəflət halı, insanın Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu

Qəflət halı, insanın Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu halda bu məlumatın tələb etdiyi şüur və məsuliyyəti, davranış şəklini göstərməyərək, biganə və məsuliyyətsiz əxlaqda olmasıdır. Qəflət halı bəzən iman edən bir kimsə üçün qısa müddətli, müvəqqəti bir unutqanlıq, ya da dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən və ya Ona şərik qoşanlardan olduğu kimi bütün həyatının hər təfərrüatını örtəcək dərəcədə dərin ola bilər.

Dünya üzərində bir çox insan, yaradılış məqsədini düşünmədən, nəfsinin arzuları ilə əylənib boş və yararsız işlərlə məşğul olaraq şüursuzca həyatını davam etdirər. “Gününü gün etmə” məntiqi ilə, yalnız dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı hədəfləyər. Onun üçün əhəmiyyətli olan, “dünyaya bir daha gələcəyikmi” düşüncəsi ilə bu zamanı ən yaxşı şəkildə dəyərləndirməkdir. Buna görə də yaşadığı zaman diliminə sadəcə, özünə görə ən yüksək zövqü və əyləncəni sığdırmağa çalışar. Öləcəyini bilir, ancaq öldükdən sonra özünü gözləyən əbədi əzabdan xəbərsizdir, ya da Allahın üstün gücünü qavraya bilmədiyi üçün bu əzabın şiddətini düşünməz. Halbuki, bu əzabın şiddəti Quranın bir çox ayəsində təsvir edilir. Bu ayələrdən bəziləri belədir:

…O zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)

Qəflət halındakı insanların çoxu Allahın varlığını bilir, ancaq Ona qəti olaraq iman etməz, təslim olmazlar. Buna görə də, həyatındakı hər çətin və sıxıntılı hadisədə, təvəkkülsüz olduqları üçün dərin bir əzab və kədər duyarlar. Ən kiçik çətinliklər belə, onların həyatını alt-üst etməyə bəs etdiyi bu insanların cəmiyyətdə pessimist, bədbəxt və depressiyada olan insan tiplərini meydana gətirərlər.

Olduqca boş və yararsız işlərlə keçirdikləri uzun zamanları “gərginlik”, “məşğuliyyət” olaraq xarakterizə edirlər. Bu “boş gərginlikləri” səbəbiylə də özlərini əhəmiyyətli və yetərli hiss edərlər. Halbuki, bu gərginlik, qəflət içindəki insanın şüursuzluğunu alovlandıran boş vaxt itkisindən başqa bir şey deyil. İnkar edənlərin boşuna vaxt itirdiklərini Allah ayələrdə belə təsvir edir:

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 2-3)

Qəflət, Allahı və axirət gününü unutmuş insanları əhatə etmiş hiyləgər xəstəlik kimidir. Bu, insanın zehnini keyidən, ağlını örtən bir xəstəlikdir. Bu keylik və şüursuzluq içində insan özünü əhatə edən və gözləyən həqiqətlərin fərqinə vara bilməz. Bu səbəblə, qəflət halındakı insanlar görmək, eşitmək kimi hissiyyatlara sahib olmalarına baxmayaraq, gördüklərini və eşitdiklərini qiymətləndirmə, mühakimə etmə qabiliyyətini itirmiş olarlar. Çünki özlərini bürüyən qəflət onların ağlını örtmüşdür. Qəflət içindəki insanlar bütün zamanını nəfsinin sərhədsiz istəklərini təmin etmək üçün sərf edərlər, başqa bir şey düşünməzlər. İstək və həvəslərini, bütün mənliklərini həsr etdikləri bir ilah etmişlər. Onların vəziyyətini Allah Quranda belə bildirir:

Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan? Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar. (Furqan surəsi, 43-44)

Qəflətin əhəmiyyətli xüsusiyyətlərindən biri də insanın həqiqətlərdən uzaqlaşıb xəyal dünyasında yaşamasıdır. Məsələn, gənclər daima gələcəklə əlaqədar xəyallar qurarlar və zehinlərini yalnız bununla məşğul edərlər. Qurulan xəyallar nəticəsində də sanki bu xəyallar həqiqətmiş kimi xoşbəxt olarlar. Yaşa dolduqca isə insanlar daha məhdud xəyallar quraraq, daha çox xatirələrlə zaman keçirər və bunlarla yaşayarlar. Çox qısa zaman içində yaxınlarına danışa biləcəyi bir çox xatirə tapa bilər və bunları dilə gətirərkən həmin andakı həyəcan və ya kədəri sanki yenidən duyarlar.

Göründüyü kimi, qəflət içindəki insanların zehinləri, xəyallar və xatirələrlə sıx bir şəkildə məşğuldur. Amma əsl düşünülməli olan axirəti göz ardı edərlər. Bu insanlar nə fikrən, nə də mənəvi olaraq Allah ilə əlaqə halında deyildirlər. Qafil insan, həqiqətləri, xəyallar və xatirələr arasında sadəcə istənməyən, dumanlı və qaranlıq bir çərçivə olaraq qəbul edər və həqiqətlər bir an ağlına gəldiyində bunları düşünməkdən imtina edərək dərhal öz ağlına görə bulanıq xülyalarına geri dönər.

Qəflət, gözləri görməyən bir insanın, obyektləri və insanları yalnız dumanlı ya da kompleks şəkillərdən ibarət görməsi kimidir. Bu vəziyyətdəki insan, gördükləri haqqında təfərrüatlı məlumata sahib ola bilməz. Ancaq eynək taxdığında, görüntü dəqiqləşər və hər şeyi ən incə təfərrüatına qədər görə bilər. Artıq görünüşdəki dəqiqlik sayəsində, nə qədər az gördüyünün, hətta görə bilmədiyinin tam olaraq dərk edəcəkdir.

Qəflət içindəki bir insan üçün də bənzər qavrayış əskikliyi labüddür. Qəflət içində insanın Allahın varlığını, üstün izzət və şərəfini gərəyi kimi təqdir edə bilməsi mümkün deyil. Ancaq səmimi şəkildə qəlbən Allaha yönəldiyi, dua etdiyi, təfəkkür etdiyi və Allahın sərhədlərinə riayət etdiyi zaman, yaşadığı qəflətin ölçülərinin fərqinə varacaq. Bunun nəticəsində isə, qəflətin səbəb olduğu anlayış pozğunluğu Allahın izni ilə qalxacaq, həqiqətləri açıq və dəqiq bir şəkildə görüb qavrayacaq.