Qara Klanın sosial Darvinist dünyası

Qara klanın sisteminin dindən kənar olduğunu və cəmiyyəti də mümkün olduğu qədər din əxlaqından uzaqlaşdırmaq istədiyini ifadə etdik. Ancaq burada bəhs edilən (hər nə qədər yəhudilik və xristianlıq zamanla təhrif edilmiş olsa da) islam, yəhudilik və xristianlıq kimi Allahdan gələn vəhyə söykən İlahi dinlərdir. Buna qarşılıq klan buddizm, hinduizm, karma fəlsəfəsi kimi bütpərəst və ateist “din”lərə heç bir zaman qarşı deyil. Əksinə, bu kimi saxta və hiyləli dinlərin (daha doğrusu insan istehsalı fəlsəfələrin) batil təlimlərinin yayılmasını dəstəkləyir.

Ancaq adını çəkdiyimiz Uzaq şərq dinləri (və ya UNO-culuq və s. kimi “New Age” axınları) klan dünyasının yalnız bir qisminə xitab edər. Buna qarşılıq klanın bütün həyat formasını söykəyə biləcəyi daha əhatəli bir “dünya görüşü” lazımlıdır. Həqiqətdə klan üzvlərinin böyük əksəriyyəti, bu kimi fəlsəfi mövzularla maraqlanmayan, həyatlarını pul-cinsəllik-əyləncə üçbucağı içində keçirməyə çalışan olduqca səthi və cahil insanlardır. Amma klanın nəzəriyyəçiləri, əvvəl də ifadə etdiyimiz kimi, həm özləri həm də bu cahil qrup üçün lazımlı olan “dünya görüşü”nə böyük əhəmiyyət verərlər. Bu fikrin təməli isə, Darvinin təkamül nəzəriyyəsi və onun “Sosial darvinizm” olaraq bilinən davamıdır.

Sosial darvinizm, Darvinin təkamül nəzəriyyəsinin sosiologiyalara və ictimai mövzulara uyğunlaşdırılmasına deyilir. Elmi etibarsızlığını digər əsərlərimizdə çox ətraflı olaraq açıqladığımız bu nəzəriyyə, aşağıdakı həqiqətdən kənar iddialara söykənəndir:

1) Yer üzündəki həyat, tamamilə təsadüfi təkamül müddətinin nəticəsidir. Həyat təsadüfi olduğu üçün də, bir məqsədi yoxdur.

2) Dünyanın tək etibarlı qaydası “güclü və üstün olanların həyatda qalması”dır. Var gücü ilə bir həyat mübarizəsi vardır və qalib gəlmənin tək yolu eqoist və mərhəmətsiz olmaqdır.

3) İnsan da bir heyvan növüdür. Heyvanlarla eyni bioloji qanunlara tabedir. Bir başqa ifadəylə, insan da “meşə qanunlarına” görə yaşamalıdır.

Darvin bu azğın iddiaları ortaya atdıqdan sonra, hər nə qədər özünü dəstəkləyən elmi tapıntılar var olmasa da, nəzəriyyəsi sürətlə yayıldı. Bunun səbəbi, Darvinizmin dövrə hakim olan dindən kənar sistem və ideologiyalara uyğun bir fikri zəmin meydana gətirməsi idi. İngiltərə, qurmuş olduğu müstəmləkə imperatorluğuna hökumət qazandırmaq üçün, “millətlərarası həyat mübarizəsi” və “təkamüldə inkişaf etmiş irqlər” kimi darvinist anlayışlara ehtiyac duyurdu. Bu səbəblə İngiltərənin və sonra da digər böyük dövlətlərin hakimiyyəti, qısa müddətdə Darvinizmi mənimsədilər.

I Dünya müharibəsinin hazırlanmasında da, müharibəni “bioloji ehtiyac” sanan dövrün avropalı rəhbərlərinin yanılmaları böyük rol oynadı.

20-ci əsrdə Sosial darvinizmin daha da ağrılı nəticələri ortaya çıxdı: Nazi Almaniyası və faşist ideologiyası. İnsanları inkişaf etmiş heyvan kimi görən nazilər, zəif olanların üzərinə basaraq yüksəlməkdən, xəstə və zəif olanları bir şəkildə yox etməkdən, fərqli və aşağı gördükləri irqləri ortadan qaldırmaq üçün qorxunc qırğın və soyqırımlar təşkil etməkdən çəkinmədilər. Çünki elm maskası taxmış nəzəriyyələri, onlara bunun “təbiətin qanunu” olduğunu söyləyirdi.

Sosial darvinizmin daha çox yayılmış bir nəticəsi isə, demək olar bütün müasir cəmiyyətləri təsir edən əxlaqi degenerasiyada ortaya çıxdı. Darvinizmin gətirdiyi cəmiyyət quruluşu, rəqabətçi və mərhəmətsiz bir dünya görüşünün, əxlaqa əhəmiyyət verməyən, özünü və insanları inkişaf etmiş heyvanlar olaraq görən kütlələrin meydana gəlməsinə səbəb oldu. Yalnız fərdi mənfəətləri əhəmiyyətli görən, fədakarlıq edilməsi lazımdırsa, bunun ancaq mənfəətlərlə üst-üstə düşdüyündə edilməsinin lazım olduğunu müdafiə edən, əksinin insanın təbiətinə zidd olduğunu iddia edən bu hiyləgər ideologiya, hər cür eqoizmin və təcavüzkarlığın qanuni görüldüyü bir mədəniyyəti ortaya çıxardı.

Bəhs etdiyimiz mədəniyyətin müdafiəçilərinə baxdığımızda, tez-tez Darvinizmə istinad etdiyini görərik. “Mərhəmətsiz və eqoist olmanın” guya məşru olması, həmişə, hər zaman Darvinizmdən gəlməkdədir. Dövrümüzün ən məşhur və qabaqcıl darvinistlərindən biri olan İngilis zooloq və yazar Richard Dawkins, bunun əsas nümunələrindəndir. Yazdığı kitablarla təkamül nəzəriyyəsinin ən məşhur müdafiəçisi halına gələn və bir ateist olan Richard Dawkins, yer üzündəki bütün həyatın “eqoist genlər” tərəfindən çıxarıldığını müdafiə etməkdə və eqoizmin təbiətin ən böyük qanunu olduğunu irəli sürməkdədir. Dawkins bu əyri düşüncəsini belə ifadə edər:

İnsanlar, eqoist genləri tərəfindən var edilmiş maşınlardır. Müvəffəqiyyətli Çikaqo qanqsterləri kimi, genlərimiz son dərəcə rəqabətli dünyada həyatda qalmışlar. Müvəffəqiyyətli bir gendə olması gözlənilən hakim xüsusiyyətin, mərhəmətsiz eqoizm olduğunu irəli sürürəm.13

İnsanların “müvəffəqiyyətli Çikaqo qanqsterləri kimi” mərhəmətsiz və eqoist maşınlar olduğuna inanan bir fəlsəfənin necə bir cəmiyyət modeli yaradacağı isə ortadadır. Dawkins və onun kimi düşünən bütün darvinistlər və onların hiyləli mesajlarını cəmiyyətə “elmi həqiqətlər”miş kimi təlqin edən bəzi media, ictimai qarşıdurmanın və cinayət infrastrukturunu hazırlamaqdadırlar. Dawkins “bizlər həyatda qalma maşınlarıyıq; genlər olaraq bilinən eqoist molekulları qorumaq üçün proqramlaşdırılmış robotlarıq” deyərkən, hər cür hücum və təcavüzü də qanuni göstərməkdədir. Darvinizmin qabaqcıl tənqidçilərindən Phillip Johnsonun dediyi kimi:

Bu məntiq, genlərə xidmət edən robotların (insanların), genetik müdirlərini təmin etmək üçün, digər robotlara qarşı cinayət, soyğun, təcavüz və kölələşdirmə tətbiqinin son dərəcə təbii olduğu mənasına gəlməkdədir.14

