Qara Klanın quruluşu

Hər cəmiyyət müəyyən ictimai siniflərdən meydana gələr və bu siniflər arasında, kəskin sərhədlərlə təyin olunmuş olmasa belə, müəyyən ayrı-seçkilər vardır. Bu ayrı-seçkilər, həmin qrupların əxlaqi dəyərləri, həyat stilləri, dünyaya baxışları, mədəniyyət təcrübələri və maddi imkanları kimi müəyyən ünsürlər təyin edər. Cəmiyyətin “qabaqcıl sinifi” içində yer alan bəzi ümumiyyətlə, həyat tərzi ilə daha çox degenerasiya olmuş quruluş sərgilərkən, xalqın böyük əksəriyyəti isə bu degenerasiyadan mümkün olduqca qorunmağa və uzaq dayanmağa çalışar. Qabaqcıl olan bu insanların bir çoxunun ümumi xüsusiyyəti, sahib olduqları imkanlar (zənginlik, mövqe, mülk, gözəllik, şöhrət kimi) səbəbiylə ərköyünlüyə qapılmaları və degenerasiyalı bir həyatın qabaqcılları olmalarıdır.

Allah Quranda bizə, tarix boyunca bir çox cəmiyyətin qabaqcılların din əxlaqına qarşı böyük mübarizə verdiyini xəbər vermişdir. Allah İsra surəsində bu şəkildə bildirməkdədir:

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. (İsra surəsi, 16)

Bir başqa ayədə isə inkar edənlərin din əxlaqının yayılmasına qarşı hər cür imkanlarını səfərbər etdiklərini Allah bizə belə bildirmişdir:

Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki. (Ənfal surəsi, 36)

Qara klanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, qrup üzvlərinin çox geniş olmasıdır. Digər ölkələrdə bol miqdarda nümunəsini gördüyümüz kimi, özlərini incəsənət adamı olaraq təyin edən halbuki incəsənətlə deyil, qeyri-əxlaqi həyat tərzi ilə gündəmdə olanlar, dünya mediasının kilid nöqtəsindəki insanlar, dünya ticarətini mənfəətləri istiqamətində yönləndirənlər və hətta dövlətlərin müxtəlif təşkilatlarında iştirak edən bəzi insanlar, bu klanla birlikdə hərəkət edərlər. Ancaq bunun da vurğulanması lazımdır ki, incəsənət və media dünyasına, dövlətin bəzi təşkilatlarına sızan bu insanların varlığı, bu sahələrdə qiymətli və dürüst insanların işlədiyi və onların da bu qara klanın fəaliyyətlərindən narahatlıq duyduğu həqiqətini unutdurmamalıdır.

Klanın mövcudiyyətini qoruya bilməsinin təməl səbəblərindən biri, ən yuxarı səviyyədən ən aşağı səviyyəyə qədər demək olar ki, hər yerdə mənsubunun olmasıdır. Bu insanların yetişdiyi mühitlər, içindən gəldikləri ailə strukturları, sahib olduqları mədəniyyətlər kiçik fərqlər göstərə bilər, ancaq bu insanlar tək bir düşüncə ətrafında birləşmişlər; klanın əxlaqsızlığını davam etdirə bilmək və bu əxlaqsızlıqlardan özlərinə mənfəət təmin edə bilmək. Həmçinin bu insanları bir yerdə tutan əhəmiyyətli bir başqa ünsür də əxlaqlarının bənzər olmasıdır.

Allah bizə Quranda bu insanların sahib olduğu ortaq əxlaq xüsusiyyətləri belə bildirmişdir:

İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya – o insan var-dövlət və oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər. Biz onun burnuna damğa vuracağıq. (Qələm surəsi, 10-16)

Kitabın sonrakı səhifələrində qara klan ilə əlaqədar yer verəcəyimiz məlumatları araşdırarkən, ayələrdə bildirilən bu əxlaqın göz qarşısında saxlanılması son dərəcə əhəmiyyətlidir. Bu, klan üzvlərinin ruh hallarının daha yaxından tanına bilməsi üçün lazımlıdır.

Həmçinin klan içərisində müəyyən bir iyerarxik quruluş hakimdir. Klanın liderləri və onlara tabe olanları vardır. Ancaq özündə, klan üzvləri tək bir bədən olaraq, son dərəcə təşkilatlı bir şəkildə hərəkət edərlər. Hər üzvün məsuliyyəti və bu məsuliyyətini nə şəkildə yerinə yetirəcəyi müəyyəndir. Üzvlər arasında açıq şəkildə elan edilməmiş olmasına baxmayaraq hər kəs tərəfindən çox yaxşı bilinən bir əmək bölgüsü mövcuddur. Məsələn, klan üzvlərindən biri bəzəkli sözlərlə və fəlsəfi terminlərlə degenerasiyanı tərifləyərkən, bir başqası həyatıyla təriflənən bu modelə nümunə təşkil edər. Digər bir üzv isə, etdiyi əxlaqsızlıqlar və ya işlədiyi cinayətlər səbəbiylə bu insanın başının dərdə girməsi vəziyyətində onu qorumaqla məsuldur. Bəzi üzvlər, mətbuatı istifadə edib onun lehinə təbliğatlarla insanı qoruyarkən, bəziləri də dövlət içindəki güclərini istifadə edərək bu insanı potensial təhlükələrdən qoruyarlar. Qoruma mexanizmi, sonrakı səhifələrdə də toxunacağımız kimi, klanlaşmanın ən vurucu xüsusiyyətlərindən biridir və klanın davamını təmin edər.

