Qara Klanın mübarizə üsulları

Kitabın əvvəlki hissəsində qara klanın öz içindəki həmrəyliyini, ört-bas etmə üsullarını, qurduğu çirkli sistemi detallı olaraq araşdırdıq. Bu həmrəyliyin gücü, qara klanın qorunma və müdafiə etmə mexanizmlərində də təsirini göstərər. Klan, mövcud quruluşunu qorumaq, gücünü itirməmək və ola biləcək təhlükələrin qarşısını ala bilmək üçün olduqca kompleks və əhatəli bir müdafiə etmə mexanizmi meydana gətirmişdir. Bu mexanizmin ən əhəmiyyətli hissəsini, klanın özünə qarşı təhdid olaraq gördüyü ünsürləri təsirsiz hala gətirmək, hətta ortadan qaldırmağı meydana gətirər. Bu nöqtədə, klanın düşmən olaraq qiymətləndirdiyi insanların milli və mənəvi dəyərlərinə sahib çıxan, gözəl əxlaqı, ədaləti, haqqı və doğrunu müdafiə edən insanlar olduğunu vurğulamaq yerində olacaq. Çünki bu insanların varlığı və müdafiə etdiyi dəyərlər, klanın çirkli nizamını davam etdirməsinin önündəki ən böyük maneələrdəndir. Bu insanlar, onların təmsil etdikləri hər cür pisliyin qarşısında cəsarətlə dayanan, klan üzvlərinin bütün qaranlıq fəaliyyətlərini ifşa edən insanlardır.

Necə ki, Rəbbimizin Quranda bildirdiyi, “Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir! (Maidə surəsi, 62) ayəsiylə, klanın iki böyük xüsusiyyətinə işarə edilməkdədir: Cinayətlərin alovlandırılması və din əxlaqını yaşayanlara düşmənlik.

Unutmamaq lazımdır ki, tarixin hər dövründə, insanlara böyük çətinliklər çəkdirən, zülm, haqsızlıq və ədalətsizlik üzərinə bir yerə gəlmiş mənfəət kütlələri olmuşdur. Bu kütlələr, yaşadıqları dövr içində inkarın yayılması, əxlaqsızlığın mümkün olduqca yayılması üçün cəhd göstərmişlər. Allah, bu nizamın tarix boyunca var olduğunu bir Quran ayəsində bu şəkildə bildirməkdədir:

Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan insanlardır. (Zariyat surəsi, 53)

Və hər zaman bu insanların qarşısında, Allaha iman edən, gözəl əxlaqlı, cəsur və səbirli insanlar yer almışdır. Pisin qarşısında yer alanlar, nə bahasına olursa olsun pisliyin sona çatması, yer üzünə təhlükəsizlik və hüzurun hakim olması üçün səy göstərmişlər. İndiki vaxtda da qara klan pisliyin ən qabaqcıl nümayəndəsidir. Və bu gün də, eynilə keçmişdə olduğu kimi, yaxşı olanlarla arasında fikri mübarizə vardır. Klanın mənsubları yaxşılığın nümayəndəsi olan vicdanlı, imanlı, gözəl əxlaqlı, milli və mənəvi dəyərlərinə sahib çıxan insanlarla məşğul olmaqda, onları qorxutmaq və aradan qaldırmaq üçün səy göstərməkdədir. Klanın vicdanlı və gözəl əxlaqlı insanları hədəf almasının təməlində isə, bu insanların gözəl əxlaqda qərarlı olmaları vardır. Allah Quranda bu həqiqəti bizə bu şəkildə bildirmişdir:

Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan insanlardır” – deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 82)

Allahın ayədə buyurduğu kimi, təmiz və gözəl əxlaqlı qalmaq, inkar edənlərin fitnələrindən və təlqinlərindən çəkinmək istəyən insanlar qara klan tərəfindən qəti olaraq sevilməzlər. Klan öz əxlaqi quruluşuna daxil olmayan hər insanı, sistemin davamına maneə ola biləcək potensial bir təhlükə olaraq görər.

Qara klanın, əxlaqsızlıqları, saxtakarları, qatilləri, narkotik satıcılarını, fahişəlik edənləri, silah qaçaqçılarını və hər növdən qaranlıq insanı bünyəsində saxlamasının və bu insanları hər şərt altında qorumasının ana səbəblərindən biri də bu tarixi mübarizədir. Bu üzvlər, klanın varlığını davam etdirə bilməsi üçün istifadə edilərlər. Dünya daxilində əxlaqi tənəzzül yaşayan cəmiyyətlərdə görüldüyü kimi, bəzi media quruluşlarında, təhlükəsizlik orqanlarında, ədliyyə sistemi içərisində bu şəbəkənin qoruyuculuğunu boynuna götürən və təbliğatını edən insanlar da klanın müdafiəsində əhəmiyyətli rol boynuna götürmüşlər. Bu insanlar, həm bu şəbəkənin işlərini, əxlaqsızlıqlarını, azğınlıqlarını, cinayətlərini ört-bas etməkdə, həm də özlərinə çıxar təmin etməkdədirlər. Üstəlik bunlar, lazım olduğunda klanı təmizə çıxarmaq üçün qiymətləndirilər, müxtəlif intriqalarda, düşmənləri məhv etmək üçün bir növ maşa kimi istifadə edərlər.

Klanın müdafiə etmə mexanizmi içində vəzifə yerinə yetirənlər iki ayrı qrupdan meydana gələr. Bunlardan birinciləri lider mövqeyində olan və çirkli təşkilatları boynuna götürən insanlardır. Bunlar əxlaqsızlığın, fahişəliyin, narkotik ticarətinin, silah qaçaqçılığının, qarşıdurmaların və qarışıqlığın üzərindən mənfəət təmin edən, bu səbəbdən də insanları degenerasiyaya etina etdirən, bunun üçün təşviq edən kütlələrdir. Hər cür cinayət və əxlaqsızlığın reklamını edənlər, insanları əxlaqsız olmanın qanuni olduğuna inandıranlar da bunlardır. İkinci qrup isə, həyatlarını davam etdirə bilmək üçün klanın ayaqda qalmasına və klanın liderləri tərəfindən qorunmağa möhtac olan insanlardır. Bunlar tamamilə klanın idarəsindədirlər. Klanın liderlərinin sözündən çıxmaz, onların istiqamətləndirmələriylə hərəkət edərlər. Klan içindəki vəzifələrindən biri də, klanın düşmənləri ilə mübarizədə ön mərhələlərdə iştirak etmələridir.

Klanın heç fərqində olmadığı bir həqiqət isə, haqqa qarşı batili müdafiə edənlərin məğlubiyyətə məhkum olduqlarıdır. Allah, Quranda inkarçıların mübarizəsinin batil mübarizə olduğunu və bu mübarizəni tarix boyunca bir çox inkarçının boynuna götürdüyünü və hamısının məğlubiyyətə uğradığını belə bildirmişdir:

Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!? (Mömin surəsi, 5)

Görüldüyü kimi, inkarçıların əsas məqsədlərindən biri din əxlaqını izah edənlərin bu işlərini maneə törətməyə çalışmaqdır. Qara klan tarix boyunca, öz nizamının qarşısında olduğunu düşündüyü insanları haqsız yerə tutub həbs etdirməyə, yurdundan sürgün etməyə və hətta öldürməyə belə cəhd etmişdir. Qara klanın, düşmən olaraq gördüklərinə qarşı tarixdə ən çox istifadə etdiyi üsullardan biri isə sui-qəsddir.

Klanın əhəmiyyətli taktikası: Sui-qəsd

İnkarçıların iman edənlərin əleyhinə sui-qəsdlər qurduqları Quranda bildirilən bir həqiqətdir. Allah Quranda inkarçıların sui-qəsdçi xarakterlərinə diqqət çəkmişdir. Bir çox ayədə insanları Allahdan və din əxlaqından uzaqlaşdırmaq üçün tələlər qurub planlar etdikləri xəbər verilmişdir. Allah, ənam surəsinin 123-cü ayəsində belə buyurmuşdur:

Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. (Ənam surəsi, 123)

Allah Quranda, “Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız.” (Muminun surəsi, 67) ayəsiylə inkarçıların gecələri etdikləri gizli yığıncaqlara diqqət çəkmiş və bu yığıncaqlarda iman edənlər əleyhinə müxtəlif sui-qəsdlər planlandığını, tələlər qurulduğunu bildirmişdir. Gizli yığıncaqların çoxunda xeyir olmadığı və bu yığıncaqlarda ümumiyyətlə dincliyi və nizamı pozacaq və insanlara zərər verəcək cəhdlərin danışıldığı Allahın bildirdiyi bir başqa həqiqətdir (Nisa surəsi, 114; Mücadilə surəsi, 9-10). İnkarçıların gizli gecə yığıncaqlarını seçmələrinin səbəblərindən biri isə, gecənin qaranlığının etdiklərini örtüb gizləyəcəyini düşünmələri, beləcə ifşa olma ehtimallarının daha az olduğuna inanmalarıdır. Halbuki bu yığıncaqları edənlər gecənin ən qaranlıq saatını da seçsələr, heç kimin bilmədiyi ən ucqar və gizli məkanlarda da görüşsələr, Allah onların qurduqları planı ən incə detalına qədər biləndir. Və onlar insanların əleyhinə bir tələ qurarkən, Allah da onların tələlərini alt-üst edəcək qüsursuz bir plan qurmaqdadır. Allah bir ayəsində belə bildirmişdir:

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Sui-qəsd hazırlamaq qara klanın da ən müvəffəqiyyətli olduğu və “təhlükə gördüyü” anlarda ən çox müraciət etdiyi üsullardandır. Təşkil etdikləri gizli yığıncaqlarda özləri və sistemləri üçün meydana gələ biləcək təhlükələri aradan qaldırmaq üçün incə planlar qurarlar. Qurduqları tələnin əksiksiz olaraq işləməsi üçün lazımlı gördükləri bütün tədbirləri görərlər. Sui-qəsdlərinin hədəfə çata bilməsi üçün lazım olduğunda süni və saxta dəlillər meydana gətirə bilər, yalançı şahidlər vasitəçiliyi ilə ağla sığmaz ssenariləri həyata keçirə bilərlər. Bu məqsədlə istifadə edilə biləcək insanları tapmaq klan liderləri üçün heç çətin deyil. Çünki klan içində, ehtiyac olduğunda istifadə edilmək üzrə kifayət qədər insan saxlanılmaqdadır.

Keçmişdə yaşamış olan möminlərin həyatlarında, qara klanın özləri əleyhinə qurduqları sui-qəsdlərin bir çox nümunəsi vardır. Müşriklər, Peyğəmbərimiz (s.ə.v)-i yurdundan çıxarmış və həyatına qəsd etmək üçün tələlər qurmuş; hz. Yusifin qardaşları, eqoistcə paxıllıqlarından ötəri, hz. Yusifi bir quyuya tərk etmiş; hz. İbrahimin cəmiyyəti onu atəşə atmış; Firon hz. Musanı müxtəlif təhdidlərlə qorxutmağa çalışmışdır. İnkarçıların, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) əleyhinə qurduqları tələləri Allah bizə Quranda belə xəbər verməkdədir:

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Şübhəsiz, keçmişdə olduğu kimi dövrümüzdə də iman edənlər, Allah yolunda səy göstərənlər, dindən kənar ideologiyalar ilə fikri sahədə mübarizə aparanlar inkarçıların müxtəlif sui-qəsdləri ilə qarşı-qarşıya qala bilərlər. İman edənlərin müxtəlif sınaqlardan keçiriləcəkləri Allahın vədidir. Keçmişdə möminlər üçün necə tələlər quruldusa bunların bir bənzəri bu gün də qurula bilər. Bunlar səmimi olaraq Allaha iman edən insanlar üçün böyük bir xeyir və gözəl müjdədir. Bu səbəbdən möminlər qara klanın fəaliyyətlərini də bu dünyagörüşüylə qiymətləndirərlər. Üstəlik iman edənlər, insanların ən gizli olduğunu sandıqları anlarda belə Allahın onlara şahid olduğunun və Allahın məlumatı xaricində kimsənin kimsəyə sui-qəsd edə bilməyəcəyinin, plan qura bilməyəcəyinin və bu planları həyata keçirə bilməyəcəyinin dərk edirlər. Allah bir ayədə hər şeydən xəbərdar olduğunu belə bildirməkdədir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Bir klan nümunəsi: Səmud qövmünün doqquz nəfər quldur dəstəsi

