Qavrayan kimdir?

Bizə məlum olan bütün maddi varlıqların hər biri əslində hissdirsə, bəs beynimiz nədir?

Bizə məlum olan bütün maddi varlıqların hər biri əslində hissdirsə, bəs beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı cisim kimi maddi dünyanın bir hissəsi olduğuna görə, o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı bir misal bu mövzunu daha yaxşı açıqlayacaqdır. İndiyə qədər izah etdiklərimizə uyğun olaraq beynimizin içində bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, bədənimiz, gözümüz və bir də xəyali beynimiz. Yuxuda bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Lakin ortada real beyin yoxdur. Sadəcə xəyali bədən, xəyali baş və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, onun daha da “fövqündə” olan bir varlıqdır.

Yuxudakı mühitlə real həyat adlandırdığımız mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Elə isə bizə real həyat adlandırdığımız mühitdə “harada görürsən?” sualı verildikdə yuxarıdakı misaldakı kimi, “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə görən və hiss edən iradə ət parçasından ibarət olan beyin deyil.

Ən az bunun qədər mühüm olan ikinci bir həqiqət isə budur ki, beynimizdə seyr etdiyimiz bu dünyanı izləyən “iradə” beyinin özü deyil. Beyin ona gələn siqnalları şərh edən və görüntüyə çevrən kompyuter-monitor sistemi kimidir, lakin diqqət edilsə, kompyuterlər özlərini seyr edə bilmirlər. Varlıqlarını heç dərk etmirlər. …

I Bu şüuru axtarmaq üçün beyini təhlil etdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullardan fərqli bir şey çıxmayacaq. Yəni beyin adlandırdığımız ət parçasında görüntüləri seyr edərək şərh edən, şüuru əmələ gətirən, qısaca desək, “mən” dediyimiz şeyi yaradan bir şey yoxdur.

İndi bunu düşünün: əlinizdəki telefon, içində oturduğunuz otaq, qısaca desək, qarşınızdakı bütün görüntüləri beyninizin içində görürsünüz. Bəs, bu görüntüləri atomlar görür? Həm də kor, kar, şüursuz atomlar… Nə üçün atomların bir hissəsi bu xüsusiyyətləri qazanıb, digərləri isə qazanmayıb? Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarətdir?

Bu sualları diqqətlə düşündükdə atomlarda iradə axtarmağın bir mənasının olmadığını görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddədən uzaqda olan bir varlıqdır. Bu varlıq “canlıdır” və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüz vasitəsilə qarşısındakı xəyallarla təmasda olur. Bu varlıq “ruh”dur.

Bu sətirləri oxuyan ağıllı varlıqlar atom və molekul yığını və onların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur.