Qarışqa ordusundakı kəşfiyyatçı qarışqalar

Tropik bölgələrdə yaşayan legioner qarışqalar “köçəri” canlılardır. Onlar daim hərəkətdədirlər. Qarşılarına çıxan hər növ canlıları məhv edərək irəliləyən bu canlıların ən vacib xüsusiyyəti koloniyadakı işçilərinin əksəriyyətinin kor olmasıdır. Hərəkətə keçən legioner qarışqaların əsas qolu kiçik işçi qarışqalardan ibarətdir. Bunun xaricində daha böyük və iri çənələri olan işçi qarışqalar da əsas qolun hər iki tərəfindən hərəkət edir. Koloniyadan daha uzağa gedərək kəşfiyyat apararlar. Əsas qolun keçəcəyi yolu göstərmək üçün qoxu izləri buraxırlar. Bu, bir korun başqa kora yol göstərməsinə bənzəyir. (Hayvanlar Ans, C.B.P.C Publishing, “Böcekler”, səh. 14)