Doqquz nəfər quldur dəstəsi olaraq Quranda bildirilən qrup, klan strukturunun əhəmiyyətli nümunələrindən biridir. Allah, hz. Saleh peyğəmbərin dövründə yaşamış olan bu klanın qurduğu plana və hz. Saleh əleyhinə qurduğu tələyə diqqət çəkmişdir. Bu qrupun üzvlərinin ən əhəmiyyətli xüsusiyyəti pislik və təxribatçılıqda məşğul olmalarıdır. Hz. Saleh, yaşadığı cəmiyyəti Allaha iman etməyə, Allahın əmrlərinə tabe olmağa və Onun sərhədlərini qorumağa dəfələrlə dəvət etmişdir. Ancaq onlar bu çağırışlara məhəl qoymamışlar, üstəlik hz. Salehə qarşı son dərəcə aqressiv davranış sərgiləmişlər. Hz. Salehin din əxlaqını yaymaq üçün göstərdiyi səyin, öz mənfəətlərini zədələyəcəyini düşündükləri üçün də hz. Salehə qarşı planlar qurmuşlar. Tələ quranların başında isə, dövrün qara klanlarından “doqquzluq quldur dəstəsi” gəlməkdədir.

Doqquz nəfər quldur dəstəsinin qurduğu tələ, Quranda belə bildirilmişdir:

Şəhərdə doqquz insan var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 48-49)

Doqquz nəfər quldur dəstəsinin hz. Salehə qarşı tələ hazırlayarkən buna dair “Allah adına” and içmələri çox diqqət çəkici bir vəziyyətdir. Ayədəki bu ifadə, quldur dəstəsinin üzvlərinin özlərini, öz səhv məntiqləri içində dindar gördüklərini və ya heç olmasa dindar görünən bir üslub istifadə etdiklərini göstərməkdədir. Bu həqiqət dövrümüzdə də qara klanın üzvlərinin bəzən dindarlıq iddiasında ola biləcəyini, hətta iman edənlərə qarşı icra etdikləri hücumlarda saxta dindar ifadə istifadə edə biləcəklərinə işarə ola bilər (doğrusunu Allah bilər).

Doqquz nəfər quldur dəstəsinin qurduğu hiyləli nizam, tarix boyunca iman edənlərə qurulan bütün tələlərlə eyni aqibətə məruz qalmışdır. Allah, qurmaqda olduqları bu tələni onların əleyhinə çevirmişdir. Bu vəziyyət tarix boyunca heç bir klanın planlarında müvəffəqiyyətə çata bilmədiyinin, bundan sonra da çata bilməyəcəklərinin əhəmiyyətli dəlillərindən biridir. Allah onlara verdiyi qarşılığı belə xəbər verməkdədir:

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən insanlar üçün ibrət vardır. (Nəml surəsi, 50-52)

Klanın müdafiə mexanizmləri: Yalan və böhtan

Böhtan və yalan, klan üçün əhəmiyyətli silahlardır. Din əxlaqından tamamilə uzaq olmaları, bu insanların vicdanlarını istifadə etməmələrinə, utanma hisslərini də itirmələrinə səbəb olar. Bu səbəbdən özlərini qorumaq üçün qarşılarında olan insanları mərhəmətsizcə yox etməkdən, mümkün ola biləcək ən hiyləgər taktikaları istifadə etməkdən çəkinməzlər. Allah Quranda inkar edənlərin şeytanın ilhamı ilə hərəkət etdiklərini bildirmişdir. Bəhs etdiyimiz taktikalar, yalanlar, böhtanlar da klan üzvlərinin şeytanın təlqinləri ilə istifadə etdikləri üsullardır. Ayələrdə bu şəkildə buyurulmuşdur:

Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Bu taktikaların böyük əksəriyyəti Quranda bildirilən keçmiş inkarçı qövmlərin də istifadə etdikləri üsullardır. Allah bu qövmlərin etdiklərindən bəzilərini bizə xəbər vermiş və bu tip quruluşların üsullarından xəbərdar etmişdir. Məsələn hz. Yusif peyğəmbərin həyatının izah edildiyi hekayədə, hz. Yusifə verilən nemətlər qarşısında qısqanclığa qapılan qardaşlarının, toplu olaraq hərəkətə keçdikləri və həsədləri səbəbiylə hz. Yusifin canına belə qəsd etdikləri bildirilmişdir. Hz. Yusifin qardaşlarının zehniyyəti və davranışları, qara klanın rəftar və üsullarının bir nümunəsidir. Hz. Yusifin qardaşlarının, hz. Yusif əleyhinə qurduqları plan Quranda bu şəkildə bildirilməkdədir:

Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 8-9)

