Qəddarlıq

Qəddarlıq cahil cəmiyyətlərdə olduqca geniş yayılmış rəftar pozuqluğudur

Qəddarlıq cahil cəmiyyətlərdə olduqca geniş yayılmış rəftar pozuqluğudur. İnsanlar uşaqlıq illərindən etibarən həmişə “eqoist olmağa, əvvəlcə öz mənfəətlərini qorumağa” təşviq edilirlər. “Həyatın bəzi həqiqətləri” olduğuna, buna görə də həyatda qalmaq üçün mərhəmətsiz və qəddar olmaq məcburiyyətində olduqlarına inandırılırlar.

Bunun nəticəsində də insanlar fərqində olmadan qəddarlığın fəlsəfəsini gizli-gizli, davamlı olaraq yaşamağa başlayırlar. Özlərindən soruşsalar əlbəttə, heç vaxt “nə qəddar olduqlarını qəbul edərlər”, “nə də bir başqasının qəddar rəftar göstərdiyini təsdiqləyərlər”. Amma şəxsiyyətlərinə dərindən təsir edən bu səhv dünyagörüşünün təsirləri həyatı boyunca göstərdikləri rəftarların çoxunda özünü göstərir.

Bir çox insan “qəddar” deyildiyi zaman “çox mərhəmətsiz, insanlara zülm etməyə meylli, özündən başqa heç kimi düşünməyən və əhəmiyyətsiz hesab edən, qəsdən pislik etməkdən və zərər verməkdən zövq alan insan modeli” xəyal edirlər. Buna görə də özlərinə “Sən çox qəddarsan” deyilsə, sərt reaksiya verər və dərhal bu tənqidi rədd edərlər.

Halbuki, əgər insan özünə edilən bu bənzətmə üzərində bir az daha dərin düşünsə, şəxsiyyətinin müəyyən istiqamətlərində və rəftarlarının bəzilərində qəddarlığın fəlsəfəsinə dair izlər tapacaqlar.

Bunun ən əhəmiyyətli səbəblərindən biri insan nəfsinin qəddarlığa meylli olaraq yaradılmasıdır. Nəfs eqoistdir, mənfəətçidir, ən çox özünü sevmək istəyir, mənfəətlərini qorumaq mövzusunda çox qərarlıdır. Nəfs həyatının sonuna qədər ara vermədən və yorulmadan insanı bu pisliklərə təşviq etmək üçün səy göstərir.

Buna görə də insan nəfsindəki bu mənfi istəkləri ancaq vicdanı ilə tənzimləyə bilər. Amma bunun üçün əvvəlcə nəfsindəki əskiklikləri yaxşı təsbit etməli, bütün bunların haralarda və necə ortaya çıxdığını yaxşı analiz etməlidir. Bunu edə bilmək üçün isə nəfsini tərbiyə etməyi, bu pis vərdişlərdən xilas olmağı həqiqətən istəməlidir…

I …Çünki əgər insan nəfsini bu cür tərbiyə etmək istəmirsə, bu halda yalnız özünü aldadacaq və rahatlaşdıracaq tədbirlər görəcək. Xəstə olduğu yönlərini tam araşdıraraq qəbul etməkdən qaçdığı təqdirdə isə bunları müalicə etməsi heç mümkün olmayacaq.

Buna görə insan əvvəlcə qəddarlıq haqqında “məndə bu xüsusiyyət ola bilməz” deyə düşünməkdən çəkinməlidir. Tam əksinə özünü tərbiyə etmək üçün “bu xüsusiyyətin özündə olduğunu” qəbul edərək başlamalıdır.

Bundan sonra “qəddar”lığı düzgün tanımaq lazımdır. Əlbəttə cəmiyyətdə “qəddarlığı ən qatı şəkildə yaşayan insanlar” var. “Heç gözünü qırpmadan cinayət işləyən, toplu qırğınlar edən, ac, yoxsul, kimsəsiz uşaqların mal-mülkünü oğurlamaqdan qorxmayan, yaşlılara, uşaqlara əziyyət etməkdən, onları xor görməkdən çəkinməyən və bunun kimi daha bir çox anormal rəftarı göstərən insanlar” həqiqətən qəddardırlar.

İman edən insanın bu dərəcə gözü dönmüş, vicdanı korlaşmış bir insan olması mümkün deyil. Möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri Allahdan içi titrəyərək qorxmasıdır. Mömin Allahın bəyənməyəcəyi bir rəftarı bilə-bilə göstərməkdən həya edər, Allaha sığınar və mütləq özünü tərbiyə etmək üçün əlindən gələni edər.

Buna görə də möminlərdə “qəddarlıq” deyildiyi zaman heç vaxt bu tərz rəftar pozuqluqları nəzərdə tutulmur. Heç vaxt bütün həyatına hakim olan əxlaq pozuqluğu şəklində bunu yaşamırlar.

Ancaq möminlər də istəmədən səhv edə bilər, unuda bilər, yanıla bilər, zəiflik göstərərək nəfslərinə tabe ola bilərlər. Ya da daha əvvəl üzərində düşünmədikləri, nəfslərində o zəifliyini görmədikləri üçün hələ özlərini öyrətmədikləri qüsurları ola bilər. Beləliklə möminlərdə ortaya çıxa biləcək “qəddarlıq” nümunələri ancaq bu çərçivədə ola bilər.