Qədəri dəyişdirmək mümkün deyil

Allahın təyin etdiyi qədəri insanların dəyişdirməsi mümkün deyil.

Bu, cəmiyyətdə yayılmış olan yanlış qədər anlayışıdır. Məsələn, ölümdən dönən bir xəstə üçün “Qədərini məğlub etdi” kimi cahil ifadələr istifadə edilər. Halbuki, kimsə qədərini dəyişdirə bilməz. Ölümdən dönən adam, qədərində ölümdən dönməsi yazılı olduğu üçün ölməmişdir. “Qədərimi məğlub etdim” deyərək özlərini aldadanlar bu cümləni söyləmələri və o psixologiyaya girmələri də yenə qədərlərindəndir.

Çünki qədər Allahın elmidir. Bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir. Allah üçün zamanın tək olduğunu Quranda istifadə edilən üslubdan da başa düşürük. Bizim üçün ölümümüzdən sonra yaşanacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Allah bizim asılı olduğumuz nisbi zaman ölçüsündən münəzzəhdir. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və sona çatmışdır.