İnsanlar arasındakı haqsızlıqları “böyük balıq, kiçik balığı udar” təlqiniylə məqbul və təbii kimi göstərən açıqlamalar edər…
“Atana belə güvənmə” və “kimsənin gözünün yaşına baxma” kimi təlqinlərlə, insanları mərhəmətsiz bir fərdiyyətçiliyə itələyən yalançı “ağıl müəllimləri”…
Səbir, fədakarlıq, təvazökarlıq kimi gözəl əxlaq xüsusiyyətlərini, saf kimi göstərməyə çalışan gizli və açıq təlqinlər…
Əgər ətrafınızı bir az diqqətli araşdırsanız, bu kimi təlqinlərin çox sıx və sistemli şəkildə edildiyini görə bilərsiniz. Dünyanın bir çox ölkəsində; bəzi mətbuat, televiziya, reklamçılıq, kino, ədəbiyyat, yumor kimi mədəni sahələrdə, bu mövzular israrla və həmişə eyni mesajlarla işlənər. Bu təbliğatın memarları, din əxlaqının insanlara öyrətdiyi həqiqətləri və dəyərləri göz ardı etməyə, buna qarşılıq inancsızlıq və əxlaqsızlığı ön plana çıxarmağa çalışarlar.
Məhz bu universal təbliğatın ardında, bu kitabda araşdıracağımız “qara klan” vardır. Bu klanın nəzəriyyəçiləri, qurduqları din əxlaqının xaricindəki dünyanı bəzəkli göstərmək üçün hərarətli fəaliyyət içindədirlər. Əvvəlcə Allaha olan inancı yox etməyə, insanları din əxlaqının öyrətdiyi dəyərlərdən uzaqlaşdırmağa çalışarlar. Bir tərəfdən də insanları fahişəlik, ya da homoseksuallıq kimi cinayət və pozğunluqlara etina etdirməyə, bunların təbii, qanuni və hətta məqbul görüldüyü bir ictimai mühit meydana gətirməyə çalışarlar. Bu ictimai mühit, onların, qurmuş olduqları çirkli və qaranlıq dünyanı yaşamaq üçün ehtiyac duyduqları həyat sahəsidir.
Xalqın əhəmiyyətli bir hissəsi isə (klanın əxlaqsızlıqlarının ölçüsünü tam mənası ilə bilməməsinə baxmayaraq) bu vəziyyətdən çox narahat olmaqda, ancaq bu klanın səbəb olduğu əyriliklərə necə maneə ola biləcəyini və bunların nə şəkildə ortadan qaldırıla biləcəyini bilməməkdədir. Bu səbəblə də əksəriyyət, bu qara klanla və onun qaranlıq fəlsəfəsi ilə mübarizə etmək yerinə onlardan üz çevirməyi, özlərinə onların tərzindən fərqli bir həyat yaşamağı yetərli görər. Bəhs etdiyimiz klan, məzlum xalqa dəhşət verəcək üsullara, hiyləgər siyasətlərə və mərhəmətsizliyə malikdir. Ancaq, Allahın “…Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər…” (Maidə surəsi, 105) ayəsiylə bildirdiyi kimi, səmimiyyətlə doğru yola uyanlar Allahın qoruması altındadırlar və yaxşılıq üçün icra etdikləri işlərdə Allah onları şübhəsiz müvəffəqiyyətli edəcəkdir.
İrəliləyən səhifələrdə daha ətraflı olaraq görəcəyimiz üzrə, qara klan insanlar üzərində təxmin edilənin uzağında təsirə malikdir və bu təsirin ortadan qaldırılması, klanın fəaliyyətlərinin ifşa edilməsi və bu quruluşun dayağı halına gəlmiş ideologiyaların fikirlə yıxılması ilə təmin ediləcək. Buna görə əvvəlcə edilməsi lazım olan, klanın bir az daha yaxından tanınması, zehniyyətinin, tətbiqlərinin və planlarının hər istiqaməti ilə ortaya çıxarılması olmalıdır.
Qara klanın əxlaqsız dünyası
Klanın xüsusiyyətlərini sıralayarkən, klanı bir yerə gətirən ünsürlərin əvvəlində əxlaqi degenerasiya və qaranlıq bir həyat olduğunu ifadə etmişdik. Bu gün dünyaya baxıldığında, bu degenerasiya quruluşun beynəlxalq şəbəkə tərəfindən dəstək olduğu açıq şəkildə görülə bilər. Bəzi qəzetlər və televiziya kanalları tərəfindən çox vaxt əxlaqsızlıqların müasirlik və modernlik adı altında müdafiə olunmasının, əxlaqsızlıqları ilə məşhur insanların hər şeyə baxmayaraq adlarının gündəmdə tutulmasının, onlara qarşı gizli heyranlıq yaradılmağa çalışılmasının səbəbi də, əxlaqsızlığın klanın əhəmiyyətli gəlir qaynaqlarından biri olmasıdır. Diqqət yetirilsə, dövrümüzdə əxlaqsızlıq təbliğatının ən əhəmiyyətli şüarları, “müasirlik”, “modernlik”, “cəsurluq” və “azadlıq”dır. Şübhəsiz müasir bir dünya görüşünə sahib olmaq, əsrin inkişaflarını yaxından izləmək, yeniliyə açıq olmaq gözəl xüsusiyyətlərdir. Ancaq klanın hədəfi, hər cür əxlaqsızlıq və pozğunluğu bu bəzəkli təlqinlərin ardında, insanlara adi hal kimi təqdim etməkdədir. Bu səbəblə başda gənclər olmaq üzrə bəzi insanlar, fərqində olmadan klanın sıx təlqinləri altında, əxlaqsızlığın əslində müasirliyin bir gərəyi olduğunu düşünər. Bundan çox deyil on il əvvəl insanların qınadıqları və qəti olaraq qarşı olduqları müxtəlif rəftar və davranışların, bu gün artıq bir çox insan tərəfindən adi qarşılanmağa başlanmış olması, hətta bunları tənqidçinin səhv olduğu inancının yayılması klanın təbliğatının cahil insanlar üzərində nə qədər təsirli olduğunun göstəricisidir. Dünyanın bir çox yerində bəzi televiziya kanallarda və bəzi maqazin jurnallarında sərgilənən əxlaqsızlıqlar, bu gün artıq evlilikdən kənar əlaqələrin, fahişəliklə dolanışığını təmin etmənin, homoseksuallığın, qumarbazlığın, sui-istifadənin, israfın son dərəcə yayılmış olduğunu göstərməkdə və daha da pisi bu xəbər və görüntülərlə xalqın şüurlu olmayan seqmentləri də bənzər bir həyata etina etdirilməkdədir.
Dünyanın bir çox ölkəsində, əxlaqsızlığın xalqın çox hissəsinə yayılması üçün, cəmiyyət tərəfindən tanınan insanları istifadə edərək etina etdirmə təbliğatı etmək olduqca təsirli bir üsuldur. Əslində ruhi problemləri olan, böyük bir tənəzzül içində yaşayan, mədəniyyət səviyyəsi olduqca aşağı, qavrayış qabiliyyətindən məhrum kimi insanlar dünya televiziya kanallarında, əxlaqsızlıqları nümunə verilərək, guya “müasir, modern, cəsur” insanlarmış kimi önə sürülməkdə və xalqa “siz də müasirləşmək istəyirsinizsə bənzərini edin” təlqini verilməkdədir. Xarici musiqi kanallarında ürküdücü paltarlar geyən, qorxunc makiyajlar edən radikal musiqi qruplarının davamlı gündəmdə tutulmasının, satanizm kimi azğın inanclara sahib insanların tez-tez söhbət proqramlarına çıxarılmasının, bu marjinal olaraq təyin etdikləri azğın insanların ciddi bir qınama və ya tənqid ilə qarşılaşmayıb davamlı “simpatik” kimi göstərilmələrinin təməlində də eyni hədəf vardır. Bu səbəblə bəhs etdiyimiz təbliğatın ən “qiymətli” vəsaitləri olan fahişələr, oğrular, narkotik istifadəçiləri qara klan tərəfindən israrla qorunmaqdadır. Bəzən çox irəli getdiyi düşünülən insanlar qınanır kimi göstərilsə də, əslində xalqın şüur altına verilən təlqin tam tərsi istiqamətdədir. Çünki bu insanlar, klan tərəfindən yeni “gəlir qapıları” üçün bir növ tələ olaraq istifadə edilməkdədirlər. Buna qarşılıq bu insanlar da, klanın özlərini hər şərtdə qoruyacağını düşündükləri, klanın qaydalarına uyğun gəldikləri müddətcə bir zərərlə qarşılaşmayacaqlarına inandıqları üçün şüursuzca əxlaqsızlıqlarını davam etdirməkdədirlər.