Klanın içindəki çirkli həmrəylik

Əxlaqi degenerasiyanın ardındakı bu qruplaşma bir az daha yaxından araşdırıldığında, üzvlər arasındakı gizli həmrəylik dərhal diqqət çəkər. Sosiologiyada edilən klan təriflərində bu nöqtəyə xüsusilə diqqət çəkilər. Məsələn “Grolier International America” ensiklopediyasına görə klanın ana qaydalarından biri, “klan üzvlərindən birinə edilən hücum hər kəsə edilmiş sayılar” qaydasıdır Bu səbəblə klan mənsubları, aralarındakı müxtəlif fərqlər və hətta qarşıdurmalara baxmayaraq, qara klanın ideologiyasına zidd həyat yaşadığına inandıqları “ortaq düşmən”ə qarşı güclü həmrəyliyə sahibdirlər. Bu həmrəyliyin təməlində şübhəsiz, varlığını davam etdirə bilmə instinkti vardır.

Klanın ən böyük qorxusu həyat sahəsinin əlindən alınmasıdır. Bu qorxu, qara klanın üzvlərinin böyük həmrəylik içinə girmələrinə səbəb olar. Klanın hücumları da, müdafiə etmələri də ciddi bir həmrəylik içərisində reallaşdırılar. Təhlükə olaraq görülən ünsürlərə qarşı, klan üzvlərinin hamısı birlik olarlar. Və təhlükənin aradan qaldırıldığından əmin olana qədər, birlik içində hərəkət edərlər.

Dünyanın bir çox ölkəsində qarşılaşılan və dünya mətbuatında da iştirak edən bəzi hadisələr xatırlandığında bu həmrəyliyi zehninizdə canlandırmanız daha asan olacaq. Məsələn belə düşünün, bu günə qədər “böyük xəbər” başlığı altında, dünyanın müxtəlif ölkələrində neçə fahişəlik qrupunun, neçə narkotik ticarətinin ifşa edilib xalqa deyildiyinə şahid oldunuz. Kim bilər neçə ölkədə, neçə rüşvət şəbəkəsinin tutulmasını izlədiniz. Bəlkə də “fahişəliyə zərbə”, “mafiyaya son”, “hüquqda təmizlik”, “təmiz əllər” kimi başlıqlarla eşitdiyiniz bu beynəlxalq xəbərlərin bir qismi, sizə “dünyada artıq bir çox şeyin düzələcəyinə” dair ümidlər də verdi. İndi bir daha düşünün, bunların neçəsi həqiqətən gözlədiyiniz kimi nəticələndi? İfşa edilən hansı fahişəlik qrupu daha böyük bir ticarətin ortaya çıxarılmasını təmin etdi? Həbs edilən narkotik şəbəkələri, neçə narkotik şəbəkəsini həqiqətən məhv etdi? Rüşvət alarkən və ya verərkən tutulan insanlar, hansı mexanizmin tamamilə haqq və hüquqa görə işləyən halına gəlməsinə səbəb oldu? Bu suallara verəcəyiniz cavab, böyük ehtimalla, demək olar ki, heç biri olacaq. Çünki bu hadisələr (hər şey dəqiq və açıq olmasına baxmayaraq) klanın “gizli əlləri” tərəfindən bir şəkildə ört-bas edilər.

“Sürətli ört-baslar” qara klanın həmrəyliyinin ən nəzərə çarpan nümunələrindəndir. Bütün dəlillərə, şahidlərə və isbatlara baxmayaraq cinayətlərin üzəri örtülər. Hər hansı bir şəkildə klanın cinayətlərinin və skandallarının ortaya çıxacaq olması, qaranlıq təşkilatın bir anda həyəcana keçməsinə səbəb olar. Çirkli bir müdafiə etmə hücumu başlayar. İlk olaraq, uyğun bir xəbərləşmə şəbəkəsi ilə mümkün olduqca çox klan üzvünə dəyişiklər xəbər verilər. Qısa müddətdə lazımlı bütün insanlar xəbərdar edilmiş olar. Qalan insanlara əlaqədar mesajın çatdırılması isə, bəzi mətbuat quruluşları içində yer alan klan üzvlərinin məsuliyyətindədir. Qəzet və televiziyalarda hadisəni qınayırmış kimi görünən, ancaq əslində klanın qoruma və həmrəylik daxili motivini hərəkətə keçirəcək olan xəbərlər nəşr olunmağa başlanar. Klan lazım olduğunda, dövlət təşkilatları içərisinə sızmış bəzi insanlarını da istifadə edərək, təhlükəsizlik orqanlarını və ədalətin işləməsini də klanın mənfəətləri istiqamətində yönləndirməyə çalışar. Bunun üçün son dərəcə hiyləgər siyasətlər izləyərlər.

