Qadınların çölə çıxarılmamaları iddiası

Qadın cəmiyyətin dayağı, bəzəyi və gözəlliyidir

Qadın cəmiyyətin dayağı, bəzəyi və gözəlliyidir. Qadının varlığı, cəmiyyətdə söz və fikir sahibi olması böyük nemətdir. Buna görə də Allahın ağıllı yaratdığı qadın hər şeyi təfərrüatlı şəkildə görə bilir, mükəmməl qərarlar verir və hər cür tədbiri öncədən almağı bacarır. Belə ki, İslam dinində qadına verilən dəyər çox yüksəkdir. Bu, tam başa düşüləndə İslam dini dünyada haqqı ilə anlaşılacaq.

Bütün bu səbəblərdən dolayı İslam düşmənləri əsrlər əvvəl xüsusilə qadın mövzusu üzərindən dinimizdə təxribat törətməyə çalışıblar. Bunun üçün istər uydurma hədis və batil inanclardan, istərsə də cəmiyyətin (Qurana tamamilə zidd) adət-ənənlərindən qalxan kimi istifadə ediblər. İslamda qadının hər cür günaha açıq, dəyər verilməyən və ikinci dərəcəli varlıq kimi tanınmasına çalışıblar.

Məsələn, yuxarıda verilən saxta hədisdə qadının iradəsinin zəifliyindən, həmçinin əxlaqsızlığa və şeytanın vəsvəsəsinə açıq olduğundan bəhs edilir. Eyni zamanda kişilərə tövsiyə edilir ki, qadından göz-qulaq olub əxlaqsızlıq etmə ehtimalının çox olduğuna görə onu mümkün qədər çölə çıxmağa qoymasınlar.

Halbuki açıq-aydındır ki, bu sözləri Peyğəmbərimiz (s) deməyib. Qadınlarla məsləhətləşən, müharibədə onlara qoruma vəzifəsi verən, məclislərdə geniş yer ayıran, vaxtının çox hissəsini onlarla söhbət edərək keçirən, qadınlara dərin hörmət bəsləyən Peyğəmbərimizin adından yalan uyduranlar qadın düşməni olan xurafatçılardır.