Qara Klanın sonu və yer üzünün işıqlı gələcəyi

Kitabın bura qədər olan hissəsində qara klanın quruluşunu, ideologiyasını və qurmuş olduğu sistemə nəzər saldıq. Bütün bu məlumatlar klanın yaxşı mütəşəkkil olmuş bir hərəkət olduğunu və sistemini davam etdirə bilmək üçün hər cür tədbiri aldığını göstərməkdədir. Bu səbəblə bəzi oxucularımız, klanın qurmuş olduğu qaranlıq nizamın qalıcı olduğu kimi səhv düşüncəyə düşə bilərlər. Halbuki bütün dindən kənar sistemlər kimi qara klan və qurmuş olduğu nizam da yox olmağa məhkumdur. Allah Quranda bizə, iman edənlərin və yaxşılığın tərəfdarı olanların pisliyə qarşı verdikləri mübarizədə qəti olaraq qalib gələcəklərini müjdələmişdir:

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)

Onsuz da klan üzvlərinin də davamlı narahatlıq və təlaş içində həyatlarının əsas səbəblərindən biri, sistemlərinin nə qədər çürük və qırıla bilən tarazlıqlar üzərinə qurulduğununu bilmələridir. Bir gün bir şəkildə, etdikləri pisliklərin, işlədikləri cinayətlərin hesabını verəcək olma ehtimalları klan üzvlərinin şiddətli çətinlik duymalarına səbəb olar. Hesab vermək demək, onlar üçün həyatın mənasını və dəyərini itirməsi deməkdir. Bu səbəblə davamlı özlərinə və klana qatılan insanlara, “güclü olduqları” və “kimsəyə hesab verməyəcəkləri” yalanını izah edərlər. Sahib olduqları imkanların heç vaxt əllərindən çıxmayacağı yanılmasına qapılan bu insanlar, qurduqları planların da əksiksiz olaraq işləyəcəyini düşünərlər. Zaman, bu insanların özlərini aldatmalarına səbəb olar, almaları lazım olan qarşılığı bəzən dərhal görməmələri bu insanları yanıldar. Allah Quranda bizə bu insanlara müəyyən bir müddət verməsini, ancaq bu müddətin sonunda özlərinin də əsl həqiqətə şahidlik edəcəklərini bildirmişdir:

De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”. (Məryəm surəsi, 75)

O gün kimsənin heç kimi qoruya bilməyəcəyi və heç bir mövqenin, heç bir malın heç kimə fayda verməyəcəyi bir gündür. O gün klan üzvlərini, Allahın verəcəyi qarşılıqdan qoruya biləcək nə bir təşkilat qalmışdır nə də tək bir insan. İnsanlar axirət günündə, dünyadaykən etdikləri pisliklər və əxlaqsızlıqlarla aralarında uzaq bir məsafə olmasını istəyər, dünyaya bir daha dönə bilmək üçün Allaha yalvararlar. Allah Quranda bizlərə, “…kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahından bir pay düşər…” (Nisa surəsi, 85) ayəsiylə hər insanın etdiyi ilə qarşılıq görəcəyini bildirmişdir. Başqa ayələrdə isə, Allah insanların axirət günü içinə düşəcəkləri vəziyyəti belə xəbər vermişdir:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. (Haqqa surəsi, 25-28)

Üstəlik ortaq olduqlarını düşündükləri insanlar da özlərindən uzaqlaşmışdır. Dünyada ikən özlərindən güc tapdıqları, birlikdə günah işlədikləri, əsla özlərini tək buraxmayacaqlarını düşündükləri hər kəs ətraflarından dağılmışdır:

Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”. Müşriklərə: “Şəriklərinizi çağırın!” – deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar. (Qəsas surəsi, 63-64)

Allahın ayələrdə də bildirdiyi kimi inkarlarından imtina edib tövbə etməyənlər, Allahın onlara verdiyi nemətlərlə azğınlığa qapılanlar, Allah onları əzab ilə tutduğu zaman nə qədər böyük səhv etdiklərini daha yaxşı anlayacaqlar. Ancaq Allah bizə ayələrdə, dünya həyatında da inkarçıların məğlubiyyətə uğrayacaqlarını və gözəl əxlaqın insanlar arasında yayılacağını xəbər vermişdir. Allahdan başqa kimsəni vəli etməyənlər və pis işlərdən çəkinənlərin, ətraflarındakı insanları da pis işlərdən çəkindirmək üçün səy göstərmələri lazımdır. Bu səyin nəticəsi, Allahın icazəsi ilə, qara klanın yer üzündə zorbalığa və zülmə söykənən, qurmuş olduğu sistemin sonunun gəlməsini, bunun yerinə işıqlı, hüzurlu və güvən verən bir mühit təsis edilməsini təmin edəcək. Allah iman edənlərin üzərindəki bu məsuliyyəti Quranda bu şəkildə bildirmişdir:

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı… (Hud surəsi, 116)

Allah insanları sülhə və sağlamlığa dəvət edər, iman edənlər də Allahın onlara yüklədiyi yaxşılığı əmr etmə, pislikdən məhrum etmə məsuliyyətini gərəyi kimi yerinə yetirdiklərində, həqiqi din əxlaqını bilməyən və tanımayan bir çox insan Qurana yönələcək və Allahın razı olduğu kimi həyat sürməyə başlayacaq. Klanın qurmuş olduğu qaranlıq quruluşun ortadan qaldırılmasıyla qarışıqlıq, yoxluq, narahatlıq, etibarsızlıq, ədalətsizlik, haqsızlıq kimi çətinliklər sona çatacaq, dünya sülh və rifah dolu bir məkan olacaq. Küçələr güvən içində gəziləcək yerlər olacaq, hüquq sistemi həqiqi mənası ilə ədaləti təmsil edəcək, Allahın insanlara verdiyi nemətlərdən hər kəs bərabər olaraq faydalanacaq, təhsil və səhiyyə sahələrində hər kəs bərabər imkanlara sahib olacaq, incəsənətə lazım olan dəyər və əhəmiyyət veriləcək, yaşanılan məkanların keyfiyyəti yüksələcək, elm və texnologiyada böyük irəliləmələr ediləcək, insanlar bir-birlərinə sevgi, mərhəmət və şəfqət ilə yaxınlaşacaq, cinayətlərin nisbətlərində böyük azalma görüləcək.

Unutmamaq lazımdır ki, bu saydığımız gözəlliklərin reallaşması üçün dua edib səy göstərmək iman sahibi hər kəsin məsuliyyətidir. İman edənlər ixlasla və səmimiyyətlə, din əxlaqını yaymaq üçün səy göstərdiklərində Allah şübhəsiz, möminləri “… Onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək.” (Nur surəsi, 55) Bizim də duamız bütün müsəlmanlar kimi, “insanların Allahın dininə dalğa-dalğa girdiklərini” görməkdir:

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)