Çünki ört-bas edilməyən hər hadisə, daha böyük bir hadisənin ortaya çıxmasına səbəb ola bilər. Bəzən bir narkotik istifadəçisinin həbs edilməsi, bəzən fahişəlik edən bir insanın göz altına alınması, bəzən də bir haqsız gəlirin ifşa edilməsi, klanı narahat etməyə yetər. Necə ki, bədənin bir yerində bir narahatlıq meydana gəldiyində, bu, bütün bədənə çətinlik versə bir fahişənin, bir narkomanın, bir fırıldaqçının, bir rüşvətçinin, ya da bir qatilin həbs edilməsi klanda böyük narahatlığa səbəb olar. Bir insanın həbs edilməsi bəlkə də yüzlərlə, minlərlə insanı narahat edər. Həbs edilən insanın hər zaman üçün tanışı və bildiyi digər insanları ələ vermə təhlükəsi vardır. Ələ verilən insan da bir başqasını ələ verə bilər. O da bir başqasını və beləcə zəncirləmə reaksiya ilə bir anda klanın bütün təşkilatlanması ortaya çıxa bilər, çirkli işlərin hamısı ifşa ola bilər. Hamısından əhəmiyyətlisi, klan üzvlərinin hər biri bir-bir bu vəziyyətdən zərər görə bilər.

Bu tərzdə zəncirləmə təhlükəyə qarşı, hadisənin tezliklə ört-bas edilə bilməsi üçün klan üzvlərinin dərhal hamısı dövrəyə girərlər. Bu səbəblə, bu tərz xəbərlər klan üzvləri tərəfindən yaxından izlənilər. Klan hər hadisədən, öz əleyhinə ola biləcəyini düşündüyü üçün narahatlıq duyar. Bundan təxminən 10 il əvvəl İtaliyada “təmiz əllər” əməliyyatının başlamasına səbəb olan P2 qalmaqalının ortaya çıxmasında yaşanan hadisələr bu vəziyyətə bir nümunədir. Yalnız Licio Gellinin qeyri-qanuni fəaliyyətlərinin polisin diqqətini çəkməsi, bütün P2 mason lojasının fəaliyyətlərinin ifşa olmasıyla nəticələnmişdi. Gelli, P2-nin böyük ustadı idi. Onun çirkli pul əlaqələrini araşdıran təhlükəsizlik orqanları, villasındakı xüsusi hissələrdə axtarış etməyə qərar verdilər. Bu axtarışda Gellinin ustadı olduğu lojanın yüzlərlə üzvünün siyahısı və bunların mafiya, narkotik və çirkli pul yuma istiqamətindəki gizli işlərini ortaya qoyan sənədlər ortaya çıxdı. Klanın tək bir üzvünün həbs edilməsi, bütün bir şəbəkəni çökdürmüşdü. Bir siyahının ələ keçirilməsi ilə başlayan hadisələr, qısa müddət ərzində bütün ölkəni sarsıdan qalmaqal zəncirinə çevrilmiş, qara klanın çıxar əlaqələri ortaya çıxmağa başlamışdır. Tamamilə ifşa olma narahatlığına qapılan qara klanın bu vəziyyət qarşısında aldığı tədbirlər isə son dərəcə sərt olmuşdur. Hadisəni araşdıran bəzi səlahiyyətlilərin müxtəlif hücumlara məruz qalmaları, hətta bəzilərinin sui-qəsdlərin hədəfi olmaları qara klanın, narahatlığa qapıldığında nələr edə biləcəyini və cinayətlərini ört-bas edə bilmək üçün hansı üsullara müraciət edə biləcəyini göstərən əhəmiyyətli nümunələrdir.

Qara klan üzvlərinin bu narahat və xəstə ruh halı Quranda bildirilmiş olan bir ruh halıdır. Münafiqlərin xüsusiyyətlərinin izah edildiyi bir ayədə, bu insanların hər səs-küyü öz əleyhinə sandıqları bildirilməkdədir:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! (Munafiqun surəsi, 4)

Digər tərəfdən klan həmrəyliyi, “mənə də zərər gələ bilər” narahatlığı ilə inkişaf edən zəruri və instinktiv bir həmrəylikdir. Bu həmrəyliyin təməli vəfa, fədakarlıq, sədaqət və sevgi kimi dindən qaynaqlanan əxlaqi ərdəmlərə deyil, cinayət ortaqlığına söykənər. Təhlükə olmadığı zamanlarda isə, klan üzvləri demək olar ki, bir-birlərindən nifrət edərlər, hətta çox vaxt öz deyimləriylə “bir-birlərinin quyusunu qazar”lar. Klan içində bütün əlaqələr və insanlar arası dialoqlar mənfəətə söykənəndir. Bu səbəbdən kənara qarşı birlik kimi görünsələr və davransalar da, öz içlərində parçalanmışdır.

Əslində bütün bunlar Allahın Quranda bizə detalları ilə bildirdiyi inkarçı xarakterinin və inkar edən cəmiyyətin xüsusiyyətləridir. Bunu xəbər verən bir ayədə belə buyurulmaqdadır:

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən insanlardır. (Həşr surəsi, 14)

Əslində mənfəətə söykənən həmrəylik anlayışı, klanın sahib olduğu darvinist ideologiya ilə də eynilə üst-üstə düşməkdədir. Darvinist doqmaya görə də, sözdə “təbiətin qanunu” olaraq canlılar bir-birləri ilə ancaq mənfəətlərinə uyğun olduğunda köməkləşərlər. Bunun xaricində həyatda qala bilmək üçün davamlı bir-birləri ilə mübarizə halında olmaları lazım olduğuna inanarlar və bu mübarizədə hər yolu qanuni görərlər.