Dawkinsin və onun kimi düşünən bütün digər darvinistlərin müdafiə etdiyi bu məntiq, əslində primitiv bütpərəst klanların batil inanclarından fərqli deyil. Primitiv bütpərəstlər, əlləriylə hazırladıqları büt və totemlərin onları yaratdığı kimi azğın bir fikrə inanar və bu bütlər üçün müharibə edib, qan tökərdilər. Müasir darvinistlər (bir başqa ifadəylə qara klanın nəzəriyyəçiləri) isə, insanların təsadüflər nəticəsində meydana gəlmiş genlər tərəfindən yaradıldığına inanmaqda və bu genlər üçün qarşıdurmanı müdafiə etməkdədirlər. Qısacası bütpərəstliyin ağılsızlığı, cəhaləti və vəhşiliyi eynilə davam etməkdədir, minlərlə il əvvəlki totemist klanlardan, zəmanəmizin darvinist qara klanına qədər…

Halbuki Allah insanı yoxdan yaratmışdır və bu dünyada insandan istənən də eqoist olmaq və zidd düşmək deyil, əksinə Allahın İlahi dinlərlə insanlara öyrətdiyi kimi gözəl əxlaqlı olmaq, yəni fədakar, mərhəmətli və sülhsevər davranmaqdır. İnsanın yaradıcısı və idarəçisi nə bütlər, nə totemlər, nə də onlar kimi şüursuz bir maddə yığını olan genlərdir. İnsanı yaradan, ona müəyyən tale təyin edən və həyatını hər anını idarə altında tutan aləmlərin Rəbbi olan Allahdır. Ancaq klan, bu həqiqəti kor-koranə rədd etməkdə və ya əhəmiyyətsiz etməkdədir.

Sosial darvinizmin genetik cinayət anlayışı

Qara klanın nəzəriyyəçiləri, Sosial darvinizmi müxtəlif cinayətləri qanuniləşdirmək üçün fərqli şəkillərdə istifadə edərlər. İnsanı bir heyvan olaraq təyin etdikləri üçün, onlara görə cinayət, təcavüz, oğurluq kimi cinayətlərin hamısının heyvanlar arasındakı həyat mübarizəsindən miras qalan genetik, yəni “təbii” səbəbi vardır. Buna görə, əgər insanlar bir-birlərini öldürmür, oğurluq etmir, ətraflarındakılara zərər vermirlərsə, bunu vicdanlarına uyğun gəldikləri üçün deyil, növlərinin mənfəətini düşündükləri üçün edərlər. Lazım olduğunda cinayət işləmələri, qırğın etmələri, təcavüz etmələri isə adi qarşılanmalıdır, çünki bu insanın “təbiətində” vardır. Bu azğın iddiaya görə bir növ heyvan olan insanın, arabir heyvani rəftarlar göstərməsində səhv olan heç bir istiqamət yoxdur.

Halbuki Allah, insanları vicdanlarına uyğun hərəkət etdikləri və gözəl əxlaq göstərdikləri təqdirdə həqiqi hüzuru tapacaqları şəkildə yaratmışdır. İnsanın fitrəti (təbiəti), sevgidən, mərhəmətdən, təvazökarlıqdan, fədakarlıqdan, dostluqdan zövq alacaq, digər bir ifadəylə din əxlaqını yaşayacaq şəkildədir. Bu həqiqəti Rəbbimiz bu şəkildə bildirmişdir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur… (Rum surəsi, 30)

Tərs darvinist məntiqinin ortaya qoyduğu ən diqqət çəkici mənfəətlərdən bir başqası da nəyin cinayət olub olmadığı, cinayətkarların neyə görə qiymətləndirilməsi lazım olduğu mövzuları ilə əlaqədardır.

Cinayətin genetik olduğu düşüncəsinin ilk müdafiəçilərindən biri, cinayət antropologiyasının qurucularından qəbul edilən təkamülçü Cesare Lombrosodur. Daha sonra bir çox təkamülçü elm insanı tərəfindən də şiddətlə müdafiə olunan Lombrosonun fikirləri, cinayət törətməyi qanuni etmiş və sosial tənəzzülü sürətləndirmişdir. Bəzi təkamülçülər Lombrosonun ortaya qoyduğu iddiaların daha sonra qəbul edilmədiyini qarşıya qoysalar da, hal-hazırda da elm dünyasında son dərəcə məşhur olan “günahkar genlər”, ya da “günahkar xromosomlar” anlayışı Lombrosonun fikirlərinin qismi dəyişikliyə uğramaqla birlikdə hələ də təkamülçülər tərəfindən müdafiə olunduğunu göstərməkdədir. Necə ki, bəzi darvinistlər də bunu açıq şəkildə dilə gətirərlər.15

Lombrosonun tamamilə elmdən kənar olan iddiasına görə cinayət törədən insanlar əslində bir cinayət törətmiş olmur, təbiətlərinin gərəyi olaraq belə davranırdılar. Guya bu insanlar təkamül müddətində geri qalmış insanlar idi və cinayət törətmək onlar üçün son dərəcə təbii idi. Bu vəziyyətdə cinayətlərin mühakimə olunması və qiymətləndirilməsində də bunun göz qarşısında saxlanılması lazım idi. Lombrosonun “doğuşdan cinayətkarlar” nəticəsinə necə gəldiyi isə, bu iddianın nə qədər elmdən kənar olduğunu bir daha gözlər önünə sərməkdədir:

Tutqun bir dekabr gününün səhərində birdən birə, bir quldurun kəllə sümüyündə bir sıra əcdadlarının anomaliyasını gördüm… Cinayətkarın təbiəti və mənşəyi problemi həll edilmiş kimi gəldi; ibtidai insanların və heyvanların xüsusiyyətləri dövrümüzdə yenidən ortaya çıxmalı idi.16

Bunun da yanında Lombroso və assistentləri daha uzun qolların, basıq və dar bir alının, böyük qulaqların, qalın kəllə, böyük və çıxıq çənənin doğuşdan cinayətkarların təməl fiziki xüsusiyyətləri olduğunu irəli sürmüşlərdi. Hətta döymə etdirmənin Afrika qəbilələrinə xas bir xüsusiyyət olduğu iddiasından yola çıxaraq, döymə etdirənlərin də insani meymunlar olduqlarını, bu səbəbdən cinayətə meylli olmalarının normal qarşılanmaları lazım olduğunu iddia etmişlərdi. Beləcə, döymə etdirən bir insanın cinayət törətməsi də bir mənada qanuniləşdirilmiş olurdu.

İnsanların kəllə quruluşuna baxaraq, qollarını ölçərək və bədənlərindəki döymələri təsbit edərək “cinayətin təməlini” kəşf etdiyi iddiası ilə ortaya çıxmaq, dövrün primitiv elm şərtləri altında sərgilənən bir yanılma idi və bu cür kobud bir yanaşma zamanla tərk edildi. Lakin, günümüzdəki təkamülçü elm insanları hələ bunun kimi nəzəriyyələri müdafiə etməyə davam etməkdə, yalnız bir az daha “elmi” kimi görünən bir üslub istifadə etməkdədirlər. Onlara görə cinayət, insanın fitrətinə zidd bir yoldan çıxma deyil, insanın guya təkamül təbiətinin bir gərəyidir.

Körpə cinayətləri

Bu mövzudakı şərhləriylə diqqət çəkən darvinistlərdən biri də, Steven Pinkerdir. Xüsusilə insan şüurunu araşdıran kitablarıyla tanınan (daha doğrusu insan şüurunu darvinist və materialist doqmaya görə izah etməyə çalışan, amma bunu bacara bilməyən Pinkerə ən çox şöhrət qazandıran hadisələr isə, 1996-97 illərində yaşanan “körpə cinayətləri”dir. Bu cinayətlərin əvvəlində, hər ikisi də 18 yaşında və lisey şagirdi olan amerikalı bir kişi və qadının, qeyri qanuni əlaqələri nəticəsində doğulan körpəni boğaraq öldürdülər və cəsədini də böyük zibil qutusuna atdılar. İkinci hadisədə isə, yenə 18 yaşında olan amerikalı bir gənc qız, lisey məzuniyyət mərasimindən ayrılaraq qarnındakı körpəni bir tualetdə doğdu, öldürdü, zibilə atdı və sonra da yarım buraxdığı məzuniyyət mərasiminə geri döndü. Bu iki qorxunc hadisə, amerikalılara, cəmiyyətlərində gedərək artan şiddət, mərhəmətsizlik və vicdansızlığın hansı ölçülərə gəldiyini göstərirdi. Və necə ki, böyük bir ictimai şouya və mübahisələrə gətirib çıxardı. Hadisəni şərh edənlərin çoxu, bu iki ağla sığmaz cinayətin, əxlaqi degenerasiyadan və faillərin psixoloji natarazlıqlarından qaynaqlandığını müdafiə etdi.

Ancaq Amerikanın ən məşhur və ən qatı darvinistlərindən biri olan Steven Pinker, hadisəni daha fərqli şərh etdi. Pinker, bu hadisələrin əxlaqi degenerasiya və ya psixopatoloji bir problemdən qaynaqlanmadığını, əksinə guya “insanın təkamüllü təbiəti” lazımınca son dərəcə adi olduğunu irəli sürdü. “New York Times” qəzetində nəşr olunan məqaləsində, “neonaticide” (bir körpəni doğumunun ilk günündə öldürmə) adını verdiyi tətbiqin əqli xəstəlik sayılmaması lazım olduğunu, çünki “bunun tarixdəki bir çox mədəniyyətdə qəbul edildiyini və tətbiq olunduğunu” iddia etdi. Pinker, bu azğın iddiasında daha da irəli gedərək, bu cinayət tətbiqinin “təkamüllü lazımlılıq”dan yarandığını iddia edərək belə yazdı: Primitiv şərtlərdə yaşayan analar, var olan körpələrinə baxmaq və yeni doğan bir körpəsini böyütmək arasında çətin qərarlar qəbul etmək məcburiyyətində qalır və əgər yeni doğulan bir körpə xəstə isə, ya da həyatda qalma şansı aşağı kimi görünürsə, zəif olanı fəda edir və mövcud olanlar arasından ən güclü olanları yaşatmağı seçirdilər…

Pinkerə görə insan genlərinə köçürülmüş olan bu yalançı təkamül “neonaticide” (körpə cinayəti) vərdişi, ananın dünyaya uşaq gətirməyi özü üçün riskli gördüyü vəziyyətlərdə yenidən ortaya çıxa bilərdi. Bir başqa sözlə, amerikalı lisey şagirdi gənc qızların qarınlarında daşıdıqları körpələri vicdansız şəkildə öldürmələri, Pinkerə görə, təkamül qanunlarının gərəyi ortaya çıxmış bir “genetik davranış”ın ifadəsindən başqa bir şey deyildi. Qısacası, Pinker, körpə cinayətlərini darvinist məntiqlə “təbii” görürdü. Michael Kellyin “Washington Post” qəzetində nəşr olunan “Arguing For Infanticide” (Körpə cinayətini müdafiə etmək) başlıqlı yazısında ifadə etdiyi kimi, “Pinker, körpələrin qətl edilməsini açıq şəkildə” müdafiə edəcək qədər irəli getməmiş… amma buna çox yaxın bir şey söyləmişdi.”18 Pinkerin hər hansı bir elmi dayağı olmayan, yalnız darvinist bir fərziyyədən ibarət olan iddiasının bir qismi xüsusilə maraqlı idi: Primitiv qəbilələrdə də körpə cinayətlərinə rast gəlinməsi. Həqiqətən də bir çox bütpərəst cəmiyyətdə körpə cinayətləri yayılmış idi. Amma bunun səbəbi, Pinkerin qarşıya qoyduğu kimi genetik bir meyl deyil, bütpərəst cəmiyyətlərin degenerasiya əxlaq anlayışı idi. Bütpərəstlər, uşaqlarını xəyali ilahlarına qurban edər və ya yalnız “faydasız” gördükləri üçün göz qırpmadan öldürə bilərdilər. İlahi dinlərlə birlikdə, bu degenerasiya əxlaqı tamamilə ortadan qaldırıldı, mərhəmətsiz cinayətlərin yerini şəfqət, mərhəmət və sevgi aldı.

İslamdan əvvəl Ərəb cəmiyyəti bu vəziyyətin nümunələrindən biriydi. İslamdan əvvəlki cahiliyyə ərəbləri, uşaq cinayətlərini çox məqbul və qanuni görürdülər. İslam dininin hökmüylə bu qorxunc vəhşilik qəti şəkildə qadağan edildi. Allah Quranda, Peyğəmbərimiz (s.ə.v)-ə, körpə cinayətlərinin haram qılındığını təbliğ etməsini əmr etdi:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

Allah bir başqa Quran ayəsində isə, uşaqlarını öldürənlərin ağılsızlığını və etdikləri günahı belə bildirmişdir:

Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 140)

Bir başqa ayədə isə Allah, hz. Məhəmməd (s.ə.v)-ə özünə beyət etmək (bağlılıq bildirmək) üçün gələn müsəlman qadınlardan, digər bəzi imani və əxlaqi sözlərlə yanaşı “uşaqlarını öldürməmək” mövzusunda da and içmələrini istəməsini əmr etmişdir (Mumtəhinə surəsi, 12). Uşaq öldürmək, Allahın heç bir şəkildə xoş görmədiyi bir pozğunluq, zalımlıq və cahillikdir. Burada diqqət çəkici olan nöqtə isə, bütpərəst cəmiyyətlərdə var olan bir əxlaqi azğınlığın, müasir darvinistlər tərəfindən “genetik meyl” kimi qəbul etdirilərək qanuni göstərilməyə çalışılmasıdır. İslam dininin hökmləri və (yəhudilik və xristianlıq) bütpərəst cəmiyyətlərin uşaq cinayətlərini qəti şəkildə qadağan etmiş və tarixə basdırmışkən, insanların din əxlaqından uzaqlaşmaları nəticəsində bütpərəst azğınlıqlar yenidən ortaya çıxmaqda və darvinistlər də bu azğınlıqlara təkamüllü məntiqlərlə guya haqlı səbəblər axtarmaqdadırlar. Görüldüyü kimi, Darvinizmin müdafiə etdiyi cəmiyyət quruluşu ilə qara klanın dəstəklədiyi cəmiyyət modeli eyniylə üst-üstə düşməkdədir. Darvinizmin müdafiə olunması qara klan üçün əslində öz həyat sahəsinin qorunması və davam etdirilməsi mənasını verməkdədir. Bu səbəblə də qara klan ilə Darvinizm arasında olduqca güclü bir bağ vardır.

Oğurluq, təcavüz və homoseksualizm

Pinkerin körpə cinayətləri mövzusundakı şərhləri, “cinayət tərəfdarı” darvinist yanaşmalardan yalnız biridir. Darvinistlər cəmiyyət tərəfindən cinayət olaraq qəbul edilən bir çox hərəkətin adi qarşılanması lazım olduğunu müdafiə etməkdədirlər. Təkamülçülərin məntiqdən kənar iddialarına görə, hər hansı bir şəkildə cinayət törədən (insan öldürən, oğurluq edən, təcavüz edən və s.) insan, hələ təkamülləşməsini tamamlayamadığı üçün cinayət törətməkdədir, bundan ötəri qınanmamalıdır və bu insanlara cəza verilərkən bu vəziyyət göz qarşısında saxlanılmalıdır. Bu elmdən kənar iddianın təməlində, “meymundan gələn genlər daşıdığımıza görə, bu genlər bizim bəzi heyvan xüsusiyyətləri göstərməmizə səbəb ola bilər” yanılması yer almaqdadır. Yaxın keçmişin məşhur təkamülçülərindən Stephen Jay Gould, bir çox təkamülçünün sahib olduğu bu məntiqi belə yekunlaşdırır:

Geyinmiş, şəhərləşmiş və mədəniləşmiş ola bilərik, amma ruhumuzun dərinliklərində bir zamanlar atamıza, qatil meymuna xidmət etmiş olan genetik davranış nümunələrini yaşadarıq.19

Bəzi təkamülçülər də təcavüzün də belə adi qarşılanması lazım olduğunu söyləyəcək qədər irəli getməkdədirlər. Randy Thornhill və Craig Palmer adlı təkamülçü elm insanları keçdiyimiz illərdə nəşr olunan “Natural History of Rape” (Təcavüzün təbii tarixi) adlı kitablarında, guya hələ də heyvani instinktlərə sahib olan insanın təcavüz etməsinin adi qarşılanması lazım olduğunu müdafiə etməkdədirlər. Bu azğın iddiaya görə, bir növ heyvan olan insanın guya meymun ataları kimi zaman-zaman təcavüz etməsinin normal olduğu, hətta bunun soyun davamı üçün lazımlı bir hərəkət olduğu qarşıya qoyulmaqdadır:

Buna səmimiyyətlə inanırıq ki, eynilə bəbirin xallarının meydana gəlməsi, ya da zürafənin boyunun uzanması kimi təcavüz də darvinist seleksiyanın bir hissəsidir… Təcavüzün təkamül səbəbindən genetik bir mənşəyi olduğuna şübhə yoxdur.20

Görüldüyü kimi Darvinin heç bir elmi dayağı olmayan, insanların meymunlarla ortaq ataya sahib olduqları iddiası, insanları, təcavüz kimi vəhşi bir hərəkəti belə qəbul edə biləcəkləri degenerasiya əxlaq anlayışına sürüyə bilməkdədir.

Bənzər bir vəziyyət (qara klan içində olduqca məşhur şəkildə yaşanan) bir azğınlıq olan homoseksuallıq üçün də etibarlıdır. Quranda hz. Lutun qövmünün də bu azğınlığı yaşadığı bildirilmişdir və Allah bu azğınlığı qəti olaraq qadağan etmişdir. Dövrümüzdə bu azğınlığı qanuni insan davranışı kimi göstərərək yaymağa çalışanlar isə, yenə Darvinizmə söykənməkdədirlər. Homoseksuallılığın genetik mənşəyi olduğu şəklindəki iddia, bu azğınlığı günahsız və qanuni kimi göstərmək üçün irəli sürülən əsassız tezislərdən biridir.

Buradakı təməl məsələ isə, əxlaq anlayışının doğru başa düşülməsidir. Təkamülçülərin iddia etdiyinin əksinə insanı Allah yaratmışdır. Və Allah insana, göndərmiş olduğu elçilər və İlahi kitablar yoluyla doğru və səhvi öyrətmişdir. Əxlaq, Allahın bu kitablarındakı hökmlərinə söykənir. Allah eyni zamanda insana, özünə həmişə doğru yolu göstərən vicdanını və pisliyə sürümək istəyən nəfsini vermişdir. Bu səbəbdən, hansı ictimai kütləyə aid olursa olsun, necə bir təhsil aldığı, hansı dili danışdığı, hansı irqə aid olduğu, cinsiyyətinin nə olduğu fərq etmədən, hər insan nəyin yaxşı nəyin pis olduğunu bilər. Əgər Allahdan qorxub çəkinən bir insansa, iradəsini istifadə edərək həyatının hər anında vicdanının səsini dinləyər və yaxşı davranışlar sərgiləyər. Nəfsinin səsini dinləyən insan, əslində pislik etdiyinin fərqindədir. Bu səbəbdən bir insan pis davranışlar sərgiləyərsə, bunun şüurundadır və alacağı qarşılığı da nəzərə almış deməkdir. Allah ayədə belə bildirmişdir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Qara klanın Darvinizmə olan labüd ehtiyacı