Hz. Yusifin qardaşlarının, hz. Yusifə qarşı bəslədikləri qısqanclığın təməlində atalarının hz. Yusifi özlərindən daha çox sevdiyini düşünmələri durur. Bu da, onlarda, klanın ən çox narahat olduğu bir vəziyyətə, imkanlarının azalacağı və mənfəətlərinin zədələnəcəyi qorxusuna səbəb olmuşdur. Bu vəziyyət qarşısında, öz əksik ağılları ilə, bir plan hazırlamışlar. Buna görə, əvvəlcə özlərini etibarlı insanlar kimi göstərib, atalarından hz. Yusifi özləri ilə birlikdə göndərməsi üçün icazə alacaqlar, daha sonra da əllərindən gələn hər şeyi etdikləri halda hz. Yusifi qorumağa güclərinin çatmadığını və bir qurdun hz. Yusifi alıb apardığını söyləyəcəklər. Bu planlarının həqiqi kimi görünməsi üçün saxta bir dəlil göstərməyi də unutmamışlar. Ayələrdə bu şəkildə buyurular:

Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 16-18)

Bu xain planı qurduqdan sonra, ataları hz. Yaquba ağlayaraq gəlmələri və doğrunu söylədiklərində israr etmələri, çox yaxşı rol oynadıqlarını göstərməkdədir. Bu tərz böhtan məqsədli aktyorluqlar, klan üzvləri arasında da məşhurdur. Vicdan sahibi bir insanın yalan danışması mümkün deyil, halbuki klanın bu iş üçün istifadə etdikləri insanlar ən böyük böhtanları böyük inandırıcılıq içində (hətta özlərini də buna inandıraraq) ata bilər, bu böhtanın tələb etdiyi dramatik səhnələri rahatlıqla oynaya bilərlər.

Qara klan üzvlərinin bir başqa xüsusiyyətləri də saxta dəlillər meydana gətirməkdir. Hz. Yusifi bir qurdun yediyi yalanını söyləyən qardaşları, bu yalanlarını dəstəkləyə bilmək üçün üzərinə qan sürtülmüş bir köynəyi gətirmişlər və qarşıya qoyduqları bu saxta dəlil ilə inandırıcı olacaqlarını zənn etmişlər. Klan üzvlərinin ən böyük yanılmalarından biri də budur. Qurduqları saxta dəlillər ilə atdıqları böhtanların, uydurduqları yalanların təsirli olacağını zənn edərlər. Hətta özlərini buna elə qapdırarlar ki, bir müddət sonra özləri də söylədikləri yalana inanar hala gələrlər. Halbuki nə yalan danışmaları, nə də yalanlarını dəstəkləyəcək uydurma dəlillər meydana gətirmələri həqiqəti dəyişdirməz. Həqiqət mütləq ortaya çıxar.

Möminlər isə, bu kimi tələlər qarşısında hər zaman olduğu kimi, Allaha təvəkkül edərlər. Hz. Yusif də ona qurulan tələlər qarşısında yalnız Rəbbimizə təvəkkül etmiş, Allah da ona belə vəhy etmişdir: “…Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən.” (Yusif surəsi, 15) Hz. Yusif, qardaşlarının onu atdığı quyudan, yoldan keçən bir karvan vəsiləsi ilə xilas olmuş və daha sonra misirli bir rəhbərin (vəzirin) yanına yerləşmişdir.

Hz. Yusif hekayəsində, qara klanın üsullarını göstərən bir başqa nümunə də, hz. Yusifin yanında olan vəzirin arvadının hz. Yusif əleyhinə qurmuş olduğu tələdir. Bu tələ, klan üzvlərinin özlərini qorumaq üçün necə etinasız böhtanlar ata bildiklərini və dəstəkçiləri tərəfindən necə qorunmasını göstərməsi baxımından əhəmiyyətli bir nümunədir. Vəzirin arvadı, hz. Yusifin gözəlliyindən təsirlənib ona çirkin təkliflər etmişdir, Rəbbimizdən qorxub çəkinən hz. Yusif isə bu təklifi qəti olaraq rədd etmişdir. Bu vəziyyət qarşısında qəzəblənən qadın, hz. Yusif əleyhinə böhtanlar atmışdır. Bu vəziyyət ayədə bu şəkildə xəbər verilmişdir:

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi. (Yusif surəsi, 23)

Vəzirin bu hadisələri öyrənməsi üzərinə, qadın dərhal yalana keçmiş və hz. Yusifə böhtan atmışdır:

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusif surəsi, 25)

Qadının hz. Yusif üçün qurduğu tələ bununla da kifayətlənməmiş, bu hadisələrin xalq arasında yayılması ilə birlikdə, qadın öz mənfəətlərini qoruya bilmək üçün hz. Yusifin həbs edilməsini təmin etmişdir. Qəti dəlillər hz. Yusifin günahsız, qadının isə günahkar olduğunu isbatlanmasına baxmayaraq, hz. Yusif cəmiyyətin qabaqcılları, yəni dövrün klanı tərəfindən həbsxanaya göndərilmişdir. Mövzuyla əlaqədar ayələr bu şəkildədir:

Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür. (Yusif surəsi, 26-28)

Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)

Bu ayələrdə klan ilə əlaqədar, əhəmiyyətli bir ədalət sistemi pozuqluğu da görünür: Dəlillər bir insanın günahsız olduğunu göstərsə də, sırf onu günahlandıranların hay-küyləri və cəmiyyət içindəki mövqeləri səbəbiylə, onu günahkar kimi qiymətləndirib həbsə ata bilməkdədirlər. Bu da bizlərə, klan tərəfindən hədəf alınan insanların həqiqətdə günahkar olub olmadığının başa düşülməsi üçün, həqiqi dəlillərə baxılması, bununla yanaşı “klan hay-küyü” və əleyhinə təbliğatlardan təsirlənilməməsi lazım olduğunu göstərər.

Hz. Yusif ilə əlaqədar ayələrdə də açıq şəkildə görüldüyü kimi klan, mənfəətlərinin zədələnilməsindən bəhs edildiyində qaranlıq nizamlar qura bilməkdə, bu nizamları üçün saxta dəlillər meydana gətirə bilməkdə və böhtanlarıyla günahsız insanları mərhəmətsizcə yox etməyə cürət edə bilməkdədir.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə daha məşhur olmaq üzrə, dövrümüzdə də bir çox insan, qaralamalara, böhtanlara, yalanlara məruz qalmaqda, günahsız insanlar bunların səbəbiylə zərər görməkdədir.

Qara klanın bu taktikalarını araşdırarkən üzərində dayanmaq gərəkən digər bir nöqtə də, istifadə edilən üslubdur. Hz. Yusif hekayəsində də gördüyümüz kimi, hücum edərkən özünü günahsız kimi göstərmək, bu insanların istifadə etdikləri əhəmiyyətli taktikadır. Bunun üçün lazım olsa süni gözyaşıları axıda bilər, sanki hücuma uğrayan özləriymiş kimi qışqırıqlar qopara bilər, cəmiyyəti yanıltmaq üçün təlqinlər edə bilərlər. Üslublarındakı tələsiklik və çirkin cəsarət dərhal diqqət çəkər. Bu cəsarətin səbəbi isə, klanın digər üzvləri tərəfindən bir şəkildə dəstəkləniləcəklərindən əmin olmalarıdır. Necə ki, hz. Yusif hekayəsində də görüldüyü kimi, vəzirin arvadının haqsız olduğu konkret dəlillər ilə isbat edilmiş olduğu halda, cəmiyyətin qabaqcılları hz. Yusifi həbs etmişlər və klanın mənfəətlərinə uyğun şəkildə davranmışlar.

Həmçinin Quranda keçmiş cəmiyyətlərdən verilən nümunələrdə, klanın bir başqa xüsusiyyətinə daha diqqət çəkilmişdir. Bu da klan mənsublarının özlərindən çox əmin olmaları, hiyləgər planlarının, əxlaqsızlıqlarının, cinayətlərinin ortaya çıxmayacağını sanmalarıdır. Məsələn tarixin ən azğın inkarçılarından biri olan Firon, dövrün qara klanının ən əhəmiyyətli nümayəndəsidir. Firon və onun klanı, hz. Musaya və iman edənlərə tələlər qurar, onlar əleyhinə planlar qurarkən, zəfərin onların olacağına çox əmin idilər. Firon və ətrafının bu yanılması ayələrdə bu şəkildə bildirilmişdir:

Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. (Şuəra surəsi, 53-56)

Ancaq, “Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.” (Ənkəbut surəsi, 4) ayəsiylə də buyurulduğu kimi pislik edənlərin yaxşılara qarşı qalib olması əsla mümkün deyil. Qara klan, nizamını davam etdirmək üçün nə qədər səy göstərsə də, hansı qaranlıq yollara müraciət etsə də sonunda məğlub olmağa məhkumdur. Bu, Allahın dəyişməz qanunudur.

Qara klanın hay küyçülüyü

Qara klanın mənsubları, bəzi zamanlar yaşadıqları azğın həyat tərzini ifşa edəcək hadisələrlə qarşı-qarşıya qala bilərlər. Son dərəcə təhlükəli gördükləri belə anlarda, özlərini qurtarmaq üçün müraciət etdikləri ən bilinən üsullardan biri, xalq arasındakı təbiri ilə “hay-küy qoparmaq”dır. İstifadə etdikləri şişirdilmiş və təcavüzkar üslub ilə qarşılarındakı insanı qorxuda biləcəklərini zənn edər, hay-küy etməklə diqqətləri əsas mövzudan uzaqlaşdırıb, etdikləri əxlaqsızlığı və ya cinayəti unutduracağını düşünürlər.

Məsələn narkotik satarkən və ya istifadə edərkən tutulan bir klan üzvü, cinayətini qəbul edib peşmanlığını dilə gətirmək yerinə ətrafına içi boş təhdidlər yağdırıb, əsli olmayan iddialar ortaya ataraq diqqətləri öz üzərindən dağıtmağa çalışar. Çox vaxt bəzi mətbuat orqanları da bu oyuna aldanır və bir müddət sonra bu insanın işlədiyi cinayətdən çox mövzuyla heç bir əlaqəsi olmayan bildirişləri, iddiaları və böhtanları gündəm olar. Xalq əsl günahkarın kim, əsas mövzunun nə olduğunu unudub klan üzvünün ortaya atdığı önəmsiz iddiaları müzakirəyə başlayır. Bir tərəfdən bunlar yaşanarkən digər tərəfdən klan da nizamını davam etdirər.

Hay-küylü üslub istifadə edilməsinin bir başqa məqsədi də bunun çox qorxuducu davranış olmasıdır. İnsanların bir qismi qışqırıq qoparan, təcavüzkar və təhrikedici üslub istifadə edən insanlarla (haqsız və günahkar olduğunu bilsələr də) mübarizə etməkdən çox çəkinərlər. Bu insanların yalanlarını ifşa etməyə, açıqlarını dilə gətirməyə kimsə çox cəsarət edə bilməz. Bu bilinən bir vəziyyət olduğundan, hay-küyçülük qara klan tərəfindən tez-tez istifadə edilən bir taktikadır. Onsuz da klan üzvləri də, qopardıqları qışqırığa baxmayaraq onlarla mübarizə edəcək biri qarşılarına çıxarsa böyük qarışıqlıq yaşayarlar. Belə anlarda da geri addım atmaq yerinə, daha böyük yalanlara, daha böyük oyunlara keçərlər.

Əslində qara klan tərəfindən tətbiq olunan bu üsul, Allahın Quranda bildirdiyi şeytanı xüsusiyyətlərdəndir. Şeytan da yalan danışan, insanları yalanları ilə təhrik edib qızışdıran, hay-küy qoparan varlıqdır. Allah şeytanın bu xüsusiyyətlərini ayələrdə bu şəkildə xəbər vermişdir:

Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi? (Məryəm surəsi, 83)

Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 64)

Hz. Musa və hz. Harunun Firon haqqında istifadə etdikləri bildirilən, “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq” (Taha surəsi, 45) ifadəsi də, inkarçıların şeytana uyaraq həddini aşan davranışlar sərgilədiklərini göstərən bir başqa əhəmiyyətli işarədir.

Qara klanın və bənzəri qruplaşmaların həddini aşmış və aqressiv davranışlarına qarşı iman edənlərin rəftarları isə hər zaman üçün etidallı və stabildir. Hər şeydən əvvəl iman edənlər, Allaha təvəkkül edərlər və Allahın onların qoruyucusu olduğunu bilərlər. Bununla yanaşı Allah iman edənlərə, şərtlər nə olursa olsun etidallı, ədalətli və səbirli olmalarını əmr etmişdir. Bu səbəblə möminlər, qara klan hansı üsula müraciət edərsə-etsin əsla onların üslubu ilə ünsiyyətdə olmazlar. Möminlərin qara klana qarşı verəcəyi mübarizə hər zaman fikri zəmində olar. Onsuz da belə bir mübarizə də qara klanın sonunu gətirəcək, qurmuş olduqları din əxlaqına zidd quruluşu yerlə bir edəcək bir mübarizədir.