Dünyada ikən bu halda olan klan həmrəyliyi, axirət günündə isə tam mənası ilə çökəcək. Klan üzvləri o gün bir-birləri ilə həmrəyliyə güc çatdıra bilməzlər, həyatları boyunca inkarçılıqda birlik olanlar və yaxşılar əleyhinə ittifaqlar quran bu insanlar axirət günündə əsl həqiqət ilə üz-üzə gələcəklərdir. Bu gün onlar Allahın özlərinə verəcəyi qarşılığa təslim olmuşlar. Allah, bu vəziyyəti belə xəbər vermişdir:

Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?” Bəli, onlar bu gün baş əyəcəklər! Onlar bir-birinə üz tutub soruşacaqlar. Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan insanlar deyildiniz. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış insanlar idiniz. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış insanlar idik”. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar. (Saffat surəsi, 25-33)

Bütün bu məlumatlar bizə açıq bir həqiqəti göstərməkdədir: Bu həmrəyliyin mənşəyində hər insanın şüur altında yer alan öz nəfsini qoruma instinkti vardır. İnsanların özlərini qoruma motivləri, edilən çirkli işlərin böyüklüyü ilə doğru mütənasibdir. Buna görə müdafiə etmələri də çox vaxt təcavüzkar şəkildə olar. Bu müdafiə etmələr, rəqibləri haqqında yalan və böhtanlarla dolu qaralama kampaniyalarına da çevrilə bilər.

Klan üzvlərinin içində yaşadıqları daimi qorxu

Qara klanın ən xarakteristik xüsusiyyətlərindən biri də, üzvlərinin davamlı qorxu içində yaşamasıdır. Daha əvvəlki hissələrdə, klan üzvlərinin ifşa olmaqdan, həyat tərzlərinin dəyişməsindən (yəni əxlaqsızlıq edə bilməyəcək olmaqdan), mənfəətlərinin zədələnməsi ehtimalından çox qorxduqlarını ifadə etmişdik. Klan mənsublarının hər hadisəni öz əleyhinə ola biləcəyini düşünmələri, hər an etdikləri əxlaqa zidd davranışların və işlədikləri cinayətlərin ifşa olması ehtimalı ilə yaşamaları, şizofren ruha sahib olmalarına səbəb olar. Klan üzvlərinin bu ruh hallarını daha yaxşı anlaya bilmək üçün bəhs etdiyimiz qorxularını bu maddələr altında toplaya bilərik:

Qara klan üzvlərinin ən bilinən qorxularından biri klan içindəki yerini itirmək və tək qalmaqdır. Çünki tək qalmaq demək, toplu olaraq əldə edilən mənfəətlərdən artıq pay ala bilməmək deməkdir. Üstəlik tək qalan bir klan üzvü varlığını davam etdirə bilməz. Klanın dəstəyini və müdafiəsini itirmişdir, bu da qısa müddətdə etdiklərinin ortaya çıxacağı, əzilib yox olmağa başlayacağı mənasını verər. Bu səbəblə klan üzvlərinin hər biri tək qalmamaq üçün əlindən gələni edər. Tək qalmaqdansa digər klan üzvlərinin hər cür əxlaqsızlığına, cinayətinə və çirkinliyinə ortaq olmağı, bunları var gücüylə müdafiə etməyi seçər. Onsuz da bu cinayətin ortaqlığı səbəbi ilə klan üzvləri bir-birlərinə məhkum olduqlarını düşünərlər.

Əhəmiyyətli klan qorxularından bir başqası isə, daha əvvəl də tez-tez vurğuladığımız kimi, mənfəət itirmə qorxusudur. Qara klanda dini inanc olmadığı üçün, həyatın tək məqsədi dünyəvi dəyərlərdir. Güclü bir mövqe və mövqeyə sahib olmaq, geniş maddi imkanlar əldə etmək klan üzvləri üçün hər şeydən daha əhəmiyyətlidir. Bu insanlar üçün səbir, fədakarlıq, sədaqət, gözəl əxlaq bir məna daşımaz. İnsanlara da əxlaqlarına görə deyil, maddi varlıqlarına görə dəyər verərlər. Dünyanın ən əxlaqsız insanlarına qarşı belə, əgər bu insanlar zəngin və güclüdürsə üstəlik özlərinə də müxtəlif imkanlar təmin edəcəklərsə, böyük hörmət göstərərlər. Digər tərəfdən dürüst və namuslu olduğuna əmin olduqları bir insana, əgər kifayət qədər güc və imkan sahibi olmadığını və ya özlərinə maddi çıxar təmin etmədiyini düşünürlərsə, həm dəyər verməz, həm də lazım olduğunda ona qarşı çox mərhəmətsiz ola bilərlər. Bu, onların axirətin varlığına iman etməmələri, hər şeyin yalnız bu dünyadan ibarət olduğunu sanmaları səbəbiylədir. Öz azğın anlayışlarına görə, “əgər həyat yalnız bu dünyadan ibarətsə, o zaman bu həyatın bütün imkanlarından sonuna qədər faydalanmaları” lazımdır.

Bu zehniyyətdəki insanların dünya həyatına olan bağlılıqları və necə böyük bir yanılma içində olduqları ayələrdə belə xəbər verilmişdir:

O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər. (İbrahim surəsi, 3)

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Gizlilik və sirr saxlama, klanın ən əhəmiyyətli prinsiplərindən biridir. Hər kəs bir-birinin cinayətini, əxlaqsızlığını gizləməklə özünü məsul hiss edər. Başqasını qorumaq əslində insanın özünü qoruması deməkdir. Buna görə öz etdiklərinin ortaya çıxmaması üçün göstərilən səyin eynisi digər klan üzvləri üçün də göstərilər. Bu da, klan üzvlərinin ən ciddi qorxularından birinin öz əxlaqsızlıqlarının ortaya çıxması olduğunu göstərər. Öz cinayətlərinin ifşa olması düşüncəsi belə onları narahat etməyə yetər. Bu, onlar üçün ən böyük kabusdur. Çünki klan üzvləri cəmiyyət içində özlərini etibarlı və hörmətli insanlar olaraq göstərmək istəyər, bu şəkildə cəmiyyət içində qəbul görə biləcəklərini düşünərlər. Qara klanın hər bir üzvü hər cür saxtakarlığı, yalanı, hiyləni tətbiq etdiyi halda, özünü günahsız və məzlum göstərməyi hədəfləyər. Bu günahsız imicinin zərər görməsinin, mənfəətləri baxımından çox təhlükəli olacağının fərqindədir.

Əlbəttə qara klan üçün bütün bu qorxulardan başqa, sahib olduğu hər şeyi təməldən itirəcəyi ictimai dəyişmə qorxusu vardır. Bu, bütün qorxulardan daha ağırdır. Klanın qorxu duyduğu ən əhəmiyyətli dəyişiklik; əxlaqsızlıqları, haqsızlıqları, ədalətsizləri tamamilə ortadan qaldıracaq olan din əxlaqının cəmiyyətə hakim olmasıdır. Belə bir dəyişiklik olması, klanın bir daha heç bir şəkildə fəaliyyət göstərə bilməməsi mənasını verər. Bu həqiqət tarix boyunca var olmuş bütün qara klanlar üçün keçərlidir. Keçmişdə də, qara klanın səmimi dindarlardan və din əxlaqını yaymaq üçün səy göstərən möminlərdən son dərəcə narahat olmasının və hətta qorxmasının təməlində də bu vardır. Bir ayədə belə buyurular: Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan insanlardır. (Həşr surəsi, 13). Ayədə də açıq şəkildə bildirildiyi kimi, Allahın dininə qarşı döyüş açmış vəziyyətdəki insanlar, səmimi möminlərdən, digər bir ifadəylə iman edənlərin dindən kənar sistemlərə qarşı icra etdikləri fikri mübarizədən, çox qorxarlar. Halbuki Özündən qorxulması lazım olan tək varlıq Allahdır. Klanın mənsubları, Allahdan, Onun mövqeyindən və axirət günündə verəcəkləri hesabdan deyil, içində olduqları dərin qəflət və cəhalət səbəbiylə möminlər tərəfindən ideologiyalarının yox edilməsindən qorxu duyarlar.

Bütün bunlarla yanaşı klan üzvlərini dəhşət salan başqa bir qorxu daha vardır: “Klanın nüfuzu”. Qara klan üçün insan sayı əhəmiyyətli bir gücdür. Klan, sayını davamlı artırmaq istəyər. Nə qədər çox insan gücünə sahib olsa, klanın etdiyi təbliğatın diametri o qədər geniş olacaq. Hər hansı bir təhlükə vəziyyətində də, bu fərdlərin hər biri klan üçün fəaliyyət göstərə biləcək, müxalif səslər asanlıqla boğula bilmə səbəbindən də klan özünü daha rahat qoruya biləcək. Bu səbəbdəndir ki, hər hansı bir insan klanın nizamına ən kiçik bir şəkildə belə qarışmış olsa, klan bu insanı sürətlə içinə çəkər və bir daha da özündən ayrılmasına icazə verməz.

Pislikdə qurulan ortaqlıqlarla klanın çirkli işlərinə daxil olan bir kimsə, bundan sonra istəsə də asanlıqla bu sistemdən qopa bilməz. Qara klanın özünə xas bir nüfuz, şiddət və təzyiq anlayışı vardır. Klan içində eynilə ibtidai Afrika qəbilələrində olduğu kimi mərhəmətsiz qaydalar hakimdir. Klanın ən mərhəmətsiz və təcavüzkar olduğu vəziyyətlərdən biri də, öz içindən bir insanın fərqli bir yol izləməyə cəhd etdiyi anlardır. Tək bir insanın belə klandan ayrı bir yolu seçmək istəməsi, qara klanın gələcəyi üçün böyük təhlükələrə səbəb ola bilər. Bu insanın hər zaman üçün klanın quruluşunu etiraf etmə və ifşa etmə ehtimalı vardır. Bu səbəblə belə bir cəhd edən insan qara klan tərəfindən çox çətin vəziyyətdə qalar.