Bu ittifaqın dünya daxilində meydana gətirdiyi mənfi təsir aparılan statistikaların nəticəsində açıq şəkildə görülməkdədir. Qara klanın əhəmiyyətli gəlir qaynaqlarından biri olan narkotik ticarəti səbəbiylə, narkotikin tələsinə düşənlərin sayı hər keçən gün artmaqdadır. Aparılan araşdırmalar son on il içində xüsusilə gənclər arasında narkotik istifadəsinin daha da yayıldığını, narkotikə başlama yaşının isə orta məktəb dövrünə qədər düşdüyünü göstərməkdədir. Bundan on il əvvəl, 1992-ci ildə aparılan araşdırmada, İngiltərədə gənclərin 50%-nin narkotik istifadə etdiyi, 30%-nin isə asılı olduqları təsbit edilmiş, bu gün isə bu nisbətlər daha da yüksəlmişdir. Amerikalıların da 1988-1995 illəri arasında narkotikə 57.3 milyard dollar xərclədikləri təsbit edilmişdir. Birləşmiş Millətlərin 90-cı illərin sonunda apardığı araşdırmaya görə isə, dünya daxilində 15 və 15-dən yuxarı yaşa sahib narkotik istifadə edənlərin sayı təxminən 200 milyondur. Buna görə dünya əhalisinin təxminən 5%-i narkotik istifadə etməkdədir. Yenə eyni araşdırma, 90-cı illərdə dünya ölkələrindən ən az 134-nün narkotik problemi ilə üz-üzə olduğunu, Pakistanda, 80-ci illərin əvvəlində çox az olan narkotik istifadəçilərinin sayının 90-cı illərdə 1.5 milyon insana çatdığını göstərməkdədir.4
Klanın bir başqa gəlir qaynağı olan fahişəlik də sürətlə yayılan əxlaqsızlıqlardandır. Dövrümüzdə dünyanın bir çox ölkəsində uşaq deyiləcək yaşdakı qız və oğlanları pul qarşılığında, hətta bəzən şəxsən ailələri tərəfindən fahişəliyə itələməkdədirlər. Daha qorunması və baxılması lazım olan bir yaşda gəlir mənbəyi olaraq istifadə edilən bu uşaqları qurtarmaq üçün bütün dünyanın birlik olması lazım olarkən, Filippinlər kimi fahişəliyə məcbur edildiyi uşaqların məşhur olduğu ölkələr ən seçilən turistik məkanlar arasında sayılmaqdadır. 1995-ci ildə Tailandda hökumət büdcəsinin 60%-i fahişəlikdən qarşılanmışdır. Hindistanda isə fahişəlik edən qadınların sayı, BM məlumatlarına görə təxminən 8 milyondur.5 Dünyanın müxtəlif ölkələrindən bir çox turist hər il tək bu məqsədlə bu bölgələrə axın etməkdədir. Amerikada isə ən az 100 min uşağın fahişəlik ticarətində istifadə edildiyi bildirilməkdədir. Fahişəlik cinayətiylə Amerikan uşaq həbsxanalarında olan uşaqların sayı 300 min ilə 600 min arasında dəyişməkdədir.6 Yenə Amerikada təxminən 2 milyon gəncin küçələrdə həyatını davam etdirdiyi və bunların böyük bir qısminin fahişəlik etdiyi təxmin edilməkdədir. 7 Fahişəliklə birlikdə zina da yayılmaqda, evlilikdən kənar əlaqələr son dərəcə adi qarşılanarkən, evlilikdən kənar əlaqələrdən doğulan uşaqlar əhəmiyyətli bir ictimai problem halına gəlməkdədir.
Bunlarla yanaşı ictimai tənəzzülün əhəmiyyətli göstəricilərindən olan rüşvət, sui-istifadə, sələmçilik, saxtakarlıq, israf, haqsızlıq, ədalət sisteminin tənəzzülü kimi hadisələr də klan tərəfindən dəstəklənir. Hətta bu tənəzzül bəzi ölkələrdə bəzən elə bir mərhələyə gəlir ki, ölkəni idarə edənlərin də içinə daxil olduğu sistem tamamilə klanın idarəsi altına girər. İcra etmə, mühakimə və qanunvericilik təşkilatlarında klanın hakimiyyəti sıx olaraq görülər. Bəzi Latın Amerika ölkələri bunun ən təəccüblü nümunələrindəndir. Bu ölkələrdə degenerasiya və ictimai tənəzzül elə bir mərhələyə gəlmişdir ki, artıq narkotik ticarəti şəxsən dövlət tərəfindən icra edilməkdə, demək olar ki, hər gün faili məchul cinayətlər işlənməkdə, narkotik kartelləri və bənzəri cinayət şəbəkələri ədalət sistemini və dövlətin təhlükəsizlik güclərini istədikləri kimi istiqamətləndirib istifadə edə bilməkdədirlər.
