Qara klan

Yaşadığımız dünyada kiçik, ya da böyük hər cəmiyyətin sülh və hüzuru təhdid edən əhəmiyyətli

Yaşadığımız dünyada kiçik, ya da böyük hər cəmiyyətin sülh və hüzuru təhdid edən əhəmiyyətli bir problem vardır: Əxlaqi degenerasiya. Bir başqa sözlə, insanların yaxşı, doğru, dürüst, bağışlayıcı, ədalətli, mərhəmətli, namuslu olmaq kimi əxlaqi ərdəmləri tərk etmələri, “əxlaqdan kənar” olmağı özlərinə həyat fəlsəfəsi halına gətirmələri. Təməlində eqoizm, acgözlülük, mərhəmətsizlik, laqeyidlilik kimi xəstəliklərin yatdığı bu problemin necə həll ediləcəyi isə, 21-ci əsrin ən əhəmiyyətli məsələlərindən birini meydana gətirməkdədir.

Dünyanın bir çox ölkəsində yaşanan əxlaqi degenerasiya, son dərəcə əhatəli və dolaşıq əlaqələrlə qurulmuş, qaranlıq bağlarla bir-birinə bağlanmış böyük bir “ictimai sinif” tərəfindən şüurlu şəkildə dəstəklənilməkdə və istiqamətləndirilməkdədir. Bütün təbliğat vasitələrini çox yaxşı istifadə edən bu sinif, xüsusilə din əxlaqının yaşanmadığı, mənəvi dəyərlərin zəif olduğu cəmiyyətlərdə təsirli olmaqda və hətta dövlət heyətlərinə belə sıza bilməkdədir.

Bu böyük ictimai sinif, bir-biriylə mənfəət əlaqəsi olan, hər millətdən, hər dildən və hər peşədən yüzlərlə hətta minlərlə insanı bünyəsində saxlamaqdadır. Aralarında qurduqları qeyri-qanuni və ya əxlaqdan kənar mənfəət əlaqələri, dini dəyərlərə və din əxlaqına qarşı duyduqları düşmənlik, paylaşdıqları azğın fəlsəfə və həyat formaları bu sinifin ortaq istiqamətlərini meydana gətirər. Əslində bu böyük kütləni dünyanın dörd bir tərəfinə yayılmış bir “klan”a bənzətmək mümkündür.

Klanın ən əhəmiyyətli xüsusiyyəti isə üzvlərinin bir-birlərinə olan bağlılıqlarıdır. Klan üzvləri ayrı yerlərdə yaşasalar belə, bir-birlərinə çox güclü bağlıdırlar. Birlik ruhuna sahibdirlər, aralarında möhkəm həmrəylik vardır. Bir-birlərini hər şərt altında mütləq qoruyar və müdafiə edərlər. Ancaq bu, mənfəət əlaqəsinə söykənən bir həmrəylikdir.

“Qara klan” hal-hazırda dünya üzərindəki əxlaqi degenerasiyanı təşkil edən və sanki bir şəbəkə kimi bütün ölkələrdə əlaltıları olan ictimai quruluşdur. Bu quruluş özünü son dərəcə müasir kimi göstərsə də, əslində tarixdəki totemist klanlara bənzər quruluşa bənzəməkdədir.

Dünya üzərindəki narkotik ticarətini idarə edən, fahişəlik şəbəkələrini nəzarət edən, əxlaqsızlığın reklamını edən bu qara klan, hər cür çirkli işin, pisliyin, azğınlığın arxasında yer almaqdadır. Bu klanın üzvləri, mediadakı əlaltıları sayəsində özlərini xalqa fərqli şəkildə tanıtmaqda, təhlükəsizlik qurumlarındakı bəzi əlaltıları sayəsində bir növ toxunulmazlıq əldə etməkdə, ədliyyədəki əlaltılarıyla hüququ öz lehinə istifadə edirlər. Üstəlik özlərinə düşmən olaraq gördüklərinə qarşı güclü birlik meydana gətirməkdədirlər. Klanın ən böyük düşməni isə, bu qaranlıq işlər şəbəkəsini ortadan qaldırmaq istəyən, gözəl əxlaqın, sevginin və sülhün dünya üzərində hakim olması üçün səy göstərən və insanları bu istiqamətdə şüurlandırmaq üçün bütün varlığıyla fikri mübarizə göstərən iman sahibləridir.

Pisliyi təşkil edən, insanları Allahı inkara və degenerasiyaya istiqamətləndirən, yer üzündə qarışıqlıq və anarxiya çıxaran, hüzuru və təhlükəsizliyi pozan “Qara klan” hər dövrdə var olmuşdur və qiyamətə qədər də var olacaqdır. Yaxşı ilə pisin fikri mübarizəsi tarix boyunca davam etmişdir. Allahın dinini və gözəl əxlaqı izah edən hər iman sahibinin qarşısında bənzər bir qrup yer almış, iman edənləri təsirsiz hala gətirmək, gözəl əxlaqın yayılmasını önləmək üçün mübarizə aparmışdır.

Bu, Allahın Quranda bizlərə bildirdiyi bir həqiqətdir. Quranda “inkarçıların qabaqcılları” olaraq təsvir edilənlər klanın beynini meydana gətirən insanlara işarə edir. Allah, Ənam surəsində “Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.” (Ənam surəsi, 123) şəklində buyurmaqdadır. Onları bir yerə gətirən gücü isə Allah, “…Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər….” (Ənam surəsi, 121) ayəsiylə bildirmişdir. Qara klanı bir yerə gətirən, iman edənlərə qarşı təşkilatlandıran, onların strategiyalarını təyin edən şeytandır. Şeytana tabe olansa İngilis Dərin dövlətidir və başındakı adam Mesih Dəccaldır. Dünyanın bir çox ölkəsində Dəccallar və Dövlət təhlükəsizlik qurumları da ona tabedir.

Şeytan və ona uyanlar isə sonunda mütləq hüsrana uğrayacaqlar. Allah Quranda belə bildirmişdir:

Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)