İnsan bədənində 100 trilyon hüceyrədən keçən qan dövranı sisteminin ən mühüm elementi, şübhəsiz ki, ürəkdir. Ürək; kirli və təmiz qanın bir-birinə qarışmadan bədənin fərqli bölgələrinə nasosla vurulmasını təmin edən dörd fərqli otaqcığı ilə, təhlükəsizlik klapanı vəzifəsi icra edən qapaqcıqları ilə son dərəcə həssas tarazlıqlar üzərinə qurulmuş yaradılışa malikdir. Heç bir müdaxiləmiz olmamasına baxmayaraq həyatımız boyu müəyyən tempdə heç ara vermədən atan ürəyimiz, Allahın Rəhman və Rəhim sifətinin açıq dəlillərindən biridir.
Hələ ana qarnında ikən atmağa başlayan ürək, dəqiqədə 70-100 dəfə templə həyat boyu heç ara vermədən çalışır; sadəcə hər çırpınma arasında yarım saniyə dincələr və bir gün içində təxminən 10.000 dəfə döyünür. Bu rəqəmi insan ömrünün uzunluğunu nəzərə alsaq qarşımıza çox böyük rəqəm çıxacaq. Fəaliyyətində son dərəcə incə nizama malik olan ürəkdəki bütün quruluş xüsusi olaraq yaradılmışdır.
Ürəkdə; təmiz və kirli qanın bir-birlərinə qarışmamasından, bədən təzyiqinin nizamlanmasına, qidaların bütün bədənə daşınması üçün lazımlı əməliyyatlardan, qanı lazım olduğu qədər nasosla vuran sistemlərə qədər hər detal üçün fərqli xüsusiyyət düşünülmüş və ürək buna görə dizayn edilmişdir. Rəbbimiz ürəyi bədənin ən etibarlı yerlərindən birinə yerləşdirib. Ürək, sinə qəfəsinin içində yer alaraq, çöldən gələcək zərbələrə qarşı olduqca yaxşı qorunub.
Ürəyin nasosla vurduğu qan miqdarı bədənin ehtiyacına görə dəyişir. Normal şərtlərdə ürək dəqiqədə 70 dəfə vurur. Yorucu məşqlər əsnasında isə əzələlərimiz daha çox oksigenə ehtiyac duyduğu üçün, ürək iş tempini dəqiqədə 180 dəfəyə qədər yüksəldərək nasosla vurduğu qan miqdarını artırır.
Belə olmasaydı nə olardı?
Bədənin daha çox enerjiyə ehtiyac duyduğu bir anda, ürək normal tempdə işləsəydi, tarazlığı pozulacağından bədəndə böyük zərər meydana gələrdi. Halbuki ürəyin sahib olduğu mükəmməl quruluş sayəsində belə bir şey olmaz. Bizim hər hansı bir nizamlama etməyimizə gərək qalmadan ürək, nasosla vurulacaq qan miqdarını özü nizamlayır.
Ürəyin nasosla vuracağı qan miqdarına xüsusi sinir sistemi nəzarət edir. İstər yuxuda olaq, istər oyaq olaq sinir sistemimiz nasosla vurulması lazım olan qan miqdarını və qan nasoslama sürətini özbaşına nizamlayır. Harada, nə vaxt, nə qədər qan lazım olduğunu heç bir müdaxilə olmadan nizamlayan ürəkdəki quruluş tək sözlə qüsursuzdur. Bu sistemi ürək öz-özünə yarada bilməyəcəyinə və ya bu mükəmməl sistem təsadüfən meydana gələ bilməyəcəyinə görə, ürək yaradılmışdır.
Sonsuz elm sahibi olan Allah ürəyimizi də ola biləcək ən qüsursuz şəkildə yaradıb. Bütün xüsusiyyətlərində də görüldüyü kimi ürəkdəki quruluş da bizə qüsursuz yaradılışı və özünü yaradan üstün güc sahibi Allahın sənətini tanıdır. Allah sonsuz rəhmət sahibi olduğu üçün, lütf edərək insanın yaradılışında üstün sənətini təcəlli edib. Bu qədər incəliyin, nizamın, qüsursuzluğun, planın bir yerdə yaradılmış olması Rəbbimizin bizə olan sevgisinin və şəfqətinin dəlillərindəndir.

