Qaranquşlar sementi necə düzəldirlər?

Uçurum qaranquşları yuvalarını uçurum kənarlarında, bina və ya divarlarda sementləyərək qururlar. Bu sementin alınması üsulları çox praktikdir. Əvvəlcə dimdikləri ilə palçıq və ya gil parçaları toplayır və bu tikinti materiallarını yuvalarına aparırlar. Palçıqları yapışqan ağız ifrazatları ilə qarışdırırlar, uçurumun səthinə yayırlar və üst hissəsində yuvarlaq boşluq buraxaraq səliqəli şəkildə qazan forması verirlər. Balalarının rahatlığı üçün qazanı ot və lələklə doldururlar. Uçurum qaranquşları tez-tez yuvalarını qaya çıxıntısının altında inşa edirlər. Çünki yağış yağanda palçıq yumşalır və yuvanın dağılması təhlükəsi yaranır. (Russell Freedman, “How Animals Def. Their Young”, səh. 13-14)