Bura qədər sosial darvinizmin əxlaq və cinayət anlayışından bəzi nümunələri araşdırdıq. Elmi iddiasının olmasına baxmayaraq həqiqətdə heç bir elmi dayağı olmayan bu ideologiyanın, cəmiyyət quruluşu üzərində meydana gətirəcəyi təxribat və pozulma isə çox açıqdır. İnsanların qəsb etmələrinin, oğurluq etmələrinin, cinayət işləmələrinin, təcavüz etmələrinin, fahişəlik etmələrinin təbiətlərinin və keçmişlərinin labüd həqiqəti və bioloji zərurət olaraq qiymətləndirilməsi, cəmiyyət nizamında sürətli pozulma və çirklənməyə səbəb olacaq. Necə ki, olmuşdur da. Ancaq bu pozulmadan mənfəət təmin edən kütlələr, müdafiə etdikləri əxlaqsızlığa guya elmi bir örtük tapmış olmaları səbəbiylə, Darvinizmə dörd əllə sarılmışlar. Bunların başında da qara klanın mənsubları gəlməkdədir. Klanın mənfəət təmin etdiyi və varlığını davam etdirməsi üçün lazımlı olan bütün şərtlər, darvinist cəmiyyət quruluşu ilə birə-bir eynidir. Bu səbəblə də klan üçün Darvinizmi müdafiə etmək, çökmüş bir ideologiya olmasına baxmayaraq dəstək olmağa çalışmaq, bir mənada klanın öz varlığını qorumasının təməl ideoloji şərtidir.

Klanın nəzəriyyəçiləri çox yaxşı bilməkdədirlər ki, Darvinizmin ləğv olması demək, insanların “yaradılış və həyatın əsl məqsədi” haqqında doğru cavabları tapmağa başlamaları deməkdir. Kainatın və canlıların, darvinistlərin axmaq iddialarındakı kimi “kor təsadüflərin” əsəri ola bilməyəcək qədər mükəmməl və qüsursuz olduğunun fərqinə varan bir insanın, öyrənmək istəyəcəyi ilk şey, bu möcüzə nizamın necə və kim tərəfindən, nə şəkildə var edildiyi olacaqdır. Araşdırmaları isə onu tək bir cavaba çatdıracaq: Kainat və içindəki bütün canlılar, üstün və uca bir Yaradıcının əsəridir. Və bu Yaradıcı, hər şeyin sahibi və hakimi olan Uca Allahdır.

Bu açıq-aşkar həqiqəti anlayan insanın bundan sonra edəcəyi şey isə, Yaradıcımızı tanımaq və Onu gərəyi kimi təqdir edə bilmək üçün səy göstərmək olacaq. Allahın əmr etdiyi kimi bir həyat sürən insan, hər cür əxlaqsızlıqdan şiddətlə uzaqlaşacaq, ədalətli olacaq, hiylə etməyəcək, fırıldaqçılıq etməyəcək, məzlumun haqqını qoruyacaq, haqsızlıqdan çəkinəcək qısaca qara klanın istədiyinin tam tərsi bir həyat sürəcək. Belə insanların sayının artması isə klanın sisteminin sonunu gətirəcək.

Məhz bu səbəblə qara klanın dünya səviyyəsindəki üzvləri, Darvinizmin oyunlarının, saxtakarlıqlarının, əksikliklərinin, əyriliklərinin, ağıl və məntiqdən kənar iddialarının ifşa edilməsini heç bir zaman istəməzlər. Din əxlaqını izah edən, materializm və Darvinizmə qarşı fikri mübarizə edənlərə böyük qəzəb və kin duyarlar və onlara qarşı hərəkətə keçərlər.

Bu hərəkəti anlamaq üçün, əvvəl klanın quruluşunu sonra isə istifadə etdiyi üsulları araşdırmaq lazımdır.