Yaşadığımız dünyada kiçik, ya da böyük hər cəmiyyətin sülh və hüzuru təhdid edən əhəmiyyətli bir problem vardır: Əxlaqi degenerasiya. Bir başqa sözlə, insanların yaxşı, doğru, dürüst, bağışlayıcı, ədalətli, mərhəmətli, namuslu olmaq kimi əxlaqi ərdəmləri tərk etmələri, “əxlaqdan kənar” olmağı özlərinə həyat fəlsəfəsi halına gətirmələri. Təməlində eqoizm, acgözlülük, mərhəmətsizlik, laqeyidlilik kimi xəstəliklərin yatdığı bu problemin necə həll ediləcəyi isə, 21-ci əsrin ən əhəmiyyətli məsələlərindən birini meydana gətirməkdədir.
Əslində bir çox insan (həllini tapa bilməsə də) bu problemin varlığının fərqindədir. Demək olar ki, hər ölkədə əxlaqın əhəmiyyətli bir qaynağı olaraq görülən “ailə dəyərləri” müdafiə olunmaqda və degenerasiyadan ən çox təsirlənən seqment olan gəncləri qorumaq məqsədiylə müxtəlif cəhdlər etməkdədirlər. Təhsil proyektləri, təşkil edilən seminarlar, şəxsən dövlət əliylə, ya da müxtəlif vətəndaş cəmiyyət quruluşları vasitəsilə başladılan kampaniyalar, bu əxlaqi tənəzzülün qarşısını almağı hədəfləməkdədir. Ancaq bu cəhdlər çox vaxt qalıcı nəticə verməməkdə, əxlaqi tənəzzül hər keçən gün daha da böyük sürət qazanmaqdadır. Çünki çözümlər səhv yerlərdə axtarılmaqda, cəhdlər sonsuz bir dövr içində qalmaqdadır.
Bu sonsuz dövrün ən əhəmiyyətli səbəbi, əxlaqi degenerasiya ilə mübarizə etmək adına yola çıxan insan, ya da qrupların bəhs etdiyimiz degenerasiyanı dəstəkləyən və istiqamətləndirən mütəşəkkil hərəkət haqqında həqiqi məlumata sahib olmamalarıdır. Əxlaqi degenerasiya çox insan tərəfindən, cəmiyyətin içində olduğu pis şərtlərin nəticəsində ortaya çıxan qaçınılmaz bir fakt olaraq qəbul edilməkdədir. Bu qəbul etmə, düzgünlük payı ehtiva etməklə birlikdə degenerasiyanın səbəbləri və həlləri ilə əlaqədar dəqiq bir hesabat ortaya qoya bilməməkdədir. Çünki bu yanaşmayla çox əhəmiyyətli bir həqiqət göz ardı edilməkdə, ictimai tənəzzül öz-özünə ortaya çıxan bir vəziyyət kimi düşünülməkdədir. Halbuki, dünyanın bir çox ölkəsində yaşanan əxlaqi degenerasiya, son dərəcə əhatəli və dolaşıq əlaqələrlə qurulmuş, qaranlıq bağlarla bir-birinə bağlanmış böyük bir “ictimai sinif” tərəfindən şüurlu şəkildə dəstəklənilməkdə və istiqamətləndirilməkdədir. Bütün təbliğat vasitələrini sıx şəkildə istifadə edən bu sinif, xüsusilə din əxlaqının yaşanmadığı, mənəvi dəyərlərin zəif olduğu cəmiyyətlərdə təsirli olmaqda və hətta dövlət heyətlərinə belə sıza bilməkdədir (kitabın sonrakı hissələrində görəcəyimiz üzrə bəzi Latın Amerikası ölkələri bu vəziyyətin təəccüblü bir nümunəsidir).
Bu böyük ictimai sinif, bir-biriylə mənfəət əlaqəsi olan, hər millətdən, hər dildən və hər peşədən yüzlərlə hətta minlərlə insanı bünyəsində saxlamaqdadır. Aralarında qurduqları qeyri-qanuni və ya əxlaqdan kənar mənfəət əlaqələri, dini dəyərlərə və din əxlaqına qarşı duyduqları düşmənlik, paylaşdıqları azğın fəlsəfə və həyat formaları bu sinifin ortaq istiqamətlərini meydana gətirər. Əslində bu böyük kütləni dünyanın dörd bir tərəfinə dağılmış bir “klan”a bənzətmək mümkündür. Tarixin keçmiş dövrlərində və hələ də bəzi Afrika cəmiyyətlərində tək bir totemə bağlı olan böyük insan qruplarını təyin etmək üçün istifadə edilən bu anlayış, müasir cəmiyyətlərdəki əxlaqi tənəzzülün liderliyini edən bu kütləni də çox yaxşı təyin etməkdədir.
Klan, lüğətdə “aralarında ya tək tərəfli qohumluq olan, ya da mütləq bioloji mənada bir qan bağı olmamaqla birlikdə, qruplarının simvolu olaraq qəbul edilən tək bir totemə bağlı insanlar qrupu” olaraq təyin olunar. Xüsusilə Afrika qitəsindəki qəbilələrin böyük əksəriyyəti klanlar halında yaşayarlar. Məşhur antropoloq və sosioloq L. H. Morgan, “Ancient Society” (Köhnə cəmiyyət) adlı əsərində “klan həyatının nümunəsini, döyüş və qan iddialarında, torpağın klanlar tərəfindən paylaşılmasında və ortaq şəkildə istifadəsində, klan üzvlərinin və şeflərinin bir-birlərinə qarşı bağlılıqlarında görürük”1 deyər. Aparılan araşdırmalar hər klanın özünə xas qaydaları və qadağaları olduğunu ortaya qoymaqdadır. Fransız tarixçi Georges Dumézil totemlər və klanlar haqqında yazdığı bir məqaləsində, hər klanın digər klanlar tərəfindən bilinməyən xüsusi qadağalara sahib olduğunu, bəziləri üçün müqəddəs görülənlərin digərləri tərəfindən dəyərsiz görüldüyünü yazmaqdadır.2
Klanın ən əhəmiyyətli xüsusiyyəti isə üzvlərinin bir-birlərinə olan bağlılıqlarıdır. Klan üzvləri ayrı yerlərdə yaşasalar belə, bir-birlərinə çox güclü bağlarla bağlıdırlar. Birlik ruhuna sahibdirlər, aralarında möhkəm bir həmrəylik vardır. Bir-birlərini hər şərt altında mütləq qoruyar və müdafiə edərlər. Ancaq dərhal ifadə etmək lazımdır ki, bu, mənfəət əlaqəsinə söykənən bir həmrəylikdir. Klanın qorunmasının əhəmiyyəti isə müxtəlif qaynaqlarda bu şəkildə təsvir edilər:
…Əsas element insan deyil, klandır/qəbilədir. Torpaq, yemək, ticarət, tabu, hüquq, su qaynağı, ov sahəsi və s. də təməl element klan/qəbilədir… Qəbilənin başında böyük insan (Big man) vardır. Bu, qəbilənin təcrübəli insanı, ən yaxşı ovçusu, ən yaxşı döyüşçüsüdür… Sözü eşidilər, hörmət edilər, ancaq qəbilə qərarlarını qəbilə üzvləri ortaq şəkildə verərlər… Kənardan gələn bir düşmənə qarşı klanlar tez birləşib bütünlüklə qarşı qoyarlar…3
“Qara klan” anlayışını seçməmizin məqsədi də, hal-hazırda dünya üzərindəki əxlaqi degenerasiyanı təşkil edən və sanki bir şəbəkə kimi bütün ölkələrdə əlaltıları olan bir ictimai quruluşu təyin etməkdir. Bu quruluş özünü son dərəcə müasir kimi göstərsə də, əslində tarixdəki totemist klanlara bənzər quruluşa bənzəməkdədir. Dünya üzərindəki narkotik ticarətini idarə edən, fahişəlik şəbəkələrini nəzarət edən, əxlaqsızlığın reklamını edən bu qara klan, hər cür çirkli işin, pisliyin, azğınlığın arxasında iştirak etməkdədir. Bu klanın üzvləri, mediadakı əlaltıları sayəsində özlərini xalqa fərqli şəkildə tanıtmaqda, təhlükəsizlik qurumlarındakı bəzi əlaltıları sayəsində bir növ toxunulmazlıq əldə etməkdə, ədliyyədəki əlaltılarıyla hüququ öz lehlərinə istifadə etməni bacarmaqdadırlar. Üstəlik özlərinə düşmən olaraq gördüklərinə qarşı güclü birlik meydana gətirməkdədirlər. Klanın ən böyük düşməni isə, bu qaranlıq işlər şəbəkəsini ortadan qaldırmaq istəyən, gözəl əxlaqın, sevginin və sülhün dünya üzərində hakim olması üçün səy göstərən və insanları bu istiqamətdə şüurlandırmaq üçün bütün varlığıyla fikri mübarizə göstərən iman sahibləridir.
Bunları daha yaxşı anlamaq üçün, bəzi Latın Amerika ölkələrinin içinə düşdüyü vəziyyətin xatırlanmasında fayda vardır. Bu ölkələrdə yaşanan sui-istifadələr və ictimai tənəzzül, əslində bəhs etdiyimiz klanın fəaliyyətlərinin bir nəticəsidir. Eyni ölkələrdə diqqət çəkən bir başqa vəziyyət də; səmimi xristianların və klanın zülmlərinə etiraz edən, günahsız xalqın yanında olan kilsənin davamlı təzyiq altında tutulmağa çalışılmalarıdır. Bu da qara klanın din əxlaqını yaşayan insanlara qarşı aldığı rəftarın əhəmiyyətli göstəricilərindən biridir.
Bu kitabı oxuyarkən unudulmaması lazım olan bir başqa əhəmiyyətli məlumat da, qara klanın yaxın tarixlərdə ortaya çıxmış bir quruluş olmadığıdır. Pisliyi təşkilatlandıran, insanları inkara və degenerasiyaya istiqamətləndirən, yer üzündə qarışıqlıq və anarxiya çıxaran, hüzuru və təhlükəsizliyi pozan klan tipi bir təşkilatlanma və birliklər hər dövrdə var olmuşdur və qiyamətə qədər də var olacaqdır. Yaxşı ilə pisin fikri mübarizəsi tarix boyunca davam etmişdir. Allahın dinini və gözəl əxlaqı izah edən hər iman sahibinin qarşısında bənzər bir qrup iştirak etmiş, iman edənləri təsirsiz hala gətirmək, gözəl əxlaqın yayılmasını önləmək üçün mübarizə aparmışdır.
Bu, Allahın Quranda bizlərə bildirdiyi bir həqiqətdir. Quranda “inkarçıların qabaqcıllar” olaraq təsvir edilənlər klanın beynini meydana gətirən insanlara işarə edilir ola bilər (doğrusunu Allah bilər). Allah, Ənam surəsində “Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.” (Ənam surəsi, 123) şəklində buyurmaqdadır. Onları bir yerə gətirən gücü isə Allah, “…Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər….” (Ənam surəsi, 121) ayəsiylə bildirmişdir. Qara klanı bir yerə gətirən, iman edənlərə qarşı təşkilatlandıran, onların strategiyalarını təyin edən şeytandır.
Şeytan və ona uyanlar isə sonunda mütləq hüsrana uğrayacaqlar. Allah Quranda belə bildirmişdir:
Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)

