Qəbir əzabı deyə bir şey yoxdur

Quranda qəbir əzabı yoxdur

Quranda heç bir ayədə insanların qəbirdə əzab görəcəyinə dair açıqlama yoxdur.

Quranda 10-dan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir. Quranda açıq şəkildə verilməyən bir şeyin olduğunun iddia edilməsi insanların dinə əlavələr etdiyini göstərir.

İnsan ölərkən əgər mömindirsə toy kimi sevinclə, məhəbbətlə qarşılanar. Əzrail (ə.s), yanında, mələklər, sevdikləri, dostları məhəbbətlə, qucaqlayaraq, gözəl, fərəhli, şən, gözəl ətirlə, xoş əda ilə, sevgi ilə möminin canını alar. Və təbrik edilərək, coşqu ilə, bağıra basılaraq alınar.

Küfr isə Allah göstərməsin, şiddətli yumruq zərbələri ilə, faciəli şəkildə döyülərək canı alınar. Ayədə “Kürəklərinə vurularaq canları alınarkən bir görsən”-deyir Allah. Başqa bir aləmə alındığına görə insanlar onu görə bilməz, ikinci aləmə alınar. Küfr əhli onsuz da birbaşa bəlasını tapır.