Qadınların bəzənməsi

Estetikaya lənət edən saxta hədis

“Döymədən istifadə edənə və etdirənə, üzündəki tükləri aldıran və dişlərini estetik əməliyyat etdirən qadınlara Allah lənət etsin.” (Səhihi-Buxari)

Xurafatçı zehniyyətin müsəlman qadınları çirkin və baxımsız kimi göstərməyə çalışmasının əsas səbəbi bu cür saxta hədislərdir. Bütün dünyada müsəlman qadınların ümumi mənada təmizlik və gözəllikdən uzaq baxımsız varlıq kimi tanınmasına xurafatçıların yanlış düşüncələri səbəb olmuşdur

Yuxarıdakı saxta hədislərin formalaşdırdığı müsəlman qadın görüntüsü qadının sosial həyatda fəallığını imkansız hala gətirir. Belə bir modeldə bir qadın əgər müsəlmandırsa, gözəl, təmiz və baxımlı ola bilməz və bu, qətiyyən qəbul edilməz. Beləliklə, bu modeli təqva əlaməti kimi göstərən xurafatçı zehniyyət qadını xarici görünüşündən dolayı həm cəmiyyətin içinə çıxmasına mane olmuş, həm də eyni səbəblərə görə dindən bəhs etməyə icazə verməmişdir.

Xüsusilə qərb cəmiyyətlərində İslamın uzaq durulmalı qaranlıq din kimi qəbul edilməsinin əsas səbəblərindən biri budur. Xurafatçılar bəzi müsəlman qadınları Quranda qəti olmayan, tamamilə uydurma modelə həbs ediblər. Beləcə, həqiqi İslamı yaşayıb təbliğ etməklərinə əngəl olublar. Halbuki müsəlman qadın Qurandakı gözəl əxlaqı, sülhü və sevgini sözlə anlatmalı olduğu kimi, bunu hal və hərəkətlə də göstərməlidir. İslamın gözəllik dini olduğundan bəhs edərkən gözəl görünməli, müsəlmanlığın sevgi olduğundan danışarkən sevgini həqiqətən yaşamalıdır. Beləliklə, həqiqətən dinin gözəlliklərini anlamağa ehtiyacı olan adam bu dinin insana bütün gözəllikləri bəxş edəcəyini bilməli, öz gözləri ilə bunu görməlidir. Onsuz da Qurandakı təsvir bu şəkildədir. Quranda müsəlmanların geyiminin təmiz olduğundan, bir yerə yığışanda gözəl şəkildə geyinib zinətlərdən istifadə etdiklərindən bəhs edilir.

I Quranda cənnət qadınlarının təmizliyi, baxımlı olması və gözəlliyi ayələrdə ətraflı olaraq izah olunur:

Özü də qorunub saxlanılmış yumurta kimi. (Saffat surəsi, 49)

…Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər… (Kəhf surəsi, 31)

…Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. (İnsan surəsi, 21)

Yuxarıdakı ayələrdən başa düşüldüyü kimi, Allah “saxlanılmış yumurta kimi” ifadəsi ilə qadının təmiz və tüksüz cildinə diqqət çəkmiş, cənnət qadınlarının belə olacaqlarını buyurmuşdur. Deməli, Allah təmiz cildi gözəl görür. Allah gözəlliyi, bəzəyi və gözəl geyimi sevir və qullarını da belə görmək istəyir. Allahın gözəl gördüyü şeyləri Peyğəmbərimizin (s) də gözəl görüb müsəlman qadınları bu istiqamətdə təşviq etdiyi qətiyyən şübhə doğurmaz.

Estetik görünüşdən başqa, qadınlar zərurətdən dolayı da bir çox üsullardan istifadə edə bilərlər. Məsələn, bəzən kimyaterapiya kimi ağır müalicədən sonra parik qoya bilərlər. Bu, çox normal, hətta lazımlıdır. Lakin xurafatçılar bu asanlıq və gözəlliyi saxta hədislərlə aradan götürməyə çalışırlar.

Eyni şəkildə, Quranın heç bir ayəsində tatudan istifadə etmək, döymə qaş və üzdəki tüklərin təmizlənməsi qadağan olunmur. Belə bir qadağa Qurana onsuz da uyğun gəlmir. Gözəl və gənc bir qızı üzündəki tüklərlə çölə çıxmağa məcbur edən, onu insanların arasında utandıran və çirkinləşdirən xurafatçılar bu səbəbdən dolayı gözəlliyi təmsil edə bilmirlər. Halbuki Allah ayələrdə inananların baxımlı, gözəl və təmiz olmasına diqqət çəkib müsəlmanları bu yöndə təşviq edir.