Qanadlarında gözə bənzər lələklər olan quş / Yaradılış yoxsa təsadüf?

Cənubi Amerikanın yağış meşələrində yaşayan günəş vağı quşu qorunmaq üçün “əyani” siqnallardan istifadə edir. Ona yaxınlaşdığını anlayan quş gözlənilmədən quyruğunu havalandırır və qanadlarını mümkün qədər geniş açır. Hər iki qanadda gözə bənzər böyük ləkələr vardır. Bu qəfil hərəkət düşmənini qorxudur və qaçmağa məcbur edir. (David Attenborough, “The Life of Birds”, səh.163)

Əgər ateizmin iddia etdiyi kimi canlılar yaradıcı olmadan meydana gəlmişsə, bu quşlar özlərini müdafiə etsin deyə qanadlarında gözə bənzər lələklər necə ortaya çıxıb?

Təsadüflər quşun özünü müdafiə etməsi lazım olduğunu və bunun üçün də qanadlarına gözə bənzər lələklər qoyulması lazım olduğunu necə bilə bilərlər? Ortada şüurlu yaradılış vardır!