Qədim Misir mədəniyyəti, eyni tarixlərdə Mesopotamiyada qurulmuş şəhər dövlətləri ilə birlikdə, tarixin ən qədim sivilizasiyalarından biri olaraq bilinir. Dövrün ən qabaqcıl sosial nizamına sahib dövlətini quran Misirlilər, e.ə. 3000-ci illərdə yazını tapıb istifadə etmiş, Nil çayından ən yaxşı şəkildə faydalanmış və ölkənin təbii quruluşu sayəsində çöldən gələcək hücumlara qarşı qorunmuşlar. Beləcə Misir mədəniyyəti böyük irəliləmə qeyd etmişdir.
Qədim Misir mədəniyyəti, Quranda inkar sisteminin ən açıq və dəqiq təsvir edildiyi “firon rəhbərliyinin” etibarlı olduğu bir mədəniyyət idi. Böyüklük göstərmişlər, arxa çevirmişlər, inkar etmişlər və bu səbəblə həlaka düşmüşlər. Nə mədəniyyətləri, nə sosial və siyasi nizamları, nə də hərbi müvəffəqiyyətləri onları həlak olmaqdan qurtara bilməmişdi.
Misir sivilizasiyasının təməlində Nil çayının bərəkəti vardı. Bu çayın həyat verici xüsusiyyəti sayəsində Misirlilər Nil vadisində yerləşmiş və yağış suyuna asılı qalmadan çaydan təmin etdikləri suyla əkinçilik edə bilirdilər.
Nil vadisinin dar və uzunlamasına quruluşu, çayın ətrafına qurulan məskunlaşma yerlərinin genişləməsinə çox imkan verməmiş, böyük şəhərlərdən ibarət yaranan bir sivilizasiya yerinə, daha kiçik diametrli qəsəbə və kəndlərdən ibarət olan bir mədəniyyət şəkillənmişdi. Bu vəziyyət fironların xalq üzərindəki hakimiyyətini yaxşıca göstərdi.
Tarixdə ilk olaraq, Kral Menesin e.ə. 3000-ci illərdə köhnə Misiri böyük bir unitar dövlət olaraq öz hakimiyyəti altında birləşdirdiyi və Misirin ilk fironu olduğu bilinər. Əslində, “firon” xarakterizə etməsi ilk zamanlarda Misir kralının yaşadığı sarayı təyin edərkən, zamanla, Misir krallarının ünvanı halına gəldi. Bu səbəblə Köhnə Misirin hökmdarları olan krallar, zamanla “firon” olaraq xatırlanmağa başlandı.
Bütün dövlətin və ölkə torpaqlarının sahibi, idarəçisi və hökmdarı olan bu fironlar, Köhnə Misirin çox ilahlı batil dinində, ən böyük ilahın dünyadakı əks olunması olaraq qəbul edildilər. Misir torpaqlarının idarəsi, paylaşdırılması, gəlirləri, qısaca ölkə sərhədləri içindəki hər cür mal və xidmət istehsalı, firon üçün reallaşdırılırdı.
Rəhbərlikdəki mütləqiyyət, ölkənin idarəçisi olan fironu, hər dilədiyini etdirə biləcək bir güc sahibi etmişdi. Hələ ilk sülalənin qurulması ilə birlikdə Misirin ilk kralı olan Menes dövründə, Nil suyunun kanallar vasitəsi ilə xalqa çatdırılmasına başlanmış, ayrıca ölkədə istehsal, idarə altına alınaraq bütün mal və xidmət istehsalının krala köçürülməsi təmin edilmişdi. Bu mal və xidmətləri kral, xalqının ehtiyacı olduğu nisbətdə paylayır, paylaşdırırdı. Ölkədə belə bir hakimiyyət quran kralların, xalqı əsarət altına almaları o qədər də çətin olmadı. Misir kralı, yəni daha sonra bilinən adı firon, xalqının bütün ehtiyaclarını qarşılayan böyük qüdrət sahibi biri olaraq müqəddəs bir varlıq sayıldı və ilahlaşdırıldı. Fironlar da, özlərinin ilah olduqları azğınlığına qəti olaraq inandılar.
Tarixçi Heredota görə, Qədim Misirlilər dünyanın ən “dindar” insanları idilər. Ancaq dinləri “haqq din” deyil, çox ilahlı azğın bir din idi və mövcud ifrat mühafizəkarlıq səbəbi ilə bu azğın dinlərindən heç cür imtina edə bilmirdilər. Quranda tez-tez bəhs edilən “ataların dini” onların ən əhəmiyyət verdikləri dəyərləri halına gəldi.
Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunis surəsi, 78)
Qədim Misirin dini bir neçə qola ayrılmışdı. Bunların ən əhəmiyyətliləri Qədim Misirin rəsmi dini, xalqın inanışları və ölümdən sonrakı həyat ilə əlaqədar inanmalarindan meydana gəlirdi.
Qədim Misirin rəsmi dininə görə Firon, müqəddəs varlıq idi. O, ilahların dünyadakı əks olunması idi və vəzifəsi də dünyada insanlara ədalət təmin etmək və onları qorumaq idi.
Xalq arasında məşhur olan inanclar son dərəcə qarışıq idi və dövlətin rəsmi dini ilə zidd düşən bu inanclar Firon rəhbərliyi tərəfindən təzyiq altına alınmışdı. Təməldə çox ilaha inanılır, bu ilahlar ümumiyyətlə heyvan başlı və insan bədənli olaraq təsvir edilirdi. Ancaq bölgədən-bölgəyə dəyişə bilən yerli ənənələrlə də qarşılaşmaq mümkün idi.
Tarixi qaynaqlarda Hz. Musadan əvvəl qövmü tək ilahlı dinlərə çağıran Misirlilərin varlığından da bəhs edilir. Əsas mövzu Misirlilərə ən əhəmiyyətli nümunə, Misir tarixinin ən diqqət çəkici fironu olan Neferkheperure Amenhotepdir, yəni IV Amenofis.
IV Amenofis e.ə. 1375-ci ildə taxta çıxdıqda əsrlərin gətirdiyi ifrat mühafizəkarlıq və ənənəçilik ilə qarşılaşdı. Bu dövrə qədər cəmiyyət quruluşu və xalqın krallıq sarayı ilə olan əlaqələri dəyişmədən gəlmişdi. Cəmiyyət, xarici hadisələrə və dini yeniliklərə qəti olaraq qapılarını bağlı saxlayırdı. Yunan səyyahları tərəfindən də təsbit edilən bu ifrat mühafizəkarlıq, yuxarıda da açıqladığı kimi, Misirin təbii coğrafi şərtlərindən qaynaqlanmaqda idi.
Fironların xalqa mənimsətdirdiyi batil din, qədim və ənənəvi olan hər şeyə qatqısız bağlılığı zəruri edirdi. Halbuki IV Amenofis, bu dini mənimsəmirdi. Tarixçi Ernst Gombrich belə yazır:
“Qədim ənənənin müqəddəs hesab etdiyi bir çox vərdişi ləğv edib, xalqının, qəribə bir şəkildə təsvirlənmiş saysız ilahına hörmət göstərmək istəmədi. Onun üçün tək bir uca ilah vardı, o da Aton idi. Atona tapındı və onu günəş formasında simvollaşdırdı. O biri ilahların rahiblərinin təsirindən qorunmaq üçün, sarayını bugünkü El-Amarnaya köçürdü.” (Ernst Gombrich, Dünya Tarixi, səh. 25)
Atasının ölümündən sonra gənc yaşdakı IV Amenofis, böyük təzyiqə məruz qaldı. Bu basqının səbəbi, ənənəvi çox ilahlı Misir dinini dəyişdirərək tək ilah inancına söykənən bir din gətirmiş olması və hər sahədə köklü dəyişikliklərə girişməsi idi. Ancaq Teb qabaqcılları, bu dini təbliğ etməsinə icazə vermədilər. IV Amenofis və əhalisi Teb şəhərindən uzaqlaşaraq Tell El-Amarnaya yerləşdilər. Burada “Akh-en-aton” adında yeni və müasir bir şəhər tikdilər. IV Amenofis də “Amonun məmnuniyyəti” mənasını verən adını, Akh-en-aton yəni “Atona boyun əyən” olaraq dəyişdirdi. Amon, çox ilahlı Misir dinində ən böyük totemə verilən ad idi. Aton isə, Amenofisə görə “göylərin və yerin yaradıcısı” idi, ki, bu sifətlə Allahı nəzərdə tuturdu.
