Qariə Surəsi, 1-5; Haqqə Surəsi, 1-3; Qiyamət Surəsi, 6-12-ci Ayələr

Qəlbləri Qorxuya salan! Qəlbləri Qorxuya salan nədir? Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. (Qariə surəsi, 1-5)

Haqq olan Qiyamət! Nədir haqq olan Qiyamət? Sən nə biləsən ki, nədir haqq olan Qiyamət? (Haqqə surəsi, 1-3)

O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. (Qiyamət surəsi, 6-12)