İzlədiyiniz xəbərlərdə, müxtəlif dünya ölkələrində, şahid olduğu çirkinlikləri etiraf etməyə və klanın etdiklərinə mane olmağa çalışanların necə bir sona uğradıqlarını görmüsünüz. Bu nümunələr klanı ifşa etmək istəyən bəzi insanların, çox vaxt məhkəmə salonlarına gəldiklərində, ya da şahidliklərinə ehtiyac duyulduğunda bundan imtina etmələrinə səbəb olmaqdadır. Bir çox ölkədə tətbiq olunan “şahid qoruma proqramları” belə həmin insanların cəsur davranmalarına yetərli olmamaqdadır. Əlbəttə, Allah qorxusu olmayan və Allaha təvəkkül etmənin sirrini bilməyən, dünya həyatına bağlı bir insan belə bir cəsarət göstərə bilməz.

Qara klanın liderləri və onlara tabe olanlar

Kitabın əvvəlki hissələrində klan içində iyerarxik bir quruluşun olduğuna toxunmuşduq. Bu quruluş içində bəzi insanlar degenerasiyada və əxlaqsızlıqda liderlik edərkən, bəzi insanlar da (bunların varlıqlı və güclü görünmələrinin təsirində qalaraq) kor-koranə bu insanların yolunu izləyərlər. İnsanların bir qisminin klanın istədiyi kimi din əxlaqından uzaq yaşaması, klanın çirkli həmrəyliyinin güclü imic verməsi, bu insanları yanıldan ən əhəmiyyətli ünsürlərdəndir. Onlara görə güclü gördükləri insanın tərəfində olmaq, bu insanların xüsusiyyətidir. Bu səhv məntiqə görə “haqlı olan güclü deyil, güclü olan haqlıdır.” Bu səbəbdən də, güclü olduğuna inanılan insan haqsızlıq da etsə, ədalətsiz də olsa, hətta bir çox cinayət da işləsə bütün bunlar göz ardı edilər. Heç layiq olmadığı halda bu insan həmişə heyranlıqla xatırlanar. Hər şərt altında müdafiə olunar. Hətta bu insana qeydsiz şərtsiz tabe olar. Totalitar rejimlərdə liderə duyulan bağlılıq əslində bu psixologiyanın əhəmiyyətli nümunələrindəndir. Totalitar cəmiyyətdə yaşayan hər kəs özünü idarə edən diktatorun zalım və mərhəmətsiz olduğunu vicdani olaraq bilər, əsassızlıqlarına və balanssızlıqlarına şahid olar, ancaq hər cür gücə sahib kimi görünən bu liderə heç bir zaman qarşı gəlməz. Kütlə psixologiyası üzündən insanların böyük əksəriyyəti bu sistemin bir parçası olar.

Bu vəziyyətin ən gözəçarpan nümunələrindən biri Quranda bildirilən Firon hekayəsidir. Tarixin ən qanlı diktatorlarından biri olan Fironun sahib olduğu güc və imkanların təsiri altında qalan bir çox insan, doğru və haqq olduğunu bildikləri halda hz. Musaya tabe olmamış və haqq dindən üz çevirmişdir. Bu insanların haqq dinə uyğun gəlməmələrinin təməlində, öz ağıllarına görə Fironu (maddi imkanları və iqtidarı səbəbiylə) hər şeyə güc çatdıran bir insan kimi görüb ona qarşı qorxu dolu heyranlıq duymaları vardır. Allah ayəsində, Firon və ətrafından çəkinərək, hz. Musaya çox az sayda insanın tabe olduğunu belə xəbər vermişdir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

Qara klana tabe olanlar da, klanın liderlərinin heç bir zaman yıxılmayacaqları, heç bir zaman məğlub olmayacaqları, hər cür çətinliyin öhdəsindən gələ biləcəkləri yanılmasına qapılarlar. Bu səbəblə də özlərinə görə “məntiqli” olanın, klana tabe olmaq olduğuna inanarlar. Guya “hiyləgərcə” davranar və gələcəklərini “zəmanətə” alarlar. Halbuki bu çox böyük yanılmadır. Əsl gücün sahibi Allahdır və Allahın köməyi hər zaman üçün Özünə tabe olan möminlər ilədir. Allah Quranda belə bildirmişdir:

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

Bu insanların unutduğu və göz ardı etdiyi çox əhəmiyyətli həqiqətlər vardır. Hər şeydən əvvəl özlərinə sığınıb, gücü yanlarında axtardıqları insanlar da Allahın yaratdığı aciz qullardır.

Allah diləmədikcə nə bir mala, nə zənginliyə, nə mövqeyə nə də gücə sahib ola bilərlər. Onlara verilən mal və zənginlik yalnız bu dünya həyatının keçici bir bəzəyidir və yox olmağa məhkumdur. İnsanlara verilən hər cür maddi varlıq o insanlar üçün bir sınaqdır. İnkarçılara verilən imkanların sirri və hikməti isə bir Quran ayəsində bu şəkildə bildirilər:

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)

Ayədə bildirildiyi kimi, inkar edənlərin sahib olduqları keçici imkanlar onlar üçün dünyada və axirətdə bir əzab vəsiləsidir. Bunun fərqinə vara bilməyənlər isə, malın və imkanların sehrinə qapılaraq, bu insanların pis əxlaqını və Allah Qatındakı vəziyyətlərini düşünmədən, ağılsız şəkildə onlara heyranlıq bəsləyərlər.