Klanın mənfəət təmin etdiyi bu nizamdan şübhəsiz xalq həm maddi, həm də mənəvi olaraq böyük zərər görməkdədir.
Bu sistem, Quran əxlaqı ilə tamamilə zidd olan bir sistemdir və verdiyi zərərin ortadan qaldırılması ancaq din əxlaqının insanlara öyrətdiyi ərdəmlərin cəmiyyət tərəfindən mənimsənməsiylə olacaq. Allah, Quranda klan tərəfindən təşviq edilən əxlaqsızlıqların qəti olaraq insanlara haram qılındığını bildirməkdədir:
Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır. Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. (İsra surəsi, 32-38)
Görüldüyü kimi klanlaşmış bir quruluşa sahib olan bu qrupun, müdafiəsini etdiyi və varlığını davam etdirə bilməsini təmin edən həyat tərzi, din əxlaqının tamamilə tərsidir.
Din əxlaqı insanlara vəfalılığı, dürüstlüyü, ədaləti, fədakarlığı, haqqı nə bahasına olursa olsun müdafiə etməyi və ədaləti əmr edərkən, qara klanın əxlaqı insanların eqoist, mərhəmətsiz, mənfəətçi, hiyləgər, fırıldaqçı, yalançı olmasını tələb edir. Klanın nizamı ancaq o zaman davam edə bilər. Hər bir klan üzvü bu çirkli nizam içərisində özünə bir yol tapmışdır və həyatını davam etdirə bilməsi üçün bu yolun əsla bağlanmaması lazımdır. Bəziləri rüşvət və haqsız qazanc ilə, bəziləri məzlumların haqqını və əməyini istismar edərək, bəziləri fahişəlik və narkotik ticarəti sayəsində varlıqlarını davam etdirərlər. Sistemlərini davam etdirə bilmələri üçün ətraflarında rüşvət verə biləcəkləri və rüşvət ala biləcəkləri əxlaqda insanların, fahişəlik etməyi qəbul edə biləcək, narkotik istifadə edəcək və narkotiki yayacaq insanların olması və hamısından əhəmiyyətlisi kimsənin bu çirkinliklərə və haqsızlıqlara qarşı fikri mübarizə etməyə cəsarət etməməsi lazımdır. Halbuki din əxlaqı həm bu pislikləri ortadan qaldırar, həm də pisliklərə qarşı güclü bir fikri mübarizə içinə girəcək insanların yetişməsinə vəsilə olar. Bu isə qara klanın tənəzzülü deməkdir.
Klanın içindən “biznesmenə nəsihətlər”
Qara klanın bura qədər təsvir etdiyimiz quruluşu, şəxsən bu klanın içində yaşananlara şahid olan bəzi insanlar tərəfindən də zaman-zaman ifadə edilməkdədir. Bu mövzudakı maraqlı bir “etiraf”, nəşr olunduğu sıralarda olduqca səs gətirən “Gənc biznesmenə” adlı kitabdır. Kitabın yazıçısı, uzun illər iş dünyasında iştirak etmiş, ancaq sonra bu dünyadakı əxlaqi degenerasiyadan narahat olaraq özünə daha sadə bir həyat qurmuşdur. Kitabında, klanın içində “Gənc biznesmenə” olmaq üçün edilməsi lazım olanları satira üslubunda izah etməkdədir.
Ancaq əlbəttə bütün iş dünyasını və ya hər biznesmeni həmin kitabda yer alan məlumatlara görə qiymətləndirmək doğru deyil. Bir çox biznesmen, dürüstlükdən və əxlaqi dəyərlərdən güzəştə getmədən öz sahələrində böyük müvəffəqiyyətlər əldə etməkdədir. Bununla birlikdə, bu kitabda yer alan əxlaqsızlıqların iş dünyası içində yayılmasını istəyən bir gücün varlığı da əhəmiyyətsiz edilə bilməz.