Qədim Misirlilər ifrat fanatizmlərinə görə bütpərəst inanışlarından imtina etmirdilər. Tarix boyunca tək bir Allaha ibadət edilməsi lazım olduğunu təbliğ edən insanlar gəlmişdi, amma Fironun qövmü həmişə qədim azğın inanclarına geri dönmüşdü. Nəticədə, həm Misir xalqının haqq dinə qarşı batil sistemi mənimsəmiş və həm də İsrail oğullarının kölələşdirilmiş olduğu bir dövrdə, Allah, Hz. Musanı elçi olaraq göndərdi. Hz. Musa, həm Misiri haqq dinə dəvət etmək, həm də İsrail oğullarını köləlikdən qurtararaq doğru yola çatdırmaqla vəzifələndirilmişdi.
Hz. Musa və qardaşı Hz. Harun, Allahın əmri ilə Firona getdilər və ona haqq dini təbliğ etdilər. İstəkləri də, artıq Fironun İsrail oğullarına əziyyət verməməsi və onları sərbəst buraxaraq Hz. Musa ilə birlikdə getmələrinə icazə verməsi idi. Firon üçün illərcə yanında tutduğu birinin, qarşısına çıxıb belə danışması qəbul edilə bilməz bir vəziyyət idi. Bu səbəblə Firon onu nankorluqla günahlandırdı. Digər tərəfdən, Hz. Musanın təbliğ etdiyi haqq din, Fironun gücünü əlindən alır, onu digər insanların mərtəbəsinə endirirdi. Ayrıca Firon İsrail oğullarını sərbəst buraxsa əlindəki işçi qüvvəsinin əhəmiyyətli bir hissəsini itirəcək və Hz. Musaya itaət etmiş olacaqdı.
Bütün bu səbəblərə görə Firon, Hz. Musanın izah etdiklərini dinləmədi belə. Onunla lağ etməyə çalışdı, axmaq suallar soruşaraq mövzunu dəyişməyə çalışdı. Bu zaman Hz. Musa və Hz. Harunu, nizamı pozmağa çalışan insanlar olaraq göstərib, günahkar çıxarmağa da çalışırdı. Nəticədə nə Firon, nə də yaxın ətrafındakı qövmün qabaqcılları Hz. Musa və Hz. Haruna itaət etmədilər.
Firona və yaxın ətrafına Hz. Musa vasitəsi ilə çəkindikləri şeylər açıqlanmış, Allah onları xəbərdar etmişdi. Buna qarşılıq onlar üsyan edib, peyğəmbəri dəlilik və yalançılıqla günahlandırdılar. Allah da onlar üçün alçaldıcı bir son hazırladı. Və Hz. Musaya olacaqları vəhy etdi.
İsrailoğulları Fironun adamlarının onları tutacaqlarını sandıqları bir sırada, Hz. Musa Allahın köməyindən əsla ümid kəsmədi və ayədə xəbər verildiyi üzrə; “Musa: “Əsla! Şübhəsiz ki, Rəbbim mənimlədir. O mənə yol göstərəcəkdir!” – dedi.” (Şuəra surəsi, 62) dedi.
Hz. Musaya əsasını dənizə vurmasını vəhy etdi. Bunun üzərinə “… dəniz dərhal yarıldı və hər parçası böyük bir dağ kimi oldu.” (Şuəra surəsi, 63) Bu vəziyyətdə, Fironun belə bir möcüzənin reallaşdığını gördüyü anda, İlahi bir müdaxilə ilə qarşı-qarşıya olduğunu anlaması lazım idi. Dəniz, Fironun öldürməyə çalışdığı insanların qarşısında açılaraq onlara yol verirdi. Üstəlik onlar keçdikdən sonra suların bağlanmayacağından əmin oluna bilməzdi. Ancaq buna baxmayaraq İsrail oğullarının ardından suya girdilər. Böyük bir ehtimalla, Firon və ordusu, azğınlıq və düşmənlik səbəbi ilə sağlam düşünə bilmə qabiliyyətlərini itirdilər və bu vəziyyətin möcüzəvi xüsusiyyətini qavraya bilmədilər.
Sular yüksəldiyində, Firon həqiqətən də iman etdiyini söyləməyə başladı. Ancaq bu davranışın səmimiyyətsizliyi çox açıq idi. Firon özünü ölümdən qurtara bilmək üçün belə demişdi.
Fironun son anda sözdə iman etməsini və bağışlanma diləməsini Allah qəbul etməmiş, Firon və ordusu sular altında qalaraq həlak olmaqdan xilas ola bilməmişlər.