İnsanların, bütün malın və mülkün Allaha aid olduğunu unudaraq, zənginliyə qarşı hiss etdikləri heyranlığa Quranda bildirilən Qarun hekayəsində diqqət çəkilmişdir. Allah Qaruna çox böyük mal varlığı vermişdir. Qarun isə Allahın verdiyi bu nemətlər qarşısında Allaha yönəlib şükür edəcəyinə nankorluq etmiş, böyüklənmiş və çirkin əxlaq sərgiləmişdir. Qarunun bu pis əxlaqına baxmayaraq, onunla eyni cəmiyyətdə yaşayan insanların bir qismi Qaruna heyranlıq bəsləməkdən özlərini saxlaya bilməmişlər:

Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. (Qəsas surəsi, 79)

İman edənlər isə, malın əsl sahibinin Allah olduğunun dərk etdikləri üçün, Qarunun zənginliyinin cazibəsinə heç bir zaman qapılmamışlar. Allah, Qaruna verdiyi nemətləri geri aldığında isə, yalnız malı səbəbiylə Qaruna heyranlıq duyub bağlananlar nə qədər böyük səhv etdiklərinin fərqinə varmışlar:

Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”. (Qəsəs surəsi, 81-82)

Qara klanın üzvləri də eynilə Qarunun keçici imkanlarının təsirinə qapılanlar kimi, klanın varlığının onları hər zaman qoruyacağını zənn edərlər.

Dünyada qurduqları çıxar əlaqələrinin, şərtlər nə olursa olsun davam edəcəyinə inanarlar. Halbuki klan üzvləri dünya həyatında bir-birlərini dəstəkləsələr belə, axirət günündə əsla bir-birlərinə kömək etməyə güc çatdıra bilməyəcəklər. Axirət günündə hər kəs, ilk yaradılışda olduğu kimi, tək başına və tənha Rəbbimizin hüzuruna çıxacaq və dünyada etdiyi hər şeyin hesabını verəcək. Allah elçiləri vasitəçiliyi ilə insanlara yalnız Özündən qorxub çəkinmələrini və elçilərə itaət etmələrini əmr etmişdir. Yer üzündə pislik və təxribatçılığı təşkil edənlərə tabe olmamaq Allahın bütün insanlara əmridir. Quranda bildirilən hz. Salehin qövmünə təbliği belədir:

Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”. (Şuəra surəsi, 150-152)

Bununla birlikdə ayələrdə, təxribatçıların axirət günündə bir-birləri ilə böyük bir çəkişmə içində olduqları da bildirilmişdir. Dünya həyatı boyunca bir-birlərinə dəstək olurmuş kimi görünən inkarçılar, böyük əzabı gördükləri vaxt bir-birlərini günahlandıracaqlar. Axirət günü klanın çirkli həmrəyliyinin açıq şəkildə sona çatdığı zamandır. Allah, bu insanların o gün içinə düşəcəkləri vəziyyəti ayələrdə bizə belə bildirmişdir:

Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”. Özləri haqda yüksək rəydə olanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özləri haqda yüksək rəydə olanlara deyərlər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar. Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. (Səba surəsi, 31-35)

O gün artıq qara klanın mənsublarının bir-birlərinə, “… Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” (Zuxruf surəsi, 38) deyəcəkləri bir gündür. Ancaq artıq bu peşmanlıqlar üçün çox gecdir. Dünya həyatında özlərinə dəfələrlə bu günlə qarşılaşacaqları xatırladıldığı zaman, bu xəbərdarlıqları dinləməyən, özlərinin yaxşılığı üçün çalışan insanların əleyhinə tələlər quran və pislikdə əməkdaşlıq edən insanlar üçün Rəbbimizin Qatında ağrılı bir əzab vardır:

O zaman onlar odda bir-biriylə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?” – deyəcəklər. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir” – deyəcəklər. (Mömin surəsi, 47-48)

Qara klanın milli dəyərlərə olan düşmənliyi

Klan yalnız din əxlaqına deyil, eyni zamanda milli dəyərlərə də qarşıdır. Klanın eqoist və mənfəətçi quruluşu səbəbiylə, qara klan üzvləri vətən sevgisindən və millətə xidmət duyğusundan məhrum insanlardır. Bu insanlar üçün əhəmiyyətli olan mənfəətlərini davam etdirə biləcək infrastrukturun təmin edilmiş olmasıdır. Bunun üçün də fahişəliyin qanuni görüldüyü, narkotik istifadəsinin yayıldığı, əxlaqsızlığın davam edə bilməsi üçün asanlıqla vəsait olan bilən bir mühit lazımlıdır. Qara klan səfalət və rüsvayçılıq mühitində həyat sahəsi tapar. Belə bir mühitin vətənin və millətin yaxşılığına olmayacağı, bu insanların da millətin mənfəətini öz mənfəətlərinin qarşısında tutmayacaqları açıqdır. Rifahın artması, zənginliyin yayılması, elm və texnologiyanın imkanlarından hər kəsin bərabər olaraq faydalana biləcəyi bir quruluşun meydana gəlməsi bu təşkilatın əsla maraqlarına uyğun gəlməz. Bu təşkilat cəmiyyətin hamısına istiqamətli zənginlik meydana gəlməsindən narahat olur. Ölkənin inkişafını, gəlir paylanmasının təkminləşdirilməsi, ictimai hüzur və təhlükəsizliyin təmin edilməsini istəməz. Hətta incəsənətin inkişafından da xoşlanmaz. Çünki o zaman qaranlıq işləri üçün istifadə edəcəyi insanları tapması çətinləşəcək. Üstəlik klan üzvlərinin səhv zehniyyətinə görə güclü olması lazım olan yalnız öz lideridir. Sistemlərinin davam edə bilməsi üçün gücün, liderlərinin əlində olması lazımlıdır və bu onlar üçün kifayətdir.

Qara klanın idarəsinin güclü olduğu ölkələrdə bu vəziyyət açıq şəkildə müşahidə edilə bilər. Başda bəzi Latın Amerikası və Afrika ölkələri olmaq üzrə, üçüncü dünya ölkələrinin böyük əksəriyyətində, bu ölkələrin inkişafı üçün bir çox təbii qaynaq olmasına baxmayaraq, səfalətin və yoxluğun hakim olması olduqca diqqət çəkicidir. Bu ölkələrin ümumi xüsusiyyəti, ölkə iqtisadiyyatı, bir ovuc varlıqlı insan tərəfindən nəzarət edilib istismar edilərkən, xalqın böyük əksəriyyətinin aclıq və yoxluq içində yaşamasıdır. Bu sui-istifadənin ən böyük səbəbi, ölkəyə hakim olanların çıxarmaq yerinə istismar etməyi seçmələri, ölkə iqtisadiyyatını bir növ sui-istifadə iqtisadiyyatı halına gətirmələridir. Xüsusilə diktator rejimləri ilə idarə olunan Latın Amerika ölkələrində sui-istifadə ilə mübarizə etmək demək olar qeyri-mümkündür. Təhlükəsizlik orqanları arasında mütəşəkkil cinayət təşkilatları ilə birlikdə hərəkət edənlər və ədliyyə orqanlarındakı insanların əksəriyyəti bu şəbəkələr adına işləyirlər. Geriyə qalanlar da cinayət təşkilatlarından qorxmaqdadır. Bu ölkələrdə diktator rejimlərinin xalqa qarşı tətbiq etdiyi zülmə qarşı çıxan Katolik kilsəsi, başlıca hədəf halına gəlmiş, bir çox ölkədə rahiblər və din insanları “ölüm manqaları” tərəfindən qətl edilmişdir.

Afrika ölkələrinin əksəriyyətində də, oğurluq və cinayət çox məşhurdur. İnsanlar hava qaraldıqdan sonra küçəyə çıxa bilməməkdə, zənginlər evlərini xüsusi cangüdənlərlə qorumaqdadırlar. Həmçinin bu ölkələrdə başda AIDS olmaq üzrə, bir çox yoluxucu xəstəlik çox məşhurdur. Faili məchul cinayətlərin tez-tez işləndiyi, narahatlıq və qorxunun hakim olduğu, ədalətdən və hüquqdan bəhs etmənin mümkün olmadığı, fahişəliyin və narkotik ticarətinin ən əhəmiyyətli gəlir qaynaqları arasında sayıldığı bu ölkələrin içinə düşdükləri vəziyyətdən heç cür xilas ola bilməmələrinin əhəmiyyətli bir səbəbi, ölkələrində suveren olan qara klanın fəaliyyətləridir. Bu ölkələrə suveren olan klan üzvləri, beynəlxalq kömək quruluşlarının aclıqdan ölmə sərhədindəki insanlara göndərdikləri köməklərə belə əl qoymaqda və bunları kasıb xalqa pul qarşılığında satmaqdadırlar. Ölkələrindəki milyonlarla insanın aç və səfil qalması, bu vicdansız insanlar üçün son dərəcə üstün “dolanışıq qaynağı” vəziyyətindədir.

Bununla birlikdə klanın üzvləri, xalqın önünə çıxdıqlarında ölkələrinin mənfəətini güddüklərini iddia edər, əsl məqsədlərinin ölkələrini inkişaf etmiş ölkələrin mədəniyyət səviyyəsinə yüksəltmək olduğunu söyləyərlər. Halbuki mədəniyyətə çatmağı hədəflədiklərini söylədiklərində də əsas diqqət etdikləri, inkişaf etmiş ölkələrin demokratiyası, sənayesi, elmi deyil din əxlaqından uzaq mədəniyyət quruluşu və degenerasiya olmuş cəmiyyət modelidir. Saxta görüntü üçün, yüksək elm və texnologiya səviyyəsindən, insan haqlarına və təməl azadlıqlara hörmətlə yanaşdıqlarından bəhs etsələr belə, əsl meydana gətirmək istədikləri zinanın sərbəst olduğu, evlilikdən kənar münasibətlərin yaşandığı, narkotik istifadəsinin azad buraxılıb narkotikin dövlət tərəfindən təmin edildiyi, ailəyə bağlılıq və hörmət anlayışının tamamilə ortadan qalxdığı bir cəmiyyətdir.

Qərb dünyasında qara klan, vətən və millət kimi anlayışları əksəriyyətlə tənqid edər və bu anlayışlara dəyər verənləri də alçaq görər. Bunun səbəbi, qara klanın inandığı SOSİAL DARVİNİST əxlaqın, eqoist bir fərdilik tələb etməsi və bunun da vətən və millət sevgisi kimi fədakarlıq tələb edən anlayışlara zidd düşməsidir.