Masonların siyasi fəaliyyətlərini və xüsusilə də qeyri-qanuni istiqamətlərini araşdırarkən qarşımıza çıxan əhəmiyyətli bir mövzu da, məşhur “Qarındeşən Cek” cinayətləridir.
Bu ardıcıl cinayətlər, 1888-ci ildə Londonda reallaşdırılmışdır. 9 həftəlik müddət ərzində tam 5 ayrı həyat qadını, gövdələri yarılıb parçalanaraq vəhşi şəkildə öldürülmüşdür. Qatilin kim olduğu heç bir zaman tapılmamışdır və bir sirr olaraq qalmışdır. Qatili təyin etmək üçün istifadə edilən “Qarındeşən Cek” sözü, cinayətlərin dərhal ardından bu adla polisə göndərilən bəzi məktublardan qaynaqlanır. “Qarındeşən Cek” deyilən adamın (və ya kəslərin) həqiqi şəxsiyyəti məchuldur.
Amma mövzunu araşdıran bəzi araşdırmaçıları, bunun siyasi məqsədlərə istiqamətli bir sui-qəsd olduğu və sui-qəsdin qaynağının da masonluq olduğu qənaətinə yönəldən bəzi əhəmiyyətli tapıntılar vardır. Bunları birlikdə araşdıraq.
Qarındeşən Cek cinayətlərinin reallaşdığı sıralar, İngilis monarxiyası böyük bir qalmaqala gəlmişdi.
Kraliça Viktoriyanın oğlu olan King Edward VII, 1888-ci ildə İngiltərədə masonların Böyük ustadı idi. Onun oğlu Eddy isə, əgər nənə və babası ondan əvvəl ölsə, kral ola bilərdi. Ancaq Eddyin saray intizamına uyğun gəlməyən özəl həyatı vardı. 1888-ci ildə Londondakı Walter Sickert adındakı rəssama və yoldaşlarına gizlicə ziyarətlər edirdi. Eddy; bu ətrafda Annie adında Katolik və alt təbəqədən gələn satıcı qız ilə tanış oldu və əlaqə qurdu. Bir müddət sonra bir körpələri oldu və gizlicə evləndilər. Sickert; Eddy və Annie qızları üçün bir baxıcı tutdu. Mary (və ya Marie) adlı baxıcı və Sickert onların bu gizli toylarında şahid oldular.
O sırada, İngiltərə böyük siyasi qarışıqlıq içərisində idi və əgər xalq kral olmağa bu cür yaxın birinin Annie kimi bir qadın ilə evləndiyini öyrənsə, bu vəziyyət monarxiyanın sona çatmasına səbəb ola bilərdi. (Katolik biriylə evlənmək, İngilis Krallıq ailəsinin qaydalarına zidd idi, həmçinin Annienin alt təbəqədən olması da bir problem idi). Belə bir qalmaqal, eyni şəkildə İngilis siyasi və ictimai sistemindən mənfəəti olanların xüsusilə də masonların sonu ola bilərdi.
Bütün bunlar Kraliça Viktoriyanın qulağına gedincə, Kraliça, Marquess of Salisbury adlı Baş nazirini bu hadisəni təmizləmək ilə vəzifələndirdi. Salisbury məşhur mason idi. Bu qalmaqalı bağlamaq üçün, Annieni ağıl xəstəxanasına yerləşdirdi və tam 32 il sonra da Annie orada öldü. Qızları da daha sonra Sickertin aşnası halına gəldi və ondan bir oğulu oldu. Qalmaqallı toyun şahidi olan Marie Kelly isə həyat qadını oldu və bildiklərini digər 3 həyat qadını yoldaşı ilə paylaşdı. Onlar isə onu, Şahzadə Eddyin etdiklərini ifşa etməklə təhdid etdilər. Bunu öyrənən Baş nazir Salisbury bu təhdidin sona çatması lazım olduğuna qərar verdi və Kraliçanın həkimi olan və eyni zamanda Annieyə ağıl xəstəsi olduğunu deyən yüksək dərəcəli mason qardaşı Sir William Gulldan bu mövzuda kömək istədi.
Gull, Marienin və digər həyat qadınlarının varlığını İngilis monarxiyası və masonluq üçün bir təhdid olaraq qəbul etdi və masonik əsasnaməyə görə bu qadınları bir-bir öldürməyə qərar verdi. Məhz bütün İngiltərəni dəhşətə salan Qarındeşən Cek cinayətləri belə başladı. Gull, qurbanlarını eynilə masonik ayinlərdə yazılı olduğu kimi, böyük bir vəhşiliklə öldürürdü. Baş nazir Salisbury, hökumətdəki digər masonlar və polis təşkilatı Gullun cinayətlərini gizlədilər. Çünki mason olaraq onlardan gözlənilən, bu sirri gizlətmələri və Gullun etdiyini təqdir etmələri idi. Gull, şəxsi at arabasının sürücüsü olan Netley ilə rəssam Sickerti o 4 həyat qadınını tanımasına köməkçi olmaları üçün razı saldı. Ardından qadınları at arabası ilə apardılar, öldürdülər və mason ayinlərinə görə kəsib parçaladıqdan sonra seçilən yerlərə bədənlərinin parçalarını atdılar.
Gull, qurbanlarını bu şəkildə öldürmüşdü:
a) 31 avqust 1888-ci ildə Mary Ann (Polly) Nicholsun boğazı, qulağından başlayıb bütün boğazını əhatə edəcək şəkildə dərin bir şəkildə kəsilmiş, qarını yarılmış və açıq bir şəkildə buraxılmışdı.
b) 8 sentyabr 1888-ci ildə Annie Chapmanın boğazı vəhşi bir şəkildə kəsilmiş, dili çölə çıxarılmış və qalanını udmuşdu. Qarnı tamamilə yarılmış, bağırsaqları çıxarılmış, bir ucu çiynində, digər ucu bədəninə bağlı bir şəkildə idi. Mədəsinin bir hissəsi çıxarılmış və sol çiyninin üst tərəfinə qoyulmuşdu, qadının rəhmi və cinsiyyət orqanının bir hissəsi ilə sidik kisəsinin böyük bir hissəsi çıxarılmışdı. Ləl-cəvahiratları və dəmir pulları çıxarılmış və misdən hazırlanmış 2 ədəd üzük ayağına taxılmışdı.
c) 30 sentyabr 1888-ci ildə Elizabeth (Liz) Stridenin boğazı çənəsinin bir tərəfindən digər tərəfinə qədər kəsilmişdi.
d) 30 sentyabr 1888-ci ildə Gull, ən son və ən əhəmiyyətli qurbanını, yəni Marie Kellyi öldürmək üzrə olduğunu düşünürdü. Ancaq səhvən Catherine (Qata) Eddowesi öldürdü. (Bu qadın, Kenny adlı bir adamla yaşayırdı və Mary Ann Kelly adını istifadə edirdi.) Eddowesin boğazı bir qulağından digərinə qədər kəsilmişdi, burnu tamamilə yerindən çıxarılmışdı, sağ qulağının bir hissəsi kəsilmişdi, üzünün digər hissələrində üçbucaq şəklində dərin kəsiklər vardı, qarnı tamamilə açılmış, bağırsaqları çölə çıxarılmış və sağ çiyninin üzərinə yerləşdirilmişdi. Ayağın iki hissəsi qoparılmış və bədəni ilə sol qolunun arasına diqqətlə yerləşdirilmişdi. Sol böyrəyi ilə rəhminin bir hissəsi kəsilib atılmışdı.
Polis; qadının yanında önlüyündən kəsilmiş və qandan islanmış bir parça tapdı. Bu parça, qadının hələ üzərində olan bir parçaya tam olaraq uyğun idi. Bunun yuxarısındakı qara divarda isə ağ tabaşirlə yazılmış olan bu yazı dayanırdı. “Juweslər heç bir şeylə günahlandırılmayacaq olan insanlardır.”
e) Eddowes haqqında etdiyi səhvi 9 noyabr 1888-ci ildə də anlayan Gull və müttəfiqləri, Mary Kellyi mənzil dairəsində öldürdülər. Qadının boğazı tamamilə kəsilmişdi, mədəsi tamamilə çölə çıxarılmış və mədə çuxuru tamamilə boşaldılmışdı, sinələri kəsilmişdi, qolları parçalanmışdı, üzü tanınmayacaq hala gətirilmişdi, rəhmi, böyrəkləri və sinələrindən biri başının altında idi, digər sinəsi isə sağ ayağının yanında idi, qaraciyəri ayaqlarının arasında, bağırsaqları sağ tərəfində, dalağı sol tərəfində idi. Qarın dərisi sökülmüşdü. Ciyərinin bir hissəsi və ürəyi yox idi.
Məhz bütün bu qəribə və qorxunc hadisələr, mövzunu araşdıran araşdırmaçıları hadisənin pərdə arxasındakı gerçəyə apardı:
Əgər bunlar fövqəladə cinayətlər olsaydı, kəsib parçalama hadisələri qatili tutulma təhlükəsinə soxardı. (Qətl edilənlərdən biri olan Stride, at arabasına minməyi rədd etdiyi üçün, tez küçə ortasında öldürülmüşdü). Bir növ ayini xatırladan bu ağla sığmaz qəssablığın tək şərhi, masonik ayinlərə olan uyğunluğu idi. Boğazların kəsilmə şəkli, ürəklərin çıxardılması, bağırsaqların çölə çıxardılması, üçbucaq şəklində kəsiklər, qurbanın önlüyünün bir hissəsinin kəsilib çıxardılması… Bütün detallar, mason lojalarında oxunan və “xainlərin cəzası” olaraq ifadə edilən vəhşiliklərlə uyğunlaşırdı…
Qarındeşən Cekın son qurbanı olan Eddowes; “Mitra kvadratı” (Mitre Square) olaraq bilinən səmtə buraxılmışdı. Mitra (dərzilikdə və inşaatda istifadə edilən mitra bənzəri vasitə) və kvadrat masonik alətlərdir və mitra bölgəsi də masonların məşhur görüşmə yeridir.
Yaxşı bəs, cinayət yerindəki divarda olan “Juwes” sözü nə mənanı verirdi? Bəzi şərhçilər bunun “Jews” (yəhudilər) sözünün səhv yazılmış halı olduğunu irəli sürmüşlər. Halbuki işlənən cinayətlər və istifadə edilən üsullar, bu cinayətkari edənin son dərəcə təhsilli bir adam olduğunu göstərir və bu da bu cür sadə bir yazının səhv edilməsi ehtimalını çox aşağı salır. Mövzunu araşdıran bir çox araşdırmaçı isə, “Juwes” sözünün, masonluqda masonluğun simvolik qurucusu olaraq qəbul edilən Hiram Abiffi öldürən üç xainin, yəni Jubela, Jubelo və Jubelumu ifadə etdiyi qənaətindədir.
Bir başqa maraqlı detal isə, bu yazının polislər tərəfindən tapılan kimi silinməsidir. Cəsəd tapıldığında, polis şefi və eyni zamanda da bir mason olan Sir Charles Warren, daha əvvəl heç bir cinayət yerinə getməməyinə baxmayaraq, bu dəfə özü hadisə yerinə getmiş və divardakı yazını görən kimi bunun silinməsini əmr etmişdir.
Bütün bunlar, tarixdə Qarındeşən Cek cinayətləri olaraq bilinən vəhşiliyin, gerçəkdə siyasi məqsədlər ehtiva edən masonik sui-qəsd olduğuna işarə edir. Belə ki, masonların, bu tarixdən əvvəl də Motsart və William Morgan kimi məşhurlar da daxil olmaq üzrə, özlərinə xəyanət etdiklərini düşündükləri kəsləri qətl etdiklərinə dair əhəmiyyətli dəlillər vardır. Qarındeşən Cek cinayətlərinin həqiqi cinayətkarı olduğu düşünülən yüksək dərəcə mason Dr. Gullun 1890-cu ildə öldüyü açıqlanmışdır. Halbuki gerçəkdə bu tarixdə ölməmiş, Tomas Mason adı altında ağıl xəstəxanasına yerləşdirilmişdir və uzun illər sonra burada ölmüşdür.
Hadisənin iç üzünün başından bəri fərqində olan rəssam Sickert isə həqiqi hekayəni oğlu Cozefə izah etmişdir. Cozef isə, aradan demək olar 30 il keçdikdən sonra həqiqəti jurnalist Stephen Knightə açıqlamış və masonluq mövzusunda dərin məlumata sahib olan Knight bu mövzunu “Jack the Ripper: The Final Solution” (Qarındeşən Cek: Son çözüm) adlı kitabında açıqlamışdır. Knightin 1976-cı ildə nəşr olunan bu kitabdan sonra hadisə böyük müzakirə mövzusu olmuşdur. Masonlar Knightin tezisini israrla rədd etsələr də, bir çox dəlil bu tezisi dəstəkləyir. Bu mövzunu gündəmə daşıyan ən son hadisə isə, 2001-ci ildə çəkilən Hollywood istehsalı olan “From Hell” (Cəhənnəmdən gələn) adlı filmdir. Qarındeşən Cek cinayətlərini mövzu edən və tamamilə tarixi gerçəklərdən yola çıxaraq çəkilən filmdə, hadisələrin masonik sui-qəsd olduğu detallı olaraq göstərilir.
Bütün bu hekayənin ən təəccüblü istiqaməti isə, böyük ehtimalla “aysberqin görünən hissəsi” olmasıdır. Masonluq gizli təşkilat olduğu və “xaricilərə” (mason olmayanlara) heç bir zaman sirr vermədiyi üçün, masonik fəaliyyətlərin çoxu qaranlıq pərdənin ardındadır. Qarındeşən Cek cinayətləri, bu pərdədən çölə sızan bir “nümunə”dir və digər nümunələrin nə qədər qorxunc ola biləcəyi haqqında fikir verir.
Aysberqin digər bəzi görünən qisimlərini araşdırmağa davam edək. Bu sayədə, aysberqin hamısı haqqında fikir sahibi ola bilərik.