Kitabda izah edilən dünya, qara klanın meydana gətirmək istədiyi quruluşun kiçik bir modelidir. “Gənc biznesmenə” adlı kitaba görə, bir biznesmenin ilk etməli olduğu, “ruhunu satmaq və vicdanını susdurmaq”dır:
Ruhunu sat. Dərhal, bir an əvvəl sat və xilas ol. Harada və necə satmalısan? Bazar səni tapacaq maraqlanma! Ondan sonrası daha asandır.8
Vicdan; okeanları aşar gəlirsən, buna ilişərsən. Psixiatrlara “düşərsən”. Hind fəlsəfələrinə sarılarsan. Uzaq yerlərə səyahət edərsən. Məktəblər, xəstəxanalar… tikdirərsən. Olmaz. Olmaz. Olmaz. Amma qorxma. Səbir et. Zamanla vicdanını da aldadarsan… Biznesmenin ağzından bu nəqarətlər düşməz. Əslində razı salmağa çalışdığı vicdanıdır. Vicdan. O, başqalarının görmədiyini görən, ürəyindəki bir cüt göz… Ruhunu satdığın gün vicdanını da satdığını zənn etmə. Ruh satılar. Vicdanını isə yavaş-yavaş boğmalısan. Bir it balasını boğar kimi.9
Yaxşı bəs niyə qara klana daxil olan biznesmen ruhunu satmaq və vicdanını öldürmək məcburiyyətindədir? Bunun səbəbi, klanın bəhs etdiyimiz dünyasının yalnız hiylə, saxtakarlıq, mərhəmətsizlik və eqoizm tələb etməsidir. Eyni kitabda, bu qaranlıq dünyanın tələb etdiyi əxlaq belə təsvir edilər:
Ən böyük hiylə dürüstlükdür. Ən böyük yalanını, “nə qədər doğru danışır, nə qədər dürüst və açıq bir insan” dedikləri zaman söyləməlisən.
Yalançı və ikiüzlü olmalısan. Belə olmadığında hər kəsi inandıra bilmənin yolu, əvvəlcə özünü aldatmaqdan keçər… Bir biznesmen hələ, ən yüksəklərdə olan bir biznesmen, ruhunu bir ömür boyu geri almayacaq şəkildə tərk edər.10
Qısqanclıq birinci sinif bir hissdir. Təcavüzkarlıq, şəhvət və ya qürur kimi… Qısqanclıq ən güvəndiyin impulslarından biri olsun. Yaşat onu. Bəslə… Təcavüzkarlıq, ehtiras, qısqanclıq kimi duyğularına yadlaşma. Karyerini bu duyğular bəsləyər. Yumşaq hisslərinə, mərhəmətə, sevgiyə, həsrətə yadlaş.11
Eyni kitabda bəhs etdiyimiz qaranlıq dünyaya girmənin ən birinci şərti isə belə açıqlanar: “Allahın varlığını və birliyini inkar etmək.”12 Kitabın yazıçısına görə bu qaranlıq dünyaya girmək istəyənlər, ruhlarını, vicdanlarını və Allah inancını tərk etmək məcburiyyətindədirlər.
Çünki Allaha inanan və Ona qarşı məsuliyyətinin şüurunda olan bir insan; cinayətdən, zülmdən və hər cür əxlaqsızlıqdan qaçınar. Klanın qaranlıq dünyasının davam etməsi, klan üzvlərinin eynilə tarixdəki azğın qövmlər kimi, Allahı inkar etmələrinə bağlıdır.
Bu səbəblədir ki, Allaha olan inancı zəiflətmək və son mərhələdə də tamamilə yox etmək, klanın dünya səviyyəsindəki başlıca hədəflərindən biridir. Klan üzvlərinin çoxu, bu qəflətə girə bilmək üçün, heç bir şey düşünmədən yaşamağı, Allahın varlığını göstərən açıq-aşkar dəlilləri tamamilə görməməzlikdən gəlməyi seçərlər. Ancaq klanın daha yuxarı səviyyədəki nəzəriyyəçiləri, Allahın dəlillərini insanlardan gizləmək üçün bəzi fəlsəfə və nəzəriyyələrə şiddətlə ehtiyac duyulduğunun fərqindədirlər.
Qara klan ilə Darvinizm arasındakı əlaqənin çıxış nöqtəsi